Archive for İyun 4th, 2009

Xəbərlər No Comments »

Bu gün Multimedia Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində keçirilən  Dəyirmi Masada tanınmış ictimai xadimlər ölkədə informasiya azadlığının vəziyyətini müzakirə ediblər.

Multimedia Mərkəzinin direktoru Osman Gündüz dövlət proqramları və onun icrası ilə bağlı informasiya qıtlığından gileylənib: “Bir də görürsən arxasında 20 milyon manat pul olan proqram həyata keçirilir. Bu vəsaitdən kimin, harada, necə istifadə etdiyi bilinmir. Proqramla əlaqədar tender keçirilməsi də sual altındadır”. Read the rest of this entry »

Multimedia Mərkəzi 30 dövlət qurumunun internet resursunun informasiya açıqlığı üzrə monitorinqini aparıb

Xəbərlər No Comments »

Bu gün Azərbaycan Media Mərkəzində Multimedia Mərkəzi tərəfindən “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib (AJAŞ Xəbər). Dəyirmi Masada Rusiya Federasiyasının İnformasiya Azadlığının İnkişafı İnstitutunun direktoru Yelena Qolubeva, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, İREX-in əməkdaşı Ələsgər Məmmədli, millət vəkili Fazil Qəzənfəroğlu, Milli Məclisin İnformasiya Məsələləri üzrə məsul nümayəndəsi Rəşad Əzizov, Dövlət Qulluğu Məsələləri üzə Komissiyanın sektor müdiri Əli Kərimov, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, sabiq millət vəkili Rizvan Cəbiyev, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli, jurnalist Rey Kərimoğlu, Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov və digərləri çıxış ediblər. Read the rest of this entry »

Pensiya sisteminin inkişaf konsepsiyası ictimaiyyətə təqdim edilib

Xəbərlər No Comments »


İqtisadi Tədqiqatlar Mərkəzi bu məqsədlə Dəyirmi Masa keçirib

 

Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Kaspian Plazanın konfrans zalında Dəyirmi Masa keçirib. Dəyirmi Masada İTM Almaniyanın Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikasında pensiya islahatları: beynəlxalq təcrübə, standartlar və islahat konsepsiyası” layihəsi çərçivəsində apardığı tədqiqat işini və pensiya sisteminin inkişaf konsepsiyasını ictimaiyyətə təqdim edib (AJAŞ). Tədbirdə hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatların, mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Dəyirmi Masanı İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini Vüsal Qasımlı açaraq Azərbaycanın pensiya sistemində islahatların 2003-cü ildən başlandığını bildirib. Qeyd edib ki, bu sahə əhalinin bütün təbəqələrinin həyatına təsir etdiyi üçün İTM orada baş verən prosesləri həmişə diqqətdə saxlayıb və layihə də bu diqqətdən irəli gəlib.

Read the rest of this entry »

Dövlət büdcəsindən DSMF-ə transfertlər artır

Xəbərlər No Comments »


Qubad İbadoğlu: “Bu, DSMF-nin büdcəsinin dövlət büdcəsindən asılılığının getdikcə artması deməkdir”

“Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər artıb”. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib (AJAŞ Xəbər). İqtisadçı ekspertin sözlərinə görə, bu artım, rəhbəri olduğu təşkilatın apardığı tədqiqatlar zamanı müşahidə olunub: “Bu da onu deməyə əsas verir ki, DSMF-nin büdcəsinin dövlət büdcəsindən asılılığı getdikcə artmaqdadır”. AJAŞ Xəbər-in “bu asılılığı azaltmaq üçün nə etmək lazımdır və alternativ maliyyə mənbəyi kimi hansı vəsaitlərdən istifadə etmək olar” sualının cavabında İTM rəhbəri bildirib ki, çıxış yolu kimi dövlət büdcəsinə alternativ mənbələrdən istifadə etmək mümkündür: “Bunun üçün müxtəlif korporasiyalar, şirkətlər əlavə mənbə rolunu oynaya bilər. İşçilərin sayının artması, onların əməkhaqlarının çoxalması və s. bu işə müsbət təsir göstərə bilər”.