Millət vəkili Nəsib Nəsibli: “Azərbaycanlılar yaşayan kəndlərə qaz çəkilməlidir”

 

Son zamanlar Türkiyəyə satılan qazın hər min kubmetrinin 120 dollara satılması  və bu qiymətin dünya bazar qiymətlərinə uyğunlaşdırılması həm mətbuatda, həm də rəsmi dairələrdə müzakirə olunur. Ancaq bəzi ekspertlər bu qiymət artımının məhz Türkiyəyə şamil edildiyindən narazılıq edirlər. Ekspertlərin fikrincə, dünya bazar qiyməti 350-400 dollara olduğu halda, Gürcüstana da qaz dünya bazar qiymətlərindən ucuz, yəni 180 dollara satılır. Ekspertlər, Gürcüstana satılan qazın qiymətinin də qaldırılmasının vacib olduğunu vurğulayırlar. Digər tərəfdən Azərbaycanın Gürcüstana qazı ucuz satmasına baxmayarq, Borçalının əksəriyyət kəndində mavi qazdan  istifadə etmək imkanın olmaması amili də Gürcüstana qazın ucuz satılması əhəmiyyətini itirir. Belə olan təqdirdə   Azərbaycan hökumətinin qazı ucuz satmasının səbələri  ilə bağlı bir neçə ekspertdən münasibət öyrəndik. Mövzu ilə bağlı millət vəkili Nəsib Nəsibli öz fikrini bildirib: “Bu kommersiya işidir. Bu məsələdə bəzi siyasi maraqlar var. Belə məsələlərdə dövlətlər səviyyəsində maraqlı olurlar. Ancaq qazın ucuz satılmasının Borçalıda yaşayan azərbaycanlılar üçün əhəmiyyəti yoxdur. Məntiq ilə Azərbaycan Gürcüstana qazı ücuz satdığı halda, orada yaşayan soydaşlarımıza da nəsə çatmalıdır .Ən azından Dövlət Neft Şirkəti yerli qaz şəbəkəsini alıb və azərbaycanlılar yaşayan  kəndlərə qaz çəkilməlidir, amma əksəriyyətində qaz yoxdur”. Read the rest of this entry »