Bələdiyyələr 2007-ci il dekabrın 1-dən hərrac başlayana qədər 16 milyon manatlıq qanunsuz torpaq satıb
Xəbərlər No Comments »Samir Əliyev: “Bu torpaqların sənədləşdirlməsi insanlardan əlavə pul alınmasına, korrupsiyaya yol açır”
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hərracı köhnə qaydalar əsasında keçirir
“Prezidentin 2007-ci il dekarın 1-də verdiyi sərəncama əsasən bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satılması üçün nazirlər kabineti tərəfindən qaydalar hazırlanmalıydı.Və həmin qaydalar əsasında da hərraclar keçirilməliydi. Ancaq 2009-cu ilin aprel ayında hərrac və müsabiqə yolu ilə torpaq satışı başlayandan sonra, məlum oldu ki, nazirlər kabineti tərəfindən heç bir qayda hazırlanmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hərracı köhnə qaydalar əsasında keçirir”. Bu barədə iqtisadçı ekspert Samir Əliyev AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib.
S.Əliyevin sözlərinə görə, 2007-ci ildə ölkə üzrə bələdiyyələrin illik gəliri 50 milyon manat təşkil edib: “ Hökumət torpaq satışına qadağa qoyandan sonra, bələdiyyələrin 2008- ci ildə illik gəliri 14 faiz azalıb, təxminən 36 milyon olub”. Onun fikrincə, əslində torpaq satışından gələn gəlir bələdiyyə büdcəsinin əsasını təşkil edir: “2007-ci il göstəricisinə əsasən hesablamışıq ki, bələdiyyə büdcəsində olan 50 milyonun 30 milyonu torpaq satışı ilə formalaşıb”,
Ekspert qeyd edib ki, büdcə sistemi haqqında və bələdiyyələrin maliyyə resursları haqqında qanuna görə müvafiq icra hakimiyyətinin qərarları nəticəsində bələdiyyə büdcələrinin gəlirləri azalarsa və ya xərcləri artarsa, icra nümayəndəsi həmin artma və ya azalma həcmində kompensasiya ödəməldir .
S.Əliyev həmçinin bəzi bələdiyyələrin əvvəl sərəncamlarında olan torpaqları qanunla qadağan olunmasına baxmayaraq, büdcələrindəki kəsiri doldurmaq üçün satdığını da deyib: “2007-ci il dekabrın 1-dən hərracla torpaq satışı başlayan vaxta qədər bələdiyyələr qanunla qadağan olunmasına baxmayaraq 16 milyon manatlıq torpaq satb. İndi isə həmin torpaqların səndləşməsi problemi ortaya çıxıb. Read the rest of this entry »
