May 21
Şübhəli «sair xərclər»ə ayrılan vəsaitlər iki dəfə artıb, hansı ki, o dolayısıyla hökumətin seçki kampaniyasına yönəldiləcək
2008-ci il büdcəsinə dəyişikliklər və əlavələr edildi. Xatırlayırsınızsa ekspertlər büdcə layihəsinin özü müzakirə olunan zaman xeyli narazılıq bldirmişdilər.
Büdcə vəsaitləri ilə bağlı daimi müşahidə və araşdırmalar aparın, büdcə ilə bağlı bütün məqamlara ictimaiyyətin fikrini əks etdirən Milli Büdcə Qrupu (MBQ) «Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununa rəyini açıqlayıb. Qrupun ekspertləri hər zaman olduğu kimi, büdcə vəsaitləri ilə bağlı kifayət qədər bədxərc mövqedə duran hökumətdən daha pessimist ruhdadırlar. Read the rest of this entry »
May 21
«Sair xərclər»ə və investisiya layihələrinə ayrılan vəsaitlərə dair izahatların verilməməsi şübhələr yaradır
Ekspertlərin narahatlığına səbəb olan başqa bir məqam isə hökumətin vergilər şəklində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda Fondun transfetlərindən gen-bol istifadə etməkdən çəkinməməsidir.
Belə ki, Hesablama Palatasının rəyində göstərildiyi kimi, 2008-ci il yanvarın 1-nə dövlət büdcəsinə çatası 2700 milyon manat hesablanmış vergi borcunun vergi ödəyicilərindən alınması mümkün olmayıb. Hökumətin izahından aydın olur ki, büdcəyə edilən dəyişiklərdə əsas məqsəd yeni büdcə xərcləmələri, xüsusilə dövlət investisiyaları ilə bağlı əlavə imkanlar əldə etməkdir ki, burada da hökumətin sosial-iqtisadi sahədəki siyasəti ilə büdcə siyasəti arasındakı əlaqələndirmənin kifayət qədər təmin olunmaması qabarıq şəkildə üzə çıxır. Read the rest of this entry »
May 13
Şəffaflıq təşəbbüsünə qoşulmuş ən aparıcı neft şirkətləri də gəlirlərini açıqlamaq - şəffaf olmaqda «çətinlik çəkir»
bp Azərbaycanda orta şəffaflıq dərəcəsində, «Exxon –Mobil» isə bundan daha az şəffafdır. Bu, Beynəlxalq İnterneyşnlın (Tİ) apardığı qiymətləndirmənin nəticəsidir. Ümumilikdə, Azərbaycanda şəffaflığın orta səviyyəsinin hansı balla ölçüldüyü açıqlanması da, hər kəsin bu barədə müəyyən təsəvvürləri olmamış deyil.
Read the rest of this entry »
May 08
Bu gün Şuşamızın işğal günü olmasına baxmayaraq 10 may tədbirinə qızğın hazırlıq işləri gedir. Biz də olub-bitənləri müşahidə etmək məqsədi ilə Heydər Əliyev adına sarayin qarşısında “Gül bayramı” üçün gedən hazırlıqlarla yerindəcə tanış olmaq qərarına gəldik. Burada döğrudan da bir canlanma hiss olunurdu.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən bu səfərbərlikdə iştirak etdiyini və hazırlıq işlərində çalışanlara öz qızıl məsləhətlərini verməsinin şahidi olduq. Read the rest of this entry »
May 06
Yerli əhalinin təşəbbüsü ilə “Salyan OİL” bərbad hala saldığı yolları təmir edib
Öncə onu deyək ki, Azərbaycanın neft və qaz hasilatı sektorunda fəaliyyət göstərən “Salyan OİL” Milli Məclis tərəfindən 16 aprel 1999-cu il tarixdə ratifikasiya edilmiş və Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış “Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında” sazişə əsasən işləyir. Read the rest of this entry »
May 06
Neft pullarına ümid edən xalqımızınsa gözü hələ də yoldadır
Martın 12-də «Avropa» otelində «Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində» adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə, «Ekspert» jurnalının informasiya dəstəyi ilə Milli Büdcə Qruppu və İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyası təşkil edib. İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu konfransın məqsədi və gözlənilən nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verib. Onun sözlərimnə görə, Milli Büdcə Qrupu və İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının təşkil etdiyi bu dəyirmi masada müstəqil ekspertlərin 2005-2008-ci illərdə dövlət büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələrinin, eyni zamanda büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirəsi nəzərdə tutulur. Read the rest of this entry »
May 06
Hökumət büdсə şəffaflığını təmin etməlidir
Nəzarətsizlik, hökumətin hesabatsızlığı və şəffaflığın olmaması Azərbayсan büdсədən maliyyəşdirilən layihələrin qəsdən şişirdilməsinə və korrupsiya hallarının artmasına, ədalətsiz sosial təbəqələşməyə, eləсə də yoxsulluğun dərinləşməsinə səbəb olub.
Azərbayсanda dövlət büdсəsinin bu durumu ölkədə günü gündən dərinləşən və artan yoxsulluğun özünü daha da qabarıq büruzə verməsini təmin edir. Hökumətin açıqladığı saxta statistik rəqəmlərlə yoxsulluğun azaldılması barədə yalan məlumatları elə hökumətin özünün altına imza atdığı bir çox rəqəmlər təkzib edir.
Read the rest of this entry »
May 06
Biz özümüz problemlərimizin həlli üçün nə edirik?!
Məlumdur ki, hasilat sənayesi ilə məşğul olunan yerlərdə ərazinin ekoloji cəhətdən çirklənməsi və bəzi sosial infrastrukturların zaman-zaman yararsız vəziyyətə düşməsi qaçılmaz olur. Azərbaycanda da bu qəbildən ciddi problemlər mövcuddur. “Danılmaz faktdır ki, hasilat sənayesinin mövcud olduğu ərazilərdə ekoloji problemlər olur. Azərbaycanın bəzi regionlarında dərin ekoloji problemlərin olması apardığımız araşdırmalarla sübut edilib” - deyə “Saniyə” humanitar-ekoloji informasiya agentliyinin direktoru Elçin Sərdarov bildirir. Read the rest of this entry »
May 03
İctimaiyyətin nəzarət imkanlarının zəif olduğu istişqamətlər üzrə xərclər şişir, büdcədən siyasi məqsədlər üçün istifadə imkanları artır…
Azərbaycan bütünlüklə büdcə müzakirələrində zəif iştirak edir. Büdcə son günlərin ən aktual mövzusu olmalı idi. Ən azından ona görə ki, bu müzakirələr daha bir il Azərbaycan vətəndaşının müqəddaratını həll edir. Təəssüf ki, bu, heç də belə deyil. Təbii ki, bu məsələdə hökumətin maraqlı olması da az rol oynamır. Yəni büdcənin müzakirəsi ərəfəsində baş verən hadisələri diqqətlə izləsək, hər zamankı kimi mühüm bir məsələnin müzakirəsi ərəfəsində hökumətin cəmiyyətin, xüsusilə bu çevrəni məlumatlandıran mətbuatın diqqətini ğamam başqa tərəfə yönəltdiyini görərik. Həbsdə olan curnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı materiallar son zamanlar nisbətən səngimiş və belə demək mümkünsə, monoton xarakter almışdı. Ancaq «Azadlıq» qəzetinin baş redaktoru
Read the rest of this entry »
May 03
Bu yaxınlarda mətbuatda Mültimedia mərkəzinə istinadən bələdiyyələrin elektron saytlarin yaradılmasında ehtiyacı olduqları və bu işdə Amerikanın Kautenpart təşkilatının köməyinə baxmayaraq vəsaitin çatmadığı haqqında məlumat yayılmışdır. Bu məsələyə münasibət bildirmək üçün AJAŞ üzvü Elçin Sərdar tanınmış iqtisadiyatçı, İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyyətinin sədri Qubad İbadoqla hökumət neft vəsaitlərini bələdiyyələr haqqında və insanların məlumat əldə etmə imkanlarını artırılmasına yönələn bələdiyyələr üçün saytların yaradılması kimi layihələrə, yoxsa daha çox tikinti və infrastruktur layihələrinə yönəltməlidir sualını verdi. Read the rest of this entry »