İctimai vəsaitlərlə bağlı məlumat açıqlığı üzrə monitorinqin nəticələri açıqlanıb

Xəbərlər No Comments »

 Bu gün “Avropa” otelində Milli Büdcə Qrupu (MBQ), EİTİ Koalisiyası və Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ)  birgə həyata keçirdikləri  “Azərbaycan Respublikasında İctimai Vəsaitlərlə bağlı Məlumat Açıqlığının Monitorinqi”layihəsinin nəticələri  ilə bağlı hesabat təqdim edib. Layihənin Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (ACİ-YF) maliyyə dəstəyi ilə həyata keçirildiyi qeyd edilib.

Layihənin koordinatoru Emil Ömərov layihə çərçivəsində nazirliklərə, məhkəmələrə, şirkətlərə və digər dövlət qurumlarına sorğu göndərildiyini bildirib: “169 sorğuda 355 sual göndərilib. MBQ 34, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 64, VNŞ 31, “Expert” jurnalı 20 və sadə vətandaşlar 20 sorğu göndərib.”. Daha ətraflı »

Debat baş tutmayıb

Xəbərlər No Comments »

Azərbaycan Media Mərkəzində qalmaqal baş verib

 

Bu gün  Azərbaycan Media Mərkəzində qalmaqal baş verib. Hüquq Siyasəti və Dövlət Quruculuğu Parlament komissiyasının sədri Əli Hüseynov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ilə “QHT-ın  böhrandan  çıxış yolu” mövzusunda debatda üz-üzə gəlməyib. Brifinqdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkli Azay Quluyev sabah parlamentdə müzakirə olunacaq QHT haqqında qanuna yenidən əlavə və dəyişikliklər barədə məlumat verib: “ Bu gün Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasının keçirdyi iclasda QHT sektorunu, ayrı-ayrı vətəndaş cəmiyyəti təmsilçilərini narahat bütün maddələr ilə bağlı ümumi bir fikir ifadə olundu ki, bu maddələr gündəmdən çıxarılsın. Haqqında danışdığımız qanun layihəsi gündəmdədir. Amma Milli Məclisə sabah tamamilə yeniləşmiş bir variant təqdim olunacaq. Mən düşünürəm ki, iyunun 19-da təqdim olunan variantdan köklü şəkildə fərqli olacaq. Bu fərq QHT sektorunu narahat edən bütün maddələrı əhatə edir”. Daha ətraflı »

DSMF pensiyaçıların problemlərinin həll edilməsinə göstəriş verib

Xəbərlər No Comments »

 

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iş stajına görə pensiyalarının artım hissəsini ala bilməyən Salyan rayon sakinlərinin şikayətini təmin edib. Bu barədə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) koordinatoru Esmira Əsədullayeva AJAŞ Xəbər-in əməkdaşıyla söhbətində bildirib. E. Əsədullayevanın sözlərinə görə, DSMF pensiyaların artırılmış hissələrinin təcili ödənilməsi barədə yerli idarələrə göstəriş verib: “15 ay əvvəl staja görə pensiyaları artırılmış bir qrup qocaman neftçi, artımı ala bilməmələri ilə əlaqəli Vətəndaş Nəzarəti Şəbəkəsinə müraciət etmişdi. VNŞ də öz növbəsində işə konstruktiv müdaxilə edərək məsələnin həlli istiqamətində addımlar atmağa başladı. DSMF-nin məlum göstərişini fəaliyyətimizin uğurlu nəticələrindən biri hesab edirik”.

Qeyd edək ki, sözügedən problemi ilk dəfə AJAŞ Xəbər Agentliyi mətbuatda yayıb və ictimailəşdirib.

Borçalıda kəndlərin əksəriyyətində mavi qaz yoxdur

Xəbərlər No Comments »

 

Millət vəkili Nəsib Nəsibli: “Azərbaycanlılar yaşayan kəndlərə qaz çəkilməlidir”

 

