Archive for May 15th, 2009

İqtisadi Tədqiqatlar Mərkəzi 2009-cu ilin apreli üçün Azərbaycanda qiymətlərin statistik müşahidələrinin nəticələrini açıqlayıb

Xəbərlər No Comments »

Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2009-cu ilin aprel ayı ərzində Azərbaycanın 11 regionunda apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Statistik müşahidə Açıq Cəmiyyət İnstitutu (ACİ) Budapeşt Fondunun İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə aparılıb. Bu barədə AJAŞ Xəbər-ə İTM-in ofisindən məlumat verilib.
Təqdimatla bağlı təşkil olunmuş brifinqdə İTM İdarə Heyətinin sədr əvəzi Vüsal Qasımlı statistik müşahidənin nəticələrindən danışıb. Bildirib ki, bu ilin aprel ayında mart ayına nisbətən deflyasiya prosesi bir qədər zəifləyib. Belə ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,36 % azalıb (martda 0,84 %). O cümlədən Bakıda deflyasiya 0,08 %, regionlarda isə 0,64 % təşkil edib.

Read the rest of this entry »

Daşınmaz əmlak bazarında ilin sonunda qiymətlər qəfil enə bilər

Xəbərlər No Comments »

 

Ekspert Kənan Aslanlı: “Hazırda qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə bağlıdır”

 

 

 “Qlobal maliyyə böhranına baxmayaraq, daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə əlaqədardır”. Bu barədə iqtisadçı ekspert Kənan Aslanlı AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. Ekspert məsələnin diqqət mərkəzində olduğunu, xeyli müddətdir ki, özünün də prosesi izlədiyini qeyd edib: “İstər Bakıda, istərsə də regionlarda yeni yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan şirkətlərlə söhbətlərimiz olub. Bu söhbətlər zamanı onların həqiqətən də gözləmə mövqeyində olmaları qənaətinə gəlmişik”. Tikinti şirkətlərində mövcud vəziyyətin nə vaxtadək davam edəcəyi ilə bağlı sualın cavabında isə, K.Aslanlı vurğulayıb ki, bu gözləmə ilin sonuna kimi davam edə bilər: “İlin sonunda daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşmə ehtimalı istisna deyil”.

“Riad” Ticarət Mərkəzinin Bakı-Sumqayıt yolunu bağlamaq istəyiblər?

Xəbərlər No Comments »

“Bu gün saat 17:00-a qədər “Riad ” Ticarət Mərkəzinin 80 nəfər işçisi etiraz əlaməti olaraq Bakı-Sumqayıt yolunu bağlayacaq. Fəhlələrin bu addımı atmasına səbəb maşlarının yubadılmasıdır”. Bu barədə AJAS Xəbər-ə adının çəkilməsini istəməyən mənbədən məlumat daxil olub. Xəbəri dəqiqləşdirmək üçün “Riad ” Ticarət Mərkəzi ilə əlaqə saxladıq. Ticarət Mərkəzinin iş icraçısı Xalid müəllim xəbəri təkzib etdi: “Bu gün işçilərin bir hissəsinin maaşlarını vermişik, sabah da qalan hissəsini paylayacağıq. Yalan məlumatın necə yayılması bizdə təəccüb doğurur”. İş icraçısı onu da əlavə edib ki, işlədiyi ticarət mərkəzində ayda iki dəfə maaş verilir, bir ayın ortasında, bir də sonunda: “Bu hesabla, mayın 17-ə qədər maaş müddəti sayılır. Bir-iki gün gecikmə ola bilər, amma hər kəs bir gün tez, bir gün gec maaşını qəpiyinədək alır”.