Azərbaycan Media Mərkəzində qalmaqal baş verib
Bu gün Azərbaycan Media Mərkəzində qalmaqal baş verib. Hüquq Siyasəti və Dövlət Quruculuğu Parlament komissiyasının sədri Əli Hüseynov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ilə “QHT-ın böhrandan çıxış yolu” mövzusunda debatda üz-üzə gəlməyib. Brifinqdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkli Azay Quluyev sabah parlamentdə müzakirə olunacaq QHT haqqında qanuna yenidən əlavə və dəyişikliklər barədə məlumat verib: “ Bu gün Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasının keçirdyi iclasda QHT sektorunu, ayrı-ayrı vətəndaş cəmiyyəti təmsilçilərini narahat bütün maddələr ilə bağlı ümumi bir fikir ifadə olundu ki, bu maddələr gündəmdən çıxarılsın. Haqqında danışdığımız qanun layihəsi gündəmdədir. Amma Milli Məclisə sabah tamamilə yeniləşmiş bir variant təqdim olunacaq. Mən düşünürəm ki, iyunun 19-da təqdim olunan variantdan köklü şəkildə fərqli olacaq. Bu fərq QHT sektorunu narahat edən bütün maddələrı əhatə edir”. Read the rest of this entry »
