Archive for Aprel, 2009

ATİB Azərbaycanın maliyyə sektoru üzrə hesabat təqdim edib

Xəbərlər No Comments »

Bu gün Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB)“Azərbaycanın maliyyə sektoru üzrə hesabat”ını müzakirəyə təqdim edib. Bu barədə AJAŞ Xəbər-ə ATİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat daxil olub. Hesabatın təqdimatı, Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırmaq, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədilə 2008-ci ildən həyata keçirilən tədqiqat proqramı çərçivəsində baş tutub.
ATİB-dən verilən məlumatda bildirilir ki, hesabatda Azərbaycan Respublikasının maliyyə xidmətləri bazarının əsas seqmentləri olan bank, qeyri-bank kredit bazarı, sığorta, lizinq bazarı, həmçinin hər bir bazarı tənzimləyən hüquqi baza və bazarların problemləri haqqında ətraflı məlumat verir. Bundan əlavə, yüksək inkişaf etməmiş qiymətli kağızlar və faktorinq xidmətləri bazarının tarixi, mövcud vəziyyəti də hesabatda öz əksini tapıb. Sonda araşdırmanın nəticələri və maliyyə bazarının inkişafı üçün ekspert tövsiyələri də yer alıb.

Qeyd edək ki, ATİB indiydək tədqiqat proqramı çərçivəsində “Azərbaycanın səhiyyə sektoru: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda tədqiqatı ictimaiyyətə təqdim edib. Yaxın zamanlarda isə təşkilatın “Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri” və “Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” mövzularında həyata keçirdiyi araşdırmalar üzrə də ictimai müzakirələr planlaşdırdığı bildirilir.

Ekspert Vüqar Bayramov: “Azərbaycan qazının Türkiyəyə ucuz satılması iqtisadi faktorlarla deyil, siyasi faktorlarla bağlıdır”

Xəbərlər No Comments »

 

 

 “Azərbaycan qazının Türkiyəyə ucuz satılması iqtisadi faktorlarla deyil, siyasi faktorlarla bağlıdır”. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. Ekspert Azərbaycan hökümətinin  mavi qazı yalnız Türkiyəyə deyil, Gürcüstana da dünya bazarı qiymətindən xeyli ucuz -1000 kubmetrini 120 dollara satdığını xatırladıb. Və bu ölkələrin Azərbaycan üçün geopolitik baxımdan strateji əhəmiyyəti olduğunu qeyd edib: “Azərbaycan Türkiyə və Gürcüstana mavi qazı aşağı qiymətə satmaqla, digər regional layihələrdə üstünlüyü əldə etməyə çalışırdı. O cümlədən Bakı-Tbilisi-Qars dəmiryolunun və digər layihələrin reallaşması ilə bağlı, xüsusən də bu layihələrin Ermənistan ərazisindən keçməsi  üçün Avropa və ABŞ-nın ciddi təzyiqi var idi. Bu təzyiq Gürcüstanı da həmin lahiyəyə qoşulmaqda ehtiyatlı edirdi”. V.Bayramovun fikrincə, Azərbaycan öz mavi qazını satmaq üçün məhz Gürcüstanı və Türkiyəni geopalitik baxımdan Azərbaycanın maraqlarına uyğun olan layihələrdə iştirak etməyə sövq etmək məqsədi güdüb: “Bütün hallarda mavi qazın ucuz satılması siyasi faktorlarla bağlıdır. Bu məsələdə hər hansı bir iqtisadi qiymətləndirmə aparmaq mümkün deyil”.

Vüqar Bayramov Türkiyəyə satılan  mavi qazın qiymətinə hökumət tərəfindən yenidən baxılması məsələsini Azərbaycan və Türkiyə arasında son vaxtlar müşahidə olunan soyuqluqla bağlayıb: “Azərbaycan hökumətinin Türkiyəyə satılan mavi qazın qiymətinin artırılması ilə bağlı son açıqlamaları daha çox Türkiyəyə təsir etmək vasitəsi kimi xarakterizə olunur. Azərbaycan Türkiyəyə satılan qazın qiymətini artırmaqla daha çox Türkiyənin Ermənistanla yaxınlaşmasına  görə Türkiyəyə müəyyən təzyilər etməyə çalışır”.

