May 05
“ARDNŞ ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən transmilli neft şirkətlərinin də hökumətə ödədiyi mənfəət vergisi azalıb”. Bu barədə Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Fuad Rəsulov AJAŞ Xəbər-in əməkdaşı ilə söhbətində bildirib. Ekspert bunu qlobal maliyyə böhranı ilə əlaqədar dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqələndirib: “Aydındır ki, neftin bir barelinin qiyməti 70 dollar nəzərdə tutulub. Təbii ki, 50 dollara satıldığı halda, neft satan şirkətlər daha az mənfəət əldə edir və bunun da nəticəsində büdcəyə az vergi ödəyir”.
May 05
“Çalışırıq ki, böhranın yaratdığı çətinlikləri insan resurslarımıza yönəltməyək”
“Qlobal maliyə böhranı başlanan gündən “Azərsun Holdinq”dən bir nəfər də olsun, işdən çıxarılmayıb, əksinə müəssisələrimizin artması hesabına min nəfər insan yeni iş yeri qazanıb”. Bu barədə “Azərsun Holdinq” şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin bölmə rəisi Asif Səfərov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. A.Səfərovun sözlərinə görə, bütün şirkətlər kimi “Azərsun Hoıding” də qlobal böranın təsirindən kənarda qalmayıb. Lakin: “Çalışırıq ki, böhranın yaratdığı çətinlikləri insan resurslarımıza yönəltməyək. Bunun üçün Holdinqin anti-böhran proqramı var və inanırıq ki, bu proqram çərçivəsində atılan addımlar nəticəsində böhranın şirkətimizə təsiri çox olmayacaq”.
Məlumat üçün deyək ki, AJAŞ Xəbər Agentliyinə “Azərsun Holding”in bəzi müəssisələrinin bağlanması və işçilərinin öz hesabına məzuniyyətə göndərilməsi barədə informasiya daxil olub.