Vüqar Bayramov: “MB ipoteka istiqrazları buraxarsa, onun bu addımı iflasa uğrayacaq”
“ İpoteka Fondu (İF) digər mənbələrdən istifadə edrək, öz nizamnamə fondunu artıra bilməyib. Müqayisə üçün deyək ki, Latviyanın İF-nun nizamnamə kapitalı iki milyon dollardır. Amma bu vəsaitlərin böyük bir qismi dövlət büdcəsindən kənar cəlb edilən vəsaitlərdir”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbtində bildirib.
Ekspertin sözlərinə görə, ölkə prezidentinin 1 sentyavr 2005-ci il tarixli fərmanında İF-na institusional investorlar verilsə də, fond istifadə edə bilmədi. İF-na sığorta şirkətləri, investisiya şirkətləri cəlb etməklə əlavə gəlir yerləri formalaşdırılması, o cümlədən ipoteka istiqrazlarının buraxılması tapşırılmıdı. Amma təəssüf ki, fond bunu vaxtında edə bilmədi. Bu gün problemin, kreditləşmənin başlamamsının səbəbi məhz İF-nun ipoteka kreditlərinin verilməsi ilə bağlı kamil mexanizmlərin və ya meyarların olmaması ilə bağlıdır. Baxmayaraq ki, ölkə prezidentinin fərmanlarında adi və sosia ipotekaların qaydaları müəyyənləşdirilib. Bu gün İF daha çox dövlət büdcəsi ilə müvəkkil banklar arasında aralıq funksiyası yerinə yetirən bir qurum rolunu oynayır. O baxımdan onun statusu ona imkan vermir ki, ipoteka kreditləşməsini fasiləsiz olaraq davam etdirə bilsin. 2007-ci ildə bir ay yarım ərzində İF tərəfindən 47 milyon manat vəsaitin artıq verilməsi onu göstərir ki, İF ipoteka kreditlərinin verilməsi ilə bağlı meyarlara malik deyil.
Vüqar Bayramov eləcə də 2005-ci ildə Mərkəzi Banka (MB) ipoteka istiqrazlarının buraxılması və institusional investisiyaların cəlb edilməsinin tapşırıldığını qeyd edib: “Digər problem ondan ibarətdir ki, 2005, 2006, 2007, 2008-ci illərdə, böhran olmadığı müddətdə MB ipoteka istiqrazlarını buraxmadı.Amma marqlıdır ki, qlobal maliyyə böhranın baş verdiyi, səhmlərin və istiqrazların qiymətinin düşdüyü və eləcə də səhmlərin və istiqrazların alınmasında əhali arasında tərəddüdün olduğu bir vaxtda MB ipoteka istiqrazlarını buraxmaq niyyətindədir”.
Ekspertin bildirdiyinə görə, MB ipoteka istiqrazlarını buraxarsa, MB-ın bu addımı iflasa uğrayacaq. Əvvəla, bu gün qlobal maliyyə böhranı olduğu üçün ipoteka istiqrazlarına ehtiyac yoxdur. Təbii ki, qlobal maliyyə böhranı dövrındə vətəndaşların istiqrazlara vəsait yönəldəcəyi inandırıcı deyil. Digər tərəfdən Maliyyə Nazirliyinin istiraqzların buraxılması ilə bağlı təcrübəsi göstərdi ki, Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmadığından bu istiqrazların dövriyyəyə buraxılması uğurlu olmur. Ona görə də MB ipoteka istiqrazı buraxarsa, bununla İF-na əlavə vəsait cəlb edə bilməyəcək .
Vüqar Bayramov buraxılan həmin ipoteka istiqrazlarının satış problemi olacağını vurğulayıb: “Onların satış problemi olduğu üçün təbii k, bu bütövlükdə ölkədə olan istiqrazlara inamın azalmasına gətirib çıxaracaq. Bu gün dünyanın heç bir Mərkəzi Bankı və ya heç bir dövlət qurumu məhz qlobal maliyyə böhranı dövründə dövriyyəyə yeni istiqraz buraxmır, çünki qlobal böhran dövründə yeni istiqrazların dövriyyəyə buraxlmasına ehtiyac yoxdur”.
