Archive for May, 2009

“İpoteka Fondunu kamil mexanizmləri və ya meyarları yoxdur”

Xəbərlər No Comments »


Vüqar Bayramov: “MB ipoteka istiqrazları buraxarsa, onun bu addımı iflasa uğrayacaq”

 

“ İpoteka Fondu (İF) digər mənbələrdən istifadə edrək, öz nizamnamə fondunu artıra bilməyib. Müqayisə üçün deyək ki, Latviyanın İF-nun nizamnamə kapitalı iki milyon dollardır. Amma bu vəsaitlərin böyük bir qismi dövlət büdcəsindən kənar cəlb edilən vəsaitlərdir”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbtində bildirib.

Ekspertin sözlərinə görə, ölkə prezidentinin 1 sentyavr 2005-ci il tarixli fərmanında İF-na institusional investorlar verilsə də, fond istifadə edə bilmədi. İF-na sığorta şirkətləri, investisiya şirkətləri cəlb etməklə əlavə gəlir yerləri formalaşdırılması, o cümlədən ipoteka istiqrazlarının buraxılması tapşırılmıdı. Amma təəssüf ki, fond bunu vaxtında edə bilmədi. Bu gün problemin, kreditləşmənin başlamamsının səbəbi məhz İF-nun ipoteka kreditlərinin verilməsi ilə bağlı kamil  mexanizmlərin və ya meyarların olmaması ilə bağlıdır. Baxmayaraq ki, ölkə prezidentinin fərmanlarında adi və sosia ipotekaların qaydaları müəyyənləşdirilib. Bu gün İF daha çox dövlət büdcəsi ilə müvəkkil banklar arasında aralıq funksiyası yerinə yetirən bir qurum rolunu oynayır. O baxımdan onun statusu ona imkan vermir ki, ipoteka kreditləşməsini fasiləsiz olaraq davam etdirə bilsin. 2007-ci ildə bir ay yarım ərzində İF tərəfindən 47 milyon manat vəsaitin artıq verilməsi onu göstərir ki, İF ipoteka kreditlərinin verilməsi ilə bağlı meyarlara malik deyil.

Vüqar Bayramov eləcə də 2005-ci ildə Mərkəzi Banka (MB) ipoteka istiqrazlarının buraxılması və institusional investisiyaların cəlb edilməsinin tapşırıldığını qeyd edib: “Digər problem ondan ibarətdir ki, 2005, 2006, 2007, 2008-ci illərdə, böhran olmadığı müddətdə MB ipoteka istiqrazlarını buraxmadı.Amma marqlıdır ki, qlobal maliyyə böhranın baş verdiyi, səhmlərin və  istiqrazların qiymətinin düşdüyü və eləcə də səhmlərin və istiqrazların alınmasında əhali arasında tərəddüdün olduğu bir vaxtda MB ipoteka istiqrazlarını buraxmaq niyyətindədir”.

 Ekspertin bildirdiyinə görə, MB ipoteka istiqrazlarını buraxarsa, MB-ın bu addımı iflasa uğrayacaq. Əvvəla, bu gün qlobal maliyyə böhranı olduğu üçün ipoteka  istiqrazlarına ehtiyac yoxdur. Təbii ki, qlobal maliyyə böhranı dövrındə vətəndaşların istiqrazlara vəsait yönəldəcəyi inandırıcı deyil. Digər tərəfdən Maliyyə Nazirliyinin istiraqzların buraxılması ilə bağlı təcrübəsi  göstərdi ki, Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmadığından bu istiqrazların dövriyyəyə buraxılması uğurlu olmur. Ona görə də MB ipoteka istiqrazı buraxarsa, bununla İF-na əlavə vəsait cəlb edə bilməyəcək .

Vüqar Bayramov buraxılan həmin ipoteka istiqrazlarının satış problemi olacağını vurğulayıb: “Onların satış problemi olduğu üçün təbii k, bu bütövlükdə ölkədə olan istiqrazlara inamın azalmasına gətirib çıxaracaq. Bu gün dünyanın heç bir Mərkəzi Bankı və ya heç bir dövlət qurumu məhz qlobal maliyyə böhranı dövründə dövriyyəyə yeni istiqraz buraxmır, çünki qlobal böhran dövründə yeni istiqrazların dövriyyəyə buraxlmasına ehtiyac yoxdur”.

