İyun 18
Bu gün Kaspian Plaza otelinin konfrans zalında Milli Büdcə Qrupunun (MBQ) təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə MBQ-nin tələbələr üçün “Neft gəlirləri, büdcə xərcləmələri və korrupsiya” mövzusunda həyata keçirdiyi esse müsabiqəsinin nəticələri təqdim olunub.
Tədbirin təşkilatçısı MBQ-nin koordinatoru Emil Ömərovun sözlərinə görə, müsabiqədə Bakı və Sumqayıt şəhərlərinin ali məktəblərində təhsil alan 17 nəfər tələbə iştirak edib. Tədbirin sonunda 10 nəfər tələbəyə pul mükafatı və serifkat, qalan 7 nəfərə isə yalnız sertifkat təqdim olunub.
Məlumat üçün deyək ki, esselərin birində dünyada Liberyadan (87%) sonra, Azərbaycanın (46%) korrupsiyalaşmış ölkə kimi ikinci sırada olduğu qeyd edilib. Ancaq qonşu Gürcüstanda korrupsiyanın 2 % olduğu göstərilib.
İyun 04
Bu gün Multimedia Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində keçirilən Dəyirmi Masada tanınmış ictimai xadimlər ölkədə informasiya azadlığının vəziyyətini müzakirə ediblər.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz dövlət proqramları və onun icrası ilə bağlı informasiya qıtlığından gileylənib: “Bir də görürsən arxasında 20 milyon manat pul olan proqram həyata keçirilir. Bu vəsaitdən kimin, harada, necə istifadə etdiyi bilinmir. Proqramla əlaqədar tender keçirilməsi də sual altındadır”. Read the rest of this entry »
İyun 04
Bu gün Azərbaycan Media Mərkəzində Multimedia Mərkəzi tərəfindən “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib (AJAŞ Xəbər). Dəyirmi Masada Rusiya Federasiyasının İnformasiya Azadlığının İnkişafı İnstitutunun direktoru Yelena Qolubeva, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, İREX-in əməkdaşı Ələsgər Məmmədli, millət vəkili Fazil Qəzənfəroğlu, Milli Məclisin İnformasiya Məsələləri üzrə məsul nümayəndəsi Rəşad Əzizov, Dövlət Qulluğu Məsələləri üzə Komissiyanın sektor müdiri Əli Kərimov, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, sabiq millət vəkili Rizvan Cəbiyev, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli, jurnalist Rey Kərimoğlu, Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov və digərləri çıxış ediblər. Read the rest of this entry »
İyun 04
İqtisadi Tədqiqatlar Mərkəzi bu məqsədlə Dəyirmi Masa keçirib
Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Kaspian Plazanın konfrans zalında Dəyirmi Masa keçirib. Dəyirmi Masada İTM Almaniyanın Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikasında pensiya islahatları: beynəlxalq təcrübə, standartlar və islahat konsepsiyası” layihəsi çərçivəsində apardığı tədqiqat işini və pensiya sisteminin inkişaf konsepsiyasını ictimaiyyətə təqdim edib (AJAŞ). Tədbirdə hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatların, mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi Masanı İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini Vüsal Qasımlı açaraq Azərbaycanın pensiya sistemində islahatların 2003-cü ildən başlandığını bildirib. Qeyd edib ki, bu sahə əhalinin bütün təbəqələrinin həyatına təsir etdiyi üçün İTM orada baş verən prosesləri həmişə diqqətdə saxlayıb və layihə də bu diqqətdən irəli gəlib.
Read the rest of this entry »
İyun 04
Qubad İbadoğlu: “Bu, DSMF-nin büdcəsinin dövlət büdcəsindən asılılığının getdikcə artması deməkdir”
“Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər artıb”. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib (AJAŞ Xəbər). İqtisadçı ekspertin sözlərinə görə, bu artım, rəhbəri olduğu təşkilatın apardığı tədqiqatlar zamanı müşahidə olunub: “Bu da onu deməyə əsas verir ki, DSMF-nin büdcəsinin dövlət büdcəsindən asılılığı getdikcə artmaqdadır”. AJAŞ Xəbər-in “bu asılılığı azaltmaq üçün nə etmək lazımdır və alternativ maliyyə mənbəyi kimi hansı vəsaitlərdən istifadə etmək olar” sualının cavabında İTM rəhbəri bildirib ki, çıxış yolu kimi dövlət büdcəsinə alternativ mənbələrdən istifadə etmək mümkündür: “Bunun üçün müxtəlif korporasiyalar, şirkətlər əlavə mənbə rolunu oynaya bilər. İşçilərin sayının artması, onların əməkhaqlarının çoxalması və s. bu işə müsbət təsir göstərə bilər”.
İyun 02
Vüqar Bayramov: “Hökümət, o cümlədən MB problemli proqramların həyata keçirilməsində maraqlı deyil”
“22 milyon manatın xərclənməsinə baxmayaraq, bir nəfər də olsun ipoteka krediti almayıb və dövlət ipoteka fondu (İF) bunu məhz yerində maliyyələşdirməyə yönəldilməsi ilə izah edib. 2008-ci ildə ipoteka kreditləri üçün ayrılan 34 milyon vəsaitin 22 milyon manatının, yəni 65 faizinin xərclənməsi, amma hec bir nəfərin də ipoteka krediti götürməməsi kifayət qədər şübhəli və təəccüblüdür”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbərin əməkdaşı ilə söhbətində bildirib.
Ekspert həmçinin 2006-cı ildə bir milyon iki yüz yetmiş altı min manatlıq ipoteka krediti verildiyini, 2007 ci ildə isə verilən ipoteka kreditlərinin məbləğinin altmış iki milyon iki yüz qırx iki min manat olduğunu xatırladıb: “2007-ci ildə ipoteka kerditlərinin verilməsinin artımı 2007-ci il yanvarın 20-də prezidentin ipoteka kreditlərinin veridiyi fərmanla bağlı olub və həmin fərmana görə adi ipotekalarla yanaşı, sosial ipotekalar tətbiq edilməyə başlayıb. Adi ipotekalar üzrə faiz dərəcəsi 12 faizdən 8 faizə endirilib və sosial ipoteka üzrə faiz dərcəsi 4 faiz müəyyənləşdirilib. Adi ipotekalar üçün maxsimum 50 min manat, sosial ipotekalar üşün isə 35 min manat nəzərdə tutulub.” Read the rest of this entry »