 

AHİK: “Yol vərəqələrinin verilməsində problem olmayacaq”

Xəbərlər No Comments »

 Yol vərəqələri (putyovka) keçən il necə verilmişdisə bu il də o qayda ilə veriləcək”. Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AJAŞ Xəbər-in əməkdaşı ilə söhbətində bildirib.

N.Ağamirov yol vərəqələrinin qlobal böhranla əlaqədar ixtisarı və ya ləğv ediləcəyi haqda mətbuatda yayılmış məlumatları təkzib edib: “Bu barədə bir qərar  olsaydı, Həmkarlar İttifaqları Konfedarasiyası qabaqlayıcı tədbir kimi televiziya, radio və mətbuat vasitəsilə əhaliyə məlumat verərdi”.
Məlumat üçün deyək ki, bu günlərdə böhranla əlaqədar neftçilərə yol vərəqələrinin verilməsində problemlər yaranacağı barədə mətbuatda informasiya yayılıb.

Böhran “bərkgedən”ləri əyləci basmağa vadar edir

Xəbərlər No Comments »

“BMV” avtomobillərinin satışı keçən illə müqayisədə 50% azalıb

 

Bu il satış həcminin 10% artdığını deyən “KİA Motors” bu gündən endirimlərə başladı

 

 

AJAŞ Xəbər/28.04.09/. “BMV” markalı avtomobillərin satışı  keçən il ilə müqayisədə 50 faiz  azalıb. “İmprotex Motors” avtomobil şirkəti ölkəyə bu il 30 ədəd maşın gətirib. Bu barədə şirkətin satış meneceri Bayram Yaqubov AJAŞ Xəbər-n müxbiri ilə söhbətində bildirib.

Bayram Yaqubov işlənmiş maşınların qiymətinin düşdüyünü və bazarda işlənmiş maşınların ucuz satılmasını maşının sahibindən asılı olduğunu deyib. “Ancaq işlənmiş “Mersedes”lər, “Ford” avtomobilləri həmişə populyar olub, qiymətini saxlayır. Yeni maşınlarda isə qiymət düşməyib. Söhbət Almaniya istehsalı olan “Mersedes”, “Audi” və “BMV” dən gedir”. Satış meneceri bazarda fərqli mövqe olduğunu qeyd edib. “Kimin böyük maşın anbarı varsa, Yaponiya və Koreya istehsalı olan 200-300 maşını birdən alıbsa, maşınlarını tez satmaq məqsədilə qiymətləri aşağı salır”.

Read the rest of this entry »

Virus mənbəyi süfrələrimizin başında

Xəbərlər No Comments »

Gəncədə 60 min hektardan çox əkin sahəsi kanalizasiya suları ilə suvarılır

 

Bu yolla becərilmiş kənd təsərrüfatı məhsulları Bakı bazarlarında daha çox satılır

 

Gəncə çirkab sularla suvarılan təsərrüfat sahələrinin günbəgün artmasına baxmayaraq, hələ də bu sahədə tədbir görülmür. AJAŞ Xəbər-in bölgə müxbiri Samir Rasimoğlunun apardığı kiçik araşdırma da bunu sübut edir. Belə ki, yerli sakinlər kanalizasiya suları ilə becərdikləri tərəvəz və göyrəti məhsullarını Gəncə bazarlarında satdıqlarını bildiriblər.

Samux rayon sakini Kifayət Əliyeva müxbirimizlə söhbətində bildirib ki, əkib-becərdikləri tərəvəz və bostan bitkilərini çirkli sularla suvarırlar: “Çünki bizim  kənddə olan sutəmizləyici qurğular xeyli vaxtdır işləmir. Bilirik ki, çirkab su ziyandır, amma neyləyək, ehtiyac ucbatından bu işi görməyə məcburuq. Məhsullarımızı da aparırıq Gəncə bazarlarına. Bəzi qonşularım isə Bakı bazarlarına da göndərir”. K. Əliyeva onu da vurğulayıb ki, Samux rayonunun əksər sakinləri öz təsərrüfatında bu sulardan istifadə edirlər.

Read the rest of this entry »

“İşçilər sabah maaşlarını alacaqlar”

Xəbərlər No Comments »

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin saatı “sabah”ı göstərir

 

 

 “Maaşların gecikməsinin böhranla heç bir əlaqəsi yoxdur, sadəcə ilin axırında bəzi hesablama işləri gecikib”. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) mətbuat xidməti və analitik informasiya şöbəsinin müdiri Eldar Sadıq AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bidirib. E. Sadıq 4 aydır ki, maaşların gecikməsinə etiaz əlaməti olaraq DTXK-nin  kollektivinin guya aksiya keçirmələri barədə mətbuatda yayılmış məlumatın yalan olduğunu deyib. “ İşçilər sakitcə işinə gedib-gəlir. Hamı saat kimi yerində işləyir. Hamı da bilir ki, maaşını alacaq, sadəcə beş-üç gün gecikir”. Komitənin mühasibat şöbəsinin soyadını deməyən əməkdaşı Sabir müəllim də maaşların gecikməsinin böhranla heç bir əlaqəsi olmadığını qeyd edib: “İşçilər sabah maaşlarını alacaqlar”.

Bu il Azərbaycanda neçə faiz infliyasiya olacaq?

Xəbərlər No Comments »

AJAŞ Xəbər bu sualla iqtisadçı ekspertlərə müraciət edib

 

İqtisadçı-ekspert Mətin Həsənov: “Ayrı-ayrı orqanların proqnozlarını müqayisə etmək üçün onların hansı metodologiyadan, informasiyadan istifadə etmələrini bilmək vacibdir”

 

İqtisadçı-ekspert Kənan Kərimzadə: “2009-cu ildə 5-6 faizlik inflyasiya muşahidə olunacaq”

 

Dövlət Statistika Komitəsi (DSK) 2009-cu ildə Azərbaycanda 2.3% infliyasiya proqnozlaşdırsa da Beynəlxalq Valyuta Fondu (BVF) bu rəqəmin 4% həddində olacağını göstərib. AJAŞ Xəbər bu proqnozların hansının daha inandırıcı olub-olmadığını müəyyənləşdirmək üçün iqtisadçı ekspertlərin fikirlərini öyrənib.

 

Fransanın Nitse Universitetinin iqtisadiyyat üzrə doktorantı Mətin Həsənovun fikrincə, 2.3 və 4 faizlik göstəricilər bir-birindən o qədər də çox fərqlənmir. Lakin ekspert hesab edir ki, ayrı-ayrı orqanların proqnozlarını müqayisə etmək üçün onların hansı metodologiyadan, informasiyadan istifadə etmələrini bilmək vacibdir: “Məsələn, sadə bir faktı, neftin qiymətinin hansı səviyyədə götürüldüyünü nəzərə alsaq bir qədər fərqli mənzərə yaranır. Əgər Statistika Komitəsi ilin əvvəlindəki dinamikaya əsasən 2-3 faizlik inflyasiyanın olacağını proqnoz edirsə və bu üç ay ərzində dünya bazarında OPEC neftinin orta qiyməti 42,91 dollar olmuşdursa, BVF öz proqnozunda 2009 cu ildə neftin orta qiymətini 52 dollar götürür (müxtəlif markalı neftlərin qiymətində kiçik fərqlər ola bilər)”. Ekspert bu kimi inflyasiya səviyyəsinə təsir edə biləcək əsas amillərdən olan manatın kursunun hansı ssenari üzrə nəzərə alındığının da əhəmiyyətli olduğunu vurğulayır: “BVF real effektiv məzənnəni 25 fevral - 25 mart arasındakı orta qiymətinin stabil qalacağı şərtini qəbul edir”. Read the rest of this entry »

“ARDNŞ sanki hökumətin əl buyruqçusuna çevrilib”

Xəbərlər No Comments »

 

M.Qəhrəmanlı ARDNŞ-nin tərkibində, bu şirkətin gəlirlərindən bəhrələnən gərəksiz qurumların olmasını şirkətin ən ağrılı problemi sayıb. ARDNŞ-nin tikdiyi müalicə-diaqnostika mərkəzlərinin Səhiyyə Nazirliyinin balansına verilməməsində isə hökuməti günahkar bilib: “Sanki hökumət Dövlət Neft Şirkətini əl buyruqçusuna çevirib. Axı Neft Şirkəti Səhiyyə Nazirliyi deyil, tikinti triyesti deyil.Görün ARDNŞ-nin balansında nə qədər klinikalar var. Nəzərə alsaq ki, bu klinikalarda tibbi xidmət pulsuzdur, bunların hər birində 200-ə yaxın işçi çalışır, Neft Şirkətinə nə qədər zərbə dəydiyini görərik. Bu, birbaşa hasilata təsir edir, köhnə neft yataqlarına sərmayə yatırtmaq işinə təsir edir”. Mirvari Qəhrəmanlı, vəziyyətin bu cür davam edəcəyi təqdirdə, şirkətdə hasilatın həcminin daha da azalacağını istisna etməyib: “Hökumət onda başını qaldırıb görəcək ki, bizim bütün quyularımız məhv olub”.

Ölkənin ən gəlirli şirkəti böhranla üz-üzə:“ARDNŞ-də hər ay 300-400 adam işini itirir”

Xəbərlər No Comments »

Ölkənin ən gəlirli şirkəti böhranla üz-üzə:

 

“ARDNŞ-də hər ay 300-400 adam işini itirir”

 

Mirvari Qəhrəmanlı: “Dövlət Neft Şirkəti vəziyyətdən çıxmaq üçün ya struktur dəyişikliyi etməlidir, ya da ixtisarlar aparmalıdır”

 

 “Hər ay Dövlət Neft Şirkətində 300-400 adam işdən azad edilir. Hesablamalarımıza görə, şirkətdə işdən çıxarılanların sayı artıq 5000 nəfəri keçib”. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı AJAŞ Xəbər-ə müsahibəsində bildirib. M.Qəhrəmanlının sözlərinə görə, şirkətin hasilat həcminin aşağı olduğu indiki dövrdə bu qədər çox işçi saxlaması münasib deyil: “Həqiqətən də bu gün ARDNŞ-də ixtisarlara ehtiyac var. Çünki illik 7 milyon ton neft hasilatı müqabilində 65 min nəfər işçi saxlamaq çox çətindir. Ona görə də Dövlət Neft Şirkəti ya struktur dəyişikliyi, ya da ixtisarlar aparmalıdır”. Hüquq müdafiəçisi onu da qeyd edib ki, ixtisarlar fəhlənin xeyrinədir, amma bir şərtlə ki, qanunauyğun şəkildə aparılsın. Çünki qanunsuz şəkildə ixtisaretmələr sosial ədalətsizlikdir, belə hallar isə təbii olaraq insanların qəzəbinin artmasına səbəb olur: “İxtisar ediləcək işçilər qanuna görə 5 ay əməkhaqqı almalıdırlar: iki ay qabaq onlara işdən çıxarılmaları ilə bağlı xəbərdarlıq edilməlidir. İki aydan sonra onlara bir aylıq kompensasiya verilməlidir. Daha sonra məşğulluq idarələrində uçota durmaqla, iki aylıq da əlavə kompensasiya almalıdırlar. O zaman bu şəxslərin vaxtı olur ki, özlərinə iş yeri tapsınlar”.

Maliyyə Nazirliyi qeyri-qanuni hesabat verib?

Xəbərlər No Comments »

 Azərbaycan hökumətinin 2008-ci ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi son hesabatında Maliyyə Nazirliyi qanunla təsdiq olunmuş büdcə göstəricilərini naməlum səbəbdən öz rəqəmləri ilə əvəz edib və bu rəqəmlər əsasında hesabat verib”. Bu barədə iqtisadçı Azər Mehdiyev bildirib.

Ekspert millət vəkillərinin özlərinin təsdiq etdiyi büdcə gostəricilərinin Maliyyə Nazirliyi tərəfindən edilmiş qanunsuzluğa münasibət bildirmədiklərinə təəccübləndiyini də gizlətməyib: “6 bölmə üzrə ötən ilin may ayında dəqiqləşdirilmiş büdcədə olan rəqəmlər Maliyyə Nazirliyinin hesabatında tam fərqli rəqəmlərlə təqdim olunub, guya ki, proqnoz bundan ibarətdir. Söhbət ayrı-ayrı maddələrin gizlədilməsindən yox, qanun pozuntusundan gedir. Heç bir millət vəkili də soruşmur ki, axı, biz tamamilə başqa rəqəmlər təsdiq etmişik”.