Son zamanlar Türkiyəyə satılan qazın hər min kubmetrinin 120 dollara satılması  və bu qiymətin dünya bazar qiymətlərinə uyğunlaşdırılması həm mətbuatda, həm də rəsmi dairələrdə müzakirə olunur. Ancaq bəzi ekspertlər bu qiymət artımının məhz Türkiyəyə şamil edildiyindən narazılıq edirlər. Ekspertlərin fikrincə, dünya bazar qiyməti 350-400 dollara olduğu halda, Gürcüstana da qaz dünya bazar qiymətlərindən ucuz, yəni 180 dollara satılır. Ekspertlər, Gürcüstana satılan qazın qiymətinin də qaldırılmasının vacib olduğunu vurğulayırlar. Digər tərəfdən Azərbaycanın Gürcüstana qazı ucuz satmasına baxmayarq, Borçalının əksəriyyət kəndində mavi qazdan  istifadə etmək imkanın olmaması amili də Gürcüstana qazın ucuz satılması əhəmiyyətini itirir. Belə olan təqdirdə   Azərbaycan hökumətinin qazı ucuz satmasının səbələri  ilə bağlı bir neçə ekspertdən münasibət öyrəndik. Mövzu ilə bağlı millət vəkili Nəsib Nəsibli öz fikrini bildirib: “Bu kommersiya işidir. Bu məsələdə bəzi siyasi maraqlar var. Belə məsələlərdə dövlətlər səviyyəsində maraqlı olurlar. Ancaq qazın ucuz satılmasının Borçalıda yaşayan azərbaycanlılar üçün əhəmiyyəti yoxdur. Məntiq ilə Azərbaycan Gürcüstana qazı ücuz satdığı halda, orada yaşayan soydaşlarımıza da nəsə çatmalıdır .Ən azından Dövlət Neft Şirkəti yerli qaz şəbəkəsini alıb və azərbaycanlılar yaşayan  kəndlərə qaz çəkilməlidir, amma əksəriyyətində qaz yoxdur”. Daha ətraflı »

Salyanda mülkiyyətçilərə ödəniləcək təzminatın məbləği 10 dəfə azaldılıb?

Xəbərlər No Comments »

Rayon İH-nin təzyiqlərinə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edirlər

 

Dünya bankının maliyyə dəstəyi ilə həyata keçirilən “İpək yolu” layihəsi çərçivəsində Ələt-Astara avtomobil yolunun ərazisinə düşən pay torpaqları mülkiyyətçilərinə ödəniləcək təzminatların razılaşdırılması prosesinə başlanılıb. Bu barədə AJAŞ Xəbər-ə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) Salyandakı regional məntəqəsindən məlumat verib. Məlumatda bildirilir ki, ödəniləcək kompensasiyaların məbləğinin azlığı Salyan rayonunun təsirə məruz qalan torpaq mülkiyyətçiləri arasında narazılıqla müşaiyət olunur: “Avtomobil yolu rayonun Noxudlu, Aşağı Kürkənd, Çuxanlı, Marışlı, Arbatan və Abadkənd kəndlərinin ərazisində 84 hektar pay torpağından keçir. Təkcə Noxudlu kəndində 24 ailənin 19,6 hektar pay torpağı yol altına düşəcək. Bu məqsədlə 1 il əvvəl dünya bankının, “Azəravtoyol”un nümayəndələrindən ibarət komisiya ərazidə olaraq əhali ilə görüşüb, onlara hər hektar üçün 18000 AZN təzminat veriləcəyinə söz verib. Lakin bu günlərdə məlum olub ki, həmin ödəniş 10 dəfə azaldılaraq 1800 AZN-ə endirilib. Salyan RİH-in göstərdiyi təzyiqlərə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edir”.

 

Ötən ay Bakıda torpağın qiyməti 3.2% azalıb

Xəbərlər No Comments »

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi (ƏBİ İB) may ayında Bakı şəhəri üzrə bazara təklif olunan torpaq və qeyri-yaşayış sahələrinin monitorinqini aparıb. Bu barədə AJAŞ Xəbər-ə birlikdən məlumat verilib. Belə ki, ötən ay paytaxt ərazisində ümumi 813.2 ha torpaq sahəsinin 77.0%-ni (626.2 ha) boş sahə, qalan 23 %-ni isə (187 ha) qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası may ayında daha da zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında da müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 2.2% artaraq 226 günə çatıb. ƏBİ İB hesab edir ki, yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Daha ətraflı »

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi təkliflər paketi təqdim edib

Xəbərlər No Comments »

 

