Zəlimxan Məmmədli: “Azərbaycan hökümətinin Borçalıya  fərqli yanaşması olmalıdır”

 

Millət vəkili Nəsib Nəsibli: “ Miqrasiya haqqında qanuna dəyişiklik edilərkən borçalılar ilə çinlilərə eyni hüquqi status verilib”

 

 

 

Bu gün Azərbaycan Media Mərkəzində “Borçalı” Cəmiyyətinin təşkilatçlığı ilə “Gürcüstan-Azərbaycan münasibətlərində Borçalının yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə cəmiyyətin sədri Zəlimxam Məmmədli açıb: “Bu gün həm Borçalıda, həm də burada xeyli həyəcan yaranıb. 20 ildir ki, Borçalının problemləridən danışırıq, ancaq problemlər  həll olunmur”

Z. Məmmədli hər hansı bir formada ərazi iddiasının olmadığını, Gürcüstanın müstəqilliyini tanıdıqlarını, həm Azərbaycanın, həm də  Gürcüstanın müttəfiqliyinə xələl gətirən amillərin Cəmiyyət tərəfindən qəbul olunmadığını, ancaq Borçalıda yaşayan azərbaycanlıların problemlərinin hər iki dövlətin münasibətlərinə nə dərəcədə təsir etdiynin üzərində düşündüklərni deyib. Cəmiyyətin sədri həmçinin minlərlə Borçalı əsilli ziyalının olmasına baxmayaraq, borçalıların heç bir təşkilatda birləşmədiklərini, Borçalıda baş verən neqativ hallara qarşı vahid mövqedən çıxış etmədiklərini bildirib. Read the rest of this entry »