Vüqar Bayramov: “Hökümət, o cümlədən MB problemli proqramların həyata keçirilməsində maraqlı deyil”
“22 milyon manatın xərclənməsinə baxmayaraq, bir nəfər də olsun ipoteka krediti almayıb və dövlət ipoteka fondu (İF) bunu məhz yerində maliyyələşdirməyə yönəldilməsi ilə izah edib. 2008-ci ildə ipoteka kreditləri üçün ayrılan 34 milyon vəsaitin 22 milyon manatının, yəni 65 faizinin xərclənməsi, amma hec bir nəfərin də ipoteka krediti götürməməsi kifayət qədər şübhəli və təəccüblüdür”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbərin əməkdaşı ilə söhbətində bildirib.
Ekspert həmçinin 2006-cı ildə bir milyon iki yüz yetmiş altı min manatlıq ipoteka krediti verildiyini, 2007 ci ildə isə verilən ipoteka kreditlərinin məbləğinin altmış iki milyon iki yüz qırx iki min manat olduğunu xatırladıb: “2007-ci ildə ipoteka kerditlərinin verilməsinin artımı 2007-ci il yanvarın 20-də prezidentin ipoteka kreditlərinin veridiyi fərmanla bağlı olub və həmin fərmana görə adi ipotekalarla yanaşı, sosial ipotekalar tətbiq edilməyə başlayıb. Adi ipotekalar üzrə faiz dərəcəsi 12 faizdən 8 faizə endirilib və sosial ipoteka üzrə faiz dərcəsi 4 faiz müəyyənləşdirilib. Adi ipotekalar üçün maxsimum 50 min manat, sosial ipotekalar üşün isə 35 min manat nəzərdə tutulub.” Read the rest of this entry »