Bu gün Azərbaycan Media Mərkəzində İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi  (İSAM) təşkilatçlığı ilə tədbir keçirilib. İSAM “Milli Yaxşı İdarəetmə Gündəliyi” adlı təkliflər paketini ictimaiyyətə təqdim edib. Tədbirdə İSAM-nin vitse-prezidenti Rasim Musabəyov çıxış edərək, Azərbaycanda dövlət idarəetmə  sahəsində olan 10 mənfi halı qeyd edib: “Hakimiyyətlə vətəndaş arasındakı  irtibatın zəifliyi, müntəzəm dioloqun və hesabatlılığın yoxluğu, dövlət orqanlarının fəaliyyətindəki şəffaflığın zəifliyi, dövlət orqanlarının hesabatlılığında sistemliliyin olmaması, kadr siyasətində proteksionizm və nepotizm (himayəçılik və yerliçilik), korrupsiya, bürokratizm və süründürməçılik, bürokratik aparatın şişkinliyi, qərar qəbuletmədə səlahiyyət və məsuliyyətin bölüşməsi əsasında qurulan rasional sistemin yoxluğu, hakimiyyətlə biznesin sıx əlaqəsi, mənafelərin tənzimi və həmahəngliyinə zərər verəcək dərəcədə inzibatçılıq və məcburetmə”.

R.Musabəyov vəzifəli şəxslərin əhali ilə görüşmədiklərini, hakimiyyət orqanlarının KİV və vətəndaşlar qarşısında verdiyi hesabatların çox vaxt formal xarakter daşıdığını deyib. Daha ətraflı »

Şikayətçi: “Nazim Məmmədov “Avtoqarant” ASC-ni zəbt edib”

Xəbərlər No Comments »

Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi millət vəkilinin təzyiqlərinə məruz qaldığını bildirib

 

 “Avtoqarant” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirib. Konfransda sözügedən cəmiyyətin millət vəkili Nazim Məmmədov və qohumları tərəfindən zəbt edildiyi bildirilib. Konfrans təşkilatçıları “Avtoqarant”-ın idarə heyətinin sədri Elmar Musayevin və qurumun 62% səhminin sahibi Ədalət Bağırovun N. Məmmədov tərəfindən təzyiq və təhqirlərə məruz qaldıqlarını, şərlənərək həbs edildiklərini jurnalistlərin diqqətinə çatdırıb. ASC-nin Müşahidə şurasının sədri Asif Şirinov bildirib ki, Nazim Məmmədov Avto-Qarant” Açıq Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi Ədalət Bağırovu, orada işləyən 15 nəfər kollektivi və icarədarları Cəmiyyətdən kənarlaşdırıb: “O, neçə illərdir ki, deputat səlahiyyətlərindən istifadə edərək bizi məhkəmələrdə süründürür. Daha ətraflı »

Azərbaycanlılar Azərbaycan Respublikasından departasiya olunur

Xəbərlər No Comments »

Zəlimxan Məmmədli: “Azərbaycan hökümətinin Borçalıya  fərqli yanaşması olmalıdır”

 

Millət vəkili Nəsib Nəsibli: “ Miqrasiya haqqında qanuna dəyişiklik edilərkən borçalılar ilə çinlilərə eyni hüquqi status verilib”

 

 

 

Bu gün Azərbaycan Media Mərkəzində “Borçalı” Cəmiyyətinin təşkilatçlığı ilə “Gürcüstan-Azərbaycan münasibətlərində Borçalının yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə cəmiyyətin sədri Zəlimxam Məmmədli açıb: “Bu gün həm Borçalıda, həm də burada xeyli həyəcan yaranıb. 20 ildir ki, Borçalının problemləridən danışırıq, ancaq problemlər  həll olunmur”

Z. Məmmədli hər hansı bir formada ərazi iddiasının olmadığını, Gürcüstanın müstəqilliyini tanıdıqlarını, həm Azərbaycanın, həm də  Gürcüstanın müttəfiqliyinə xələl gətirən amillərin Cəmiyyət tərəfindən qəbul olunmadığını, ancaq Borçalıda yaşayan azərbaycanlıların problemlərinin hər iki dövlətin münasibətlərinə nə dərəcədə təsir etdiynin üzərində düşündüklərni deyib. Cəmiyyətin sədri həmçinin minlərlə Borçalı əsilli ziyalının olmasına baxmayaraq, borçalıların heç bir təşkilatda birləşmədiklərini, Borçalıda baş verən neqativ hallara qarşı vahid mövqedən çıxış etmədiklərini bildirib. Daha ətraflı »

