Archive for İyul, 2009

Xəzərin hüquqi statusu - siyasi alver predmeti

Xəbərlər No Comments »

“Türkmənistan Azərbaycanı məhkəməyə versə, özü uduzacaq”

 

Ötən həftə iki Xəzəryanı dövlət – Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində yerləşən karbohidrogen yataqlarının işlənməsi ilə bağlı mübahisə kuliminasiya həddinə çatıb. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov ölkəsinin Nazirlər Kabinetinin iclasında Azərbaycanı mübahisəli yataqlardan birtərəfli qaydadaistifadə etməkdə günahlandırıb və Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələyib.

Bəs belə bir məhkəmə keçirilsə, bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? Türkmənistan məhkəməyə müraciət etməkdə nə dərəcədə haqlıdır? Uzun müddətdir həllini tapmayan problemin müzakirəsini məhkəməyə qədər gətirib çıxaran amillər hansılardır? Mövzu ilə bağlı rəsmi qurumların və ekspertlərin rəyini öyrəndik.

AR Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AJAŞ Xəbər-ə açıqlamasında bildirdi ki, artıq məsələylə bağlı Azərbaycan tərəfi nazirlik səviyyəsində öz mövqeyini açıqlayıb: “Azərbaycan bütün diplomatik vasitələrdən istifadə edərək öz hüquqlarını istənilən formada müdafiə etməyə hazırdır və müdafiə edəcək”. Məhkəmə olarsa, bunun nə ilə nəticələnə biləcəyi barədə sualı cavablandıran nazirlik rəsmisi ehtimallarla danışmağın yersiz olduğunu desə də əlavə edib ki,  məsələylə bağlı hələ 90-cı illərdə bütün hüquqi arşdırmalar aparılıb. Bu araşdırmalara əsasən söyləmək mümkündür ki, Azərbaycanın öz hüquqlarını və mövqelərini müdafiə etmək üçün kifayət qədər əsasları var: “Bu gün Azərbaycanın Xəzərdə hansısa kəşfiyyat işləri aparması Azərbaycanın öz hüquqlarından irəli gəlir. Kiminsə bu məsələylə bağlı sualları varsa, biz o sualları həmişə, hər bir formada cavablandırmağa hazırıq” –deyə E. Poluxov qarşı tərəfə mesaj ünvanlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AJAŞ Xəbər-in müxbirilə söhbətində deyib ki, Türkmənistan tərəfinin bəyanatının Azərbaycanda az qala şok effekti yaratsa da bu ölkənin reaksiyası çox sakit olub: “AR XİN-nin Nazir müavini Xələf Xələfov da bildirib ki, Azərbaycan sözügedən yataqların – “Çıraq” və “Azəri”nin hasilatına başlayanda, kontraktı imzalayanda hər şeyi ölçüb-biçmişdi və ona görə də indi heç nədən çəkinmir və bu yataqlar üzərində istənilən yerdə öz hüquqlarını müdafiə etməyə hazırdır. Digər tərəfdən, Q.Berdumuhammedov da Türkmənistan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, biz heç kəsə qarşı torpaq iddiası ilə çıxış etmirik, sadəcə Xəzərdəki bəzi yataqlarla bağlı birtərəfli atılan addımlar bizi qane etmir. Buna görə də məsələni beynəlxalq arbitraj məhkəməsində həll etmək istəyirik”. İ.Şaban onu da vurğulayıb ki, son bir ildə tərəflər arasında istiləşmə başlamışdı. Bir ildə iki dəfə prezidentlıər qarşılıqlı rəsmi səfər etmişdilər. Həmçinin ötən bir ildə ARDNŞ-nin prezidenti Türkmənistana 4 dəfə səfər etmişdi və yüksək səviyyədə qarşılanmışdı və s. “İki ölkə arasında münasibətlər kifayət qədər inkişaf etməkdə idi. İndi birdən-birə Berdumuhammedovun dilindən belə ifadənin işlədilməsi məntiqə sığmayan bir hərəkət kimi görünə bilər. Çünki Türkmənistan tərəfi NABUCCO-da maraqlı olduğunu elan edir, Qərb istiqamətində qaz ixracı ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən isə özünün Azərbaycan üzərindən Qərbə açılan qapısını örtür”. Ekspert tərəflərin hər ikisinin bu məhkəmədə maraqlı olduqları barədə gümanları da inkar etmir: “Məhkəmənin çıxaracağı qərarları hər iki tərəf qəbul edəcək, ona hörmətlə yanaşacaq. Ona görə də ali qərarın çıxarılmasında hər ik tərəf maraqlı ola bilər ki, məsələ birdəfəlik həllini tapsın”. Lakin İlham Şaban məhkəməyə müraciət olunarsa, məhkəmənin məsələylə bağlı tezliklə qərar çıxaracağını da gözləməyin düzgün olmadığını deyib: “Məhkəmə prosesi çox uzana, hətta illərlə çəkə bilər”. Read the rest of this entry »

Əhalinin real gəlirləri 16% artıb

Xəbərlər No Comments »

İcmal büdcənin gəirlər və xərclərinin fərqində 180 milyon manat profisit çatışmır

 

 Ötən gün Nazirlər Kabinetinin ilin ilk altı ayının yekunlarına həsr edilmiş iclasında maliyyə naziri Samir Şərifovun veridiyi məlumatlarla bağlı iqtisadıçı ekspert Vüsal Qasımlıya müraciət etdik.

-Vüsal bəy, Maliyyə Nazirliyinin 6 aylıq yekun hesabatına görə dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4% yerinə yetirilib. Dövlət büdcəsinə mədaxilin 100% yerinə yetirilməməsinin səbəbləri nədir?

-Mədaxilin az olması əvvəldən proqnozlaşdırılan bir məsələ idi. Burada ölkədə neft hasilatının proqnozlaşdırılandan aşağı səviyyədə olması və dünya bazarında neftin qiymətinin aşağı olması çox ciddi rol oyanyır. Azərbaycan bu il üçün neft hasilatını təxminən 60-65 milyon ton proqnozlaşdırırdı, hansı ki, indi 40-45 milyon ixrac edilir. Eyni zamanda nefin qiyməti büdcədə 70 dollar nəzərdə tutulduğu halda, orta qiymət təxminən 50-60 dollar civarında qeydə alınır. Bu o deməkdir ki, “Əsrin müqaviləsi”nə daxil olan neft şirkətlərinin mənfəəti müvafiq qaydada azalıb. Onların mənfəəti azalıbsa, mənfəət vergisi şəklində büdcəyə ödədiyi vəsaitin həcmi də azalıb. Eyni zamanda neft sektoru ilə bağlı olan bir sıra sahələrdə, o cümlədən xidmət sahələrində də gəlirlər azalır. Eləcə də onların vergi ödəmələri azalır. Biz tikinti sektorunda da satış həcminin aşağı düşməsini, ümumiyyətlə tikinti bazarının azalmasında ciddi geriləmə görürük. Bunların nəticəsində tikintidən büdcəyə ödənilən vəsait də azalır. Bütün bunlar nəticə etibarı ilə gətirib ona çıxarır ki, büdcəyə daxilolmalar azalır. Ancaq bütün bunlara baxmayraq büdcənin gəlir hissəsinin 93.4% icra olunmasını qlobal iqtisadi böhran şəraitində qənaətbəxş hesab etmək olar. Nəzərə almaq lazımdır ki, büdcənin bu səviyyədə icra olmasında Dövlət Neft Fondunun transverlərinin rolu böyükdür. Read the rest of this entry »

“Texnika Bank əhaliyə illik 26-28 faizlə pul verir, üstəlik 10 faiz də şapka istəyir”

Xəbərlər No Comments »

Zərərçəkmiş: “Texnika Bankın Bakı flialının müdiri Zal Yusifov  8 milyon dollar mənimsəyib”

 

Bu gün Azərbaycan Media Mərkəzində Texnika Bankdan əmanətlərini geri ala bilməyən şəxslər mətbuat konfransı keçirib. Mətbuat konfransında zərərçəkmiş Səadət İmranova, Məcid Məmməmədov və vəkil Qurban Pirməmədov çıxış edib

Konfransda Q. Pirməmədov özünü Qurbanov Mehrac, Mədətov Elşən, Rzayev  İlham və Rzayev Nail adlı şəxslərin vəkili kimi təqdim edərək bildirib ki, bu adamlar Texnika Bankın Bakı flialına  əmanət müqaviləsi əsasında pul qoyublar: “Müqavilə qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunub, hər iki tərəf onu imzalayıb. Bunun əsasında da mədaxil qəbzləri verilib, eyni zamanda onlara əmanət kitabçaları da verilib. Lakin sonradan bank müxtəlif bəhanələrlə pulları qaytarmaqdan imtina edib. Ona görə də biz məhkəmə iddiası qaldırmışıq. Nərimanov rayon məhkəməsinin qətnamələri əsasında  onların iddia tələbi təmin olunub və pulun faiz hissəsi olmasa da əsas hissəsinin vətəndaşlara qaytarılmasına qərar verilib. Lakin bank bu qərardan apeliyasiya şikayəti verib. Apeliyasiya məhkəməsində  isə qarşı tərəf MTN-də istintaq getdiyi üçün xahiş edib ki,  istintaq qurtarana qədər iş dayandırılsın. Apeliyasiya məhkəməsi də qanunsuz bir qərar qəbul edərək MTN-də istintaq getdiyi üçün işin icrasını dayandırdı. Bundan sonra biz apeliyasiya məhkəməsinin qərarından ali məhkəməyə kasasiya şikayəti verdik. Hazırda həmin kasasiya şikayətləri ali məhkəmənin icraatındadır. Indi biz bunun sonunu gözləyirik”. Read the rest of this entry »

Vətəndaş Nəzarət Şəbəkəsi içməli su mənbəyi olan Qoşqar çayının çirkləndirilməsindən narahatdır

Xəbərlər No Comments »

Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) Gəncə regional məntəqəsinin apardığı araşdırmalar nəticəsində Göygöl rayonun Aşağı Qızılca və Qızılca kəndlərində əhalinin su təchizatı ilə bağlı ciddi problemlərinin olduğu aşkara çıxıb. Bu barədə AJAŞ Xəbər-ə VNŞ-dən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Göygöl rayonunun Yuxarı Qızılca kəndindən keçən Qoşqar çayı, istər ev təsərrüfatları, istərsə də, kənd təsərrüfatı və s. məqsədlər  üçün istifadə olunan, əsas su mənbəyidir. Eyni ilə bunu Aşağı Qızılca kəndi barəsində də demək olar. Qızılca kəndi dağlardan çəkilmiş su kəməri vasitəsilə içməli su ilə təchiz olunur, amma bu kəmər kənddə yalnız iki bulağın qoyulmasına imkan verir. Bu bulaqlar isə yay aylarında quruyur. Hər iki kənddə 800-dən artıq ailə təsəttüfatı və digət təsərrüfatlar var. Qoşqar çayı Daşkəsən rayonunun ərazisindən keçərkən istər rayonda fəaliyyət göstərən sənaye obyektləri, (Buraya Daşkəsən Filizsaflaşdırma Kombinatını, mərmər daşı istehsal edən sexləri, MMC-ləri və s. aid etmək olar ki, bunlar da, qeyri neft-qaz mədən sənayesinə aiddirlər) istərsə də ev təsərrüfatları (əhali) tərəfindən çirkab suları ilə və müxtəlif zərərli kimyəvi maddələrlə çirkləndirilir: “Çayın çirklənmə dərəcəsi elə bir həddə çatdırılıb ki, onun suyundan nəinki məişətdə, hətta təsərüfatda  belə istifadəsi  mümkünsüz olub. Daşkəsən rayonunun ərazisi ilə sözügedən kəndləri cəmi 15-20 km məsafə ayırır və məsafənin məhdudluğu çayın özü-özünü təmizləməsinə  imkan vermir. Demək olar ki, hər iki kəndin əhalisi Daşkəsən rayonu ərazisindən birbaşa çaya axıdılan zərərli kimyəvi maddələrlə, eləcə də, çirkab suları ilə çirklənmiş sudan məişətlərində və təsərrüfatlarında istifadə etməli olurlar. Yuxarı Qızılca kəndində mövcud olan bulaqlar (cəmi iki bulaq) yay mövsümündə quruyur, qurumanın səbəbi isə araşdırılmır”.

Məlumatda daha sonra qeyd edilir ki, Yuxarı Qızılca kəndini su ilə təmin edən boru kəmərinin çaydan qidalandığı yerdən cəmi 100-150 metr yuxarıda fəaliyyət göstərən “Mehman” mərmər sexi (suyun öz axarı ilə lazım olan yüksəkliyə qaldırılması üçün boru vasitəsi ilə çayın Daşkəsən rayon ərazisindən keçən hissəsindən su götürülür) öz cirkab sularını təmizləmədən çaya axıdır və tullantı suyu birbaşa içməli su daşıyan boru kəmərinə daxil olur. Borudan istifadə üçün götürülən sudan mal-qara belə, içmək istəmir. Bundan başqa, çayın suyu ilə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür, bitkilər xəstələnərək məhv olur. Beləliklə, sanitar normalardan qat-qat yüksək səviyyədə çirkləndirilən çay suyundan məcburi istifadə edən əhali, müxtəlif xəstəliklərə, o cümlədən dəri xəstəliklərinə tutularaq əziyyət çəkir.

VNŞ-nin regional məntəqəsi bildirir ki, qeyd olunan problemin aradan qaldırılması məqsədi ilə hazırda əhali arasında maarifləndirilmə işi aparılır və imza toplama kompaniyası həyata keçirilir. Məqsəd problemi aidiyyatı qurumlar qarşısında rəsmi olaraq qaldırmaqla onların diqqətlərini problemə cəlb etmək və problemin həlli üçün əməli tədbirlərin həyata keçirilməsinə onları sövq etməkdir.

İyulun 25-26-da Vladivostokda Sakit okean İqtisadi Konqresi keçiriləcək

Xəbərlər No Comments »

Rusiya və Asiya Sakit Okean Regional Ölkələri əməkdaşlıqdan inteqrasiyaya devizi altında iyulun 25-26-da Vladivostokda Sakit okean İqtisadi Konqresi keçirəcək. Məlumat İTAR-TASS agentlyinə istinadən yayılıb.

Konqresin təşkilat komitəsinin konqresdə  iştirak etmək üçün  Rusiyanın dövlət idarələrinə, elmi cəmiyyətlərinə və xarici biznesin nümayəndələrinə 600-dən çox dəvət göndərdiyi bildirilir.

Konqresdə 2025-ə qədər Asiya bazarlarının dəyişilməsi şərtlərində Primorski ərazisinin sosial-iqtisadi strateji inkişaf proqramının təqdim ediləcəyi nəzərdə tutulur..

Konqresin proqramına regionda əməkdaşlığın inkişaf aspektlərini əks etdirən müzakirələr daxil edilib. Bunlar bazarların inkişaf və açar layihələri olan yanacaq-enerji kompleksi, neft  və qaz emalıdır. Eləcə də Uzaq Şərqin nəqliyyat və tranzi məsələsidir.

 

 

 

İQAK bələdiyyə seçkilərində təzyiqlərə məruz qalmış şəxslərə yardım edəcək

Xəbərlər No Comments »

Elçin Behbudov: “Güc strukturları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalmış şəxslərə hüquqi, psixoloji yardım etmək niyyətindəyik”

Bu gün Azərbaycan Media Mərkəzində İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) mətbuat konfransı keçirib. Konfransda İQAK-nin sədri Elçin Behbudov Norveç krallığının maliyə dəstəyi ilə həyata keçirəcəkləri “Bələdiyyə seçkilərinin monitorinqi və insan hüquqları pozuntularına məruz qalmış şəxslərə yardım “layihəsi haqqında məlumat verib. Komitə sədri, layihənin məqsədinı açıqlayıb: “Biz bələdiyyə seçkiləri zamanı işgəncə qurbanlarının yardıma ehtiyacı olduğunu nəzərə alaraq, seçki prosesi zamanı güc strukturları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalmış şəxslərə hüquqi, psixoloji yardım etmək niyyətindəyik. Həmin şəxslərə vaxtında hüquqi, psixoloji və sosial yardım göstərməklə, işgəