Son dövrlər tikinti materiallarının qiymətləri durmadan artır. Bakı tikililərində ən əhəmiyyətli sayılan və Bakı arxitekturasına xüsusi yaraşıq verən mişar daşının isə qiymətinin bahalaşmasına söz ola bilməz. Belə yerdə deyirlər ki, “Ay kasıb evin tikilsin…”.
Azərfoto mişar daşı istehsal olunan yerləri gəzdi. Qaradağ ərazisindəki karxanalarda olanda isə elə də qeyri-adi dəyişikliyin şahidi olmadıq. Yenə də köhnə çöllü-biyaban, tozu göyə sovuran isti külək və burada işləyib ailəsini dolandıran daşdan seçilməyən daş kimi əlləri olan karxana işçiləri. Siz də baxın, görün bu ərazilərdə nə qədər xammal israf olunur. Read the rest of this entry »
Archive for İyun 11th, 2008
İyun 11
İyun 11
NABRANDA İSTİRAHƏT ETMƏMİŞDƏN ÖNCƏ BU ŞƏKİLLƏRƏ BAXIN (FOTOARAŞDIRMA)
Araşdırmalar, Fotoaraşdırma No Comments »
Yay gəldi, istirahət mərkəzləri isə xəncərlərinin önünü də arxasını da itiləyirlər. Yəqin bu il qiymətlər hamını şoka salacaq. İmkanlılar xaricdə, orta imkan sahibləri bölgələrimizdə, imkansızlar isə sovetlər vaxtından fərqli olaraq sanatoriyalarda deyil evlərində dincəlməli olacaqlar. Bir anlıq orta imkanlı adamların bölgələrimizdə necə və hansı şəraitdə dincələ biləcəklərini düşünərək yolumuzun düşdüyü Nabran adlı istirahət zonasında fotogəzintiyə çıxdıq. Dedik, bu yerləri siz də görəsiniz ki, burada dincəlib-dincəlməmək barədə qərarınızı dəqiqləşdirəsiniz. Read the rest of this entry »
