Archive for May 14th, 2009

“Şahdəniz” qazı neçəyə satılır?

Xəbərlər No Comments »

 

İlham Şabanov: “Azərbaycanda bu kimi suallara cavab almağa real ünvan yoxdur”

 

 “Azərbaycan ictimaiyyəti ola bilsin ki,“Şahdəniz” yatağının istismarı üzrə bağlanmış kontraktın müddəti bitənədək qazın hansı qiymətə satıldığını bilməyəcək”. Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanov AJAŞ Xəbər Agentliynin əməkdaşı ilə söhbətində bildirib. Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan qazının bir barel üçün qiymətinin 70-120 dollar arasında olduğu məlum idisə, indi bu qiymətin hansı həddə olduğu barədə dəqiq məlumat yoxdur: “Həttta Gürcüstana satılan qazın qiyməti də istehlakçı tərəfin açıqlamasından sonra məlum olub”. İ.Şabanov müqayisə üçün Rusiyanın “Qazprom” şirkətinin Özbəkstanla və Türkmənistanla 2009-cu il üçün bağladığı müqaviləni misal gətirib. Qeyd edib ki, həmin müqavilə mətbuat və ictimaiyyət üçün açıqlanıb və bizdəki kimi “kommersiya sirri” hesab edilməyib. Ekspert vurğulayıb ki, “Şahdəniz” qazının satış qiyməti kommersiya sirri xarakteri daşısa belə, heç olmasa müəyyən çərçivədə cəmiyyətə informasiya sızdırmaq olardı: “Azərbaycan reallığında bu kimi çoxlu suallar var, ancaq cavab almağa real ünvan yoxdur”.
Məlumat üçün deyək ki, AJAŞ Xəbər Agentliyinin mövzu ilə bağlı ARDNŞ-ə ünvanladığı sorğu müraciətin sualları cavablandırılmayıb. Şirkətdən bildirilib ki, sorğunun suallarının cavabı kommersiya sirri xarakteri daşıdığı üçün ARDNŞ-nin bu sualları cavablandırması mümkünsüzdür.

 

 

ATİB “Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri” mövzusunda tədqiqat aparıb

Xəbərlər No Comments »

 

Dünən Azərbaycan – Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində  mövzusunda aparılmış araşdırmanın ictimai müzakirəsi təşkil edilib. Bu barədə AJAŞ Xəbər Agentliyi məlumat yayıb. Müzakirə Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırılmaq, həmçinin ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədi ilə 2008-ci ildən həyata keçirilən tədqiqat proqramı çərçivəsində təqdim edilib.
Təqdimatda ATİB İdarə heyətinin sədri Əhməd Erentok, İdarə Heyəti sədrinin müavini Cəmal Yanğın, ATİB Layihə və tədqiqatlar şöbəsinin müdiri Kənan Aslanlı və media nümayəndələri iştirak ediblər. Ararşdırma barədə jurnalistlərə Layihələr və tədqiqatlar şöbəsinin müdiri K.Aslanlı məlumat verib. Bildirib ki, araşdırmanın əsas məqsədi Azərbaycanda rəqabət mühitinin istər dövlət üçün, istərsə də şirkətlər üçün xüsusi önəmə malik ünsürlərinin nədən ibarət olmasını müəyyən etməkdir. Read the rest of this entry »

İlham Şabanov: “Azərbaycan qazının hansı dövr üçün hansı qiymətə ixrac olunduğu bilinmir”

Xəbərlər No Comments »

  “Dövlət Statistika Komitəsi (DSK) qaz hasilatının ümümi respublika üzrə yox, ARDNŞ-nin və BP Azərbaycan şirkətinin hesabatını göstərir”. Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. Ekspertin sözlərinə görə, bu ilin hesabatında “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarının qazı eyni bölmədə göstərilir: “Baxmayaraq ki, “Azəri-Çıraq-Günəşli”nin qazı səmt qazıdır, “Şahdəniz”də çıxan isə təbii qaz”. İ.Şabanov onu da vurğulayıb ki, DSK və Dövlət Gömrük Komitəsi “Şahdəniz”dən ixrac edilən qazın həcmini göstərmir: “Azərbaycan qazı hansı dövr üçün, hansı qiymətə ixrac olunub – bilinmir”.