İyun 25
Rayon İH-nin təzyiqlərinə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edirlər
Dünya bankının maliyyə dəstəyi ilə həyata keçirilən “İpək yolu” layihəsi çərçivəsində Ələt-Astara avtomobil yolunun ərazisinə düşən pay torpaqları mülkiyyətçilərinə ödəniləcək təzminatların razılaşdırılması prosesinə başlanılıb. Bu barədə AJAŞ Xəbər-ə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) Salyandakı regional məntəqəsindən məlumat verib. Məlumatda bildirilir ki, ödəniləcək kompensasiyaların məbləğinin azlığı Salyan rayonunun təsirə məruz qalan torpaq mülkiyyətçiləri arasında narazılıqla müşaiyət olunur: “Avtomobil yolu rayonun Noxudlu, Aşağı Kürkənd, Çuxanlı, Marışlı, Arbatan və Abadkənd kəndlərinin ərazisində 84 hektar pay torpağından keçir. Təkcə Noxudlu kəndində 24 ailənin 19,6 hektar pay torpağı yol altına düşəcək. Bu məqsədlə 1 il əvvəl dünya bankının, “Azəravtoyol”un nümayəndələrindən ibarət komisiya ərazidə olaraq əhali ilə görüşüb, onlara hər hektar üçün 18000 AZN təzminat veriləcəyinə söz verib. Lakin bu günlərdə məlum olub ki, həmin ödəniş 10 dəfə azaldılaraq 1800 AZN-ə endirilib. Salyan RİH-in göstərdiyi təzyiqlərə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edir”.
İyun 25
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi (ƏBİ İB) may ayında Bakı şəhəri üzrə bazara təklif olunan torpaq və qeyri-yaşayış sahələrinin monitorinqini aparıb. Bu barədə AJAŞ Xəbər-ə birlikdən məlumat verilib. Belə ki, ötən ay paytaxt ərazisində ümumi 813.2 ha torpaq sahəsinin 77.0%-ni (626.2 ha) boş sahə, qalan 23 %-ni isə (187 ha) qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası may ayında daha da zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında da müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 2.2% artaraq 226 günə çatıb. ƏBİ İB hesab edir ki, yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Read the rest of this entry »
İyun 25
Bu gün Azərbaycan Media Mərkəzində İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (İSAM) təşkilatçlığı ilə tədbir keçirilib. İSAM “Milli Yaxşı İdarəetmə Gündəliyi” adlı təkliflər paketini ictimaiyyətə təqdim edib. Tədbirdə İSAM-nin vitse-prezidenti Rasim Musabəyov çıxış edərək, Azərbaycanda dövlət idarəetmə sahəsində olan 10 mənfi halı qeyd edib: “Hakimiyyətlə vətəndaş arasındakı irtibatın zəifliyi, müntəzəm dioloqun və hesabatlılığın yoxluğu, dövlət orqanlarının fəaliyyətindəki şəffaflığın zəifliyi, dövlət orqanlarının hesabatlılığında sistemliliyin olmaması, kadr siyasətində proteksionizm və nepotizm (himayəçılik və yerliçilik), korrupsiya, bürokratizm və süründürməçılik, bürokratik aparatın şişkinliyi, qərar qəbuletmədə səlahiyyət və məsuliyyətin bölüşməsi əsasında qurulan rasional sistemin yoxluğu, hakimiyyətlə biznesin sıx əlaqəsi, mənafelərin tənzimi və həmahəngliyinə zərər verəcək dərəcədə inzibatçılıq və məcburetmə”.
R.Musabəyov vəzifəli şəxslərin əhali ilə görüşmədiklərini, hakimiyyət orqanlarının KİV və vətəndaşlar qarşısında verdiyi hesabatların çox vaxt formal xarakter daşıdığını deyib. Read the rest of this entry »
İyun 25
Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi millət vəkilinin təzyiqlərinə məruz qaldığını bildirib
“Avtoqarant” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirib. Konfransda sözügedən cəmiyyətin millət vəkili Nazim Məmmədov və qohumları tərəfindən zəbt edildiyi bildirilib. Konfrans təşkilatçıları “Avtoqarant”-ın idarə heyətinin sədri Elmar Musayevin və qurumun 62% səhminin sahibi Ədalət Bağırovun N. Məmmədov tərəfindən təzyiq və təhqirlərə məruz qaldıqlarını, şərlənərək həbs edildiklərini jurnalistlərin diqqətinə çatdırıb. ASC-nin Müşahidə şurasının sədri Asif Şirinov bildirib ki, Nazim Məmmədov Avto-Qarant” Açıq Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi Ədalət Bağırovu, orada işləyən 15 nəfər kollektivi və icarədarları Cəmiyyətdən kənarlaşdırıb: “O, neçə illərdir ki, deputat səlahiyyətlərindən istifadə edərək bizi məhkəmələrdə süründürür. Read the rest of this entry »