Torpaq bazarında aktivlik azalır

Xəbərlər No Comments »

 

Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradag rayonunda əmlakın qiymətini artırıb

 

Əmlak Bazarı İçtirakçıları” İB Bakı şəhəri ərazisində torpaq bazarı üzrə son statistik rəqəmləri açıqlayıb (AJAŞ Xəbər). Aprel ayı üçün təqdim edilən statistikada bazara təklif olunan 810.7 ha torpaq sahəsinin 76.9%-nin boş sahə, qalanının isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələrinin təşkil etdiyi məlum olub.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub.

Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq, 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib. Read the rest of this entry »

“Özəlləşdirmənin sadə vətəndaşlar üçün faydası olmadı”

Xəbərlər No Comments »

Kənan Aslanlı: “Dövlət Əmlak Komitəsinin adının dəyişdirilməsini uğursuz hesab edirəm”

 

 

-         Kənan bəy, Azərbaycanda kiçik özəlləşmənin demək olar ki, başa çatdırıldığı, qalan az hissəsinin isə ilin sonuna kimi başa çatdırılacağı bildirilir. Maraqlıdır, özəlləşdirmə çeklərinin adi vətəndaşlara nə xeyri oldu?

 

-         Maraqlı sualdır. Əslində əsas mərhələ arxada qalıb, kimlərsə payçı olmalıydı - olub və dövriyyədə qalan çeklərin müddəti uzadılmasına baxmayaraq, hələ  də özəlləşdirməyə çıxarılası orta və iri müəsisələr var. Bir müddət əvvəl ARDNŞ-nin bir sıra müəsisələri özəlləşdirilməyə çıxarıldı. Amma sonra tam aydın olmadı ki, o müəssisələrin hamısı özəlləşdirildi yoxsa yox. Digər  məsələ, yeni özəlləşdirilən müəssisələrin özəlləşdirilməsində daha çox  investisiya müsabiqələrinə üstünlük verilməsidir. Bu baxımdan çeklərin əhəmiyyəti müəyyən qədər vətəndaşlar üçün azalır. Özəlləşmədən xüsusilə 2002-2003-cü illərə qədər bir sıra vətəndaşlar istifadə etdilər və səhmdar cəmiyyətlərin payçıları oldular. Ancaq onlar həmin müəssisələrdən necə faydalanırlar, nə dərəcədə dividentlər ala bilirlər, bax, problem bundadır. Əslində dividentlərin səviyyəsi o qədər yüksək deyil.

 

-         Özəlləşdirmə prosesi necə aparılır; bir iqtisadçı kimi sizi qane edirmi? Read the rest of this entry »

Vüsal Qasımlı: “Böhranla mübarizə daha çox qiymətli kağızlar bazarı istiqamətində getməlidir”

Xəbərlər No Comments »

“Hər böhranın özünün spesifik səbəbləri olduğu üçün böhranla mübarizənin də spesifik xususiyyətləri olmalıdır. İndiki böhranın daha çox səbəbi qiymətli kağızlar bazarıdır”. Bu barədə  İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. V. Qasımlının sözlərinə görə indiki böhranla mübarizə daha çox qiymətli kağızlar bazarı istiqamətində getməlidir: “Söbət dünya birjasından gedir. Biz çalışmalıyıq ki, qiymətli kağızlar bazarında daha real, daha şəffaf mexanizmlərin qurulmasına nail olaq. Bu bazarda manipulyasiyaların qarşısını alaq və eyni zamanda qiymətli kağızlar bazarının real sektorun və maliyyə bazarının barometrinə çevrilməsini  təmin edək. Əks halda, nəticə etibarı ilə yeni bir böhrana sürüklənəcəyik”. Ekspert, qlobal böhranla mübarizədə dünyanın aparıcı ölkələrinin səylərini birləşdirməsinin vacibliyini də vurğulayıb: “Dünyanın aparıcı ölkələri təkcə daxili bazarı yox, həm də dünya bazarı, dünya iqtisadiyyatı barədə fikirləşməlidir. Onda böhranın nəticələrinin aradan qalxdığınl görə bilərik”.