Ölkədə hərraclar formal olaraq keçirilir

Xəbərlər No Comments »

 

 

Samir Əliyev: “Hərrac komissiyasının tərkibinə ictimaiyyəti təmsil edən şəxslər daxil olmalıdır”

 

 “Hərracların keçirilməsi zamanı komissyanın tərkibində bələdiyyə nümayəndələri, mətbuat orqanları iştirak etməlidir, yaxud hərrac keçirilən ərazidən kənd ağsaqalları iştirak etməlidir. Hansı bələdiyyənin ərazisindən torpaq satılırsa həmin bələdiyyənin sədri komisiyya üzvü olmalıdır”. Bu barədə iqtisadçı ekspert Samir Əliyev  AJAŞ Xəbər-in  müxbiri ilə söhbətində bildirib.

S.Əliyevin sözlərinə görə, hərrac zamanı bələdiyyə özü iştirak edə bilmir. Onun torpaqlarını dövlət orqanların nümayəndələrindən təşkil olunmuş komissiya satışa çıxarır: “ Komissiyanın tərkibində ictimaiyyəti təmsil edən nümayəndə yoxdur. Komissiyanın tərkibi dəyişdirilməlidir. Komisiyanın tərkibinə ictimaiyyəti təmsil edən şəxslər daxil olmalıdır. Əhalinin komissiyanın tərkibinə çıxışı olmalıdır. Bu baxımdan insanların torpaq əldə etmək imkanları azalıb. Əvvəl insanlar birbaşa bələdiyyəyə müraciət edib torpaq ala bilirdi, ancaq indi bu çətindir”.

Ekspert, hərraca çıxarılan torpaqların kateqoriya baxımından əhəmiyyətini itirdiyini də qeyd edib: “Hərrac vasitəsilə aşağı kateqoriyalı torpaqlar baha qiymətə satıla bilər, yüksək kateqoriyalı torpaqlar isə ucuz qiymətə satıla bilər. Bu hərracın şəffaf keçirilməsindən, vətəndaşların hərraclara çıxış imkanlarının yüksək olmasından asılıdır. Vətəndaşların hərraclara çıxış imkanlarının yüksək olduğu halda, hərracın obyektiv, şəffaf keçirilməsi ehtimalı da çox yüksəkdir. Amma keçirilən hərraclarda iştirak etməsək də məlum olur ki, hərraclara komissiya üzvləri öz tanışlarını və qohumlarını buraxırlar. Başqa adamlara imkan vermirlər. Razılaşdırılmış qiymət əsasında isə müsabiqənin sonunda həmin adam qalib gəlir. Ölkədə hərracların keçirilməsi qaydaları ilə bağlı təkmlilləşdirməyə ehtiyac var. Bizim müşahidələrimiz onu göstərir ki, hərraclar şəffaf keçirilmir”.

S.Əliyev həmçinin vurğulayıb ki, hərracın gedişi üçün mexanizmlər hazırlanmalıdır. Eləcə də torpaqın qiyməti formalaşdırılmalıdır: “Hər hansı ucuz torpağı satmaq üçün real alıcılar hərraca buraxlmır. Amma əvəzində öz adamlarını hərraca buraxırlar. Həmin adamlar ucuz qiymətə də istədikləri torpağı alırlar”.

Ekspert hesab edir ki, torpağın real qiyməti hərrac keçirilməmişdən qabaq qiymətləndirilməlidir: “Bunun üçün torpağı qiymətlədirən təşkilat olmalıdır. Həmin təşkilat qimətləndirdiyi torpağın bazar qiymətini deməlidir və hərrac bazar qiyməti əsasınada keçirilməlidir. Əgər hərrac vaxtı tələbat olarsa, qiymət qaldırılar. Tələbat olmazsa, qimət azaldılar. Hesab edirik ki, hərracların keçirilməsi reallığı əks etdirmir. Hərracların keçirilməsi haqqında prezidentin sərəncamında nəzərdə tutulan hərraclar şəffaf keçirilməlidir, vətəndaşların hərraclara çıxışı yüksək olmalıdır kriteriyalarına cavab vermir. İndi, bu hərraclar formal olaraq keçirilir. Vətəndaşlar isə bu məlumatlardan xəbərsiz qalır”.

S.Əliyev hərracların keçirilməsi qaydaları ilə bağlı hökümətə təkliflər paketi təqdim edəcəklərini də deyib.