“Xaricdə oxuyan tələbələrimizin vətənə dönmək tələbi götürülməyib”

Xəbərlər No Comments »

Təhsil Nazirliyi sözçüsü: “Yüksək məvacibli işlə təmin etmək məsələsi Təhsil Nazirliyinin səlahiyyətində deyil”

“Dövlət proqramı ilə xaricdə təhsil alan tələbələr əvvəlki kimi, təhsillərini başa vurduqdan sonra Azərbaycanda işləmək öhdəliyinin daşıyıcılarıdır. Onların üzərindən guya bu öhdəliyin götürüldüyü barədə mətbuatda yayılmış məlumatların heç bir əsası yoxdur”. Bu barədə Təhsil Nazirliyinin Xarici Əlaqələr Şöbəsinin müdiri Qulu Novruzov AJAŞ Xəbər-ə açıqlamasında bildirib. Lakin Q.Novruzov qeyd edib ki, əgər hansısa tələbənin təhsilini bitirdikdən sonra xaricdə işləməsi ölkə üçün daha çox fayda verə bilərsə, onun elə xaricdə qalıb işləməsi daha məqsədəuyğundur: “Məsələn, azərbaycanlı tələbə hansısa bir amerikan konqresmeninin ofisində işə düzələrsə, akademik fəaliyyətə başlaya bilərsə, azərbaycan diasporunun, lobbiçiliyinin güclənməsinə xeyir verə bilərsə, təbii ki, həmin tələbənin orada qalması daha əlverişlidir. Cənab nazir də məhz bunu deyib. Tələbələrin təhsil aldıqdan sonra vətənə dönmələri barədə tələbin götürüldüyündən isə söhbət açmayıb”. Şöbə müdiri, xaricdə oxuyan azərbaycanlı tələbələrin geri dönüb-dönməmələri ilə bağlı müəyyən narahatlıqlar yaranmasına baxmayaraq, ümumilikdə bu narahatlıqlara ciddi əsas olmadığını bildirib: “On ildir xaricdə təhsil məsələləri ilə məşğulam, bu təcrübə əsasında tələbələrimizin xaricdə qalmağa meylli olduqlarını müşahidə etməmişəm. Amma cənab Prezidentin dediyi kimi, gənclərimiz xaricdə qalsalar belə, orada da Azərbaycanın xeyrinə çalışırlar. Əlbəttə, bizim maraqlarımıza cavab verən tərzdə yaxşı karyera qura bilərlərsə, bu yalnız Azərbaycanın xeyrinədir”.
Qulu Novruzov xaricdə oxuyan tələbələrin geri qayıtdıqdan sonra yüksək məvacibli işlə təmin edilməsi üçün dövlət proqramı hazırlandığı barədə deyilənlərə də münasibət bildirib. Vurğulayıb ki, yüksək məvacibli işlə təmin etmək Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Olsa, olsa burada məzunların işlə təmin olunma mexanzmindən söhbət gedə bilər: “Əgər bu məsələ cənab nazirin sözlərinə işarədirsə, cənab Misir Mərdanovun dediyi onunla bağlıdır ki, sadəcə, xaricdə təhsil alıb gələnlər daha yüksək maaş olan yerlərdə iş tapa bilirlər. Xüsusilə də özəl qurumlarda, ayrı-ayrı şirkətlərdə. Məsələn, Almaniyada təhsil almış həkimə özəl qurumlarda dövlət xəstəxanalarından daha çox maaş verirlər. Eləcə də xaricdə təhsil almış həkimin iş tapmaq şansı Bakıda təhsil almış həkimdən daha çoxdur. Yəni söhbət hansısa dövlət proqramından yox, xaricdə təhsil almış tələbələrin daha çox iş tapmaq və daha yüksək məvacib almaq şansından gedir”.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsili bitirdikdən sonra geri dönmək barədə öhdəlikdən azad olunduqlarını deməsi barədə bəzi KİV-də məlumat yayılmışdı.

İqtisadi Təşəbbüslərə Yardım İB keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Xəbərlər No Comments »

Azər Mehdiyev: “Azərbaycan uşaq ölümünə görə zaman-zaman ən pis göstəricilərə malik olub”

Bu gün Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım (İTYB)İctimai Birliyi “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası vəziyyətinə dair apardıqları monitorinqin nəticələrini açıqlayıb (AJAŞ Xəbər). Qeyd edək ki, sözügedən Tədbirlər Proqramı Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 saylı qərarı ilə təsdiq olunub. Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Read the rest of this entry »

“Ölkə qanunvericiliyində GMO məhsullarına qadağa qoyulmayıb”

Xəbərlər No Comments »

Eyyub Hüseynov: “Azərbaycan əhalisi geni dəyişdirilmiş ərzaq mallarını geniş şəkildə istehlak edir”

“Azərbaycanda kifayət qədər genetik modifikasiya olunmuş (GMO) orqanizmlərdən ibarət olan ərzaq malları nəinki satılır, hətta əkinçiliyə tətbiq olunur”. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AJAŞ Xəbər-in müxbirilə söhbətində bildirib. E.Hüseynovun sözlərinə görə, AİB-in apardığı tədqiqatlar zamanı Azərbaycanda satılan kartofların, günəbaxanların, pomidorların, qarpızların demək olar ki, böyük bir hissəsinin GMO məhsulları olduğu aşkarlanıb. AİB sədri həmçinin quş yemlərinin də tədqiqatını apardıqlarını vurğulayıb: “Quş yemlərinin tərkibində soya jımıxı olduğu müəyyən edilib. Hansı ki dünyada soyaların 98%-inin geni dəyişdirilib. Bu o deməkdir ki, Azərbaycan istehlakçıları GMO ilə qidalanan quş əti istehlak edir”. Eyyun Hüseynov Azərbaycanda biomüxtəlifliyin qorunmasında ciddi problemlər olduğu barədə də xəbərdarlıq edib: “GMO əkinçilik təbiətin digər komponentlərini sıxışdırmaqdadır. Məsələn, GMO kartof əkinçiliyi kartofun digər aborigen növlərini aradan çıxarır”. Read the rest of this entry »

İqtisadi Tədqiqatlar Mərkəzi 2009-cu ilin apreli üçün Azərbaycanda qiymətlərin statistik müşahidələrinin nəticələrini açıqlayıb

Xəbərlər No Comments »

Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2009-cu ilin aprel ayı ərzində Azərbaycanın 11 regionunda apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Statistik müşahidə Açıq Cəmiyyət İnstitutu (ACİ) Budapeşt Fondunun İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə aparılıb. Bu barədə AJAŞ Xəbər-ə İTM-in ofisindən məlumat verilib.
Təqdimatla bağlı təşkil olunmuş brifinqdə İTM İdarə Heyətinin sədr əvəzi Vüsal Qasımlı statistik müşahidənin nəticələrindən danışıb. Bildirib ki, bu ilin aprel ayında mart ayına nisbətən deflyasiya prosesi bir qədər zəifləyib. Belə ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,36 % azalıb (martda 0,84 %). O cümlədən Bakıda deflyasiya 0,08 %, regionlarda isə 0,64 % təşkil edib.

Read the rest of this entry »

Daşınmaz əmlak bazarında ilin sonunda qiymətlər qəfil enə bilər

Xəbərlər No Comments »

 

Ekspert Kənan Aslanlı: “Hazırda qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə bağlıdır”

 

 

 “Qlobal maliyyə böhranına baxmayaraq, daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə əlaqədardır”. Bu barədə iqtisadçı ekspert Kənan Aslanlı AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. Ekspert məsələnin diqqət mərkəzində olduğunu, xeyli müddətdir ki, özünün də prosesi izlədiyini qeyd edib: “İstər Bakıda, istərsə də regionlarda yeni yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan şirkətlərlə söhbətlərimiz olub. Bu söhbətlər zamanı onların həqiqətən də gözləmə mövqeyində olmaları qənaətinə gəlmişik”. Tikinti şirkətlərində mövcud vəziyyətin nə vaxtadək davam edəcəyi ilə bağlı sualın cavabında isə, K.Aslanlı vurğulayıb ki, bu gözləmə ilin sonuna kimi davam edə bilər: “İlin sonunda daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşmə ehtimalı istisna deyil”.

“Riad” Ticarət Mərkəzinin Bakı-Sumqayıt yolunu bağlamaq istəyiblər?

Xəbərlər No Comments »

“Bu gün saat 17:00-a qədər “Riad ” Ticarət Mərkəzinin 80 nəfər işçisi etiraz əlaməti olaraq Bakı-Sumqayıt yolunu bağlayacaq. Fəhlələrin bu addımı atmasına səbəb maşlarının yubadılmasıdır”. Bu barədə AJAS Xəbər-ə adının çəkilməsini istəməyən mənbədən məlumat daxil olub. Xəbəri dəqiqləşdirmək üçün “Riad ” Ticarət Mərkəzi ilə əlaqə saxladıq. Ticarət Mərkəzinin iş icraçısı Xalid müəllim xəbəri təkzib etdi: “Bu gün işçilərin bir hissəsinin maaşlarını vermişik, sabah da qalan hissəsini paylayacağıq. Yalan məlumatın necə yayılması bizdə təəccüb doğurur”. İş icraçısı onu da əlavə edib ki, işlədiyi ticarət mərkəzində ayda iki dəfə maaş verilir, bir ayın ortasında, bir də sonunda: “Bu hesabla, mayın 17-ə qədər maaş müddəti sayılır. Bir-iki gün gecikmə ola bilər, amma hər kəs bir gün tez, bir gün gec maaşını qəpiyinədək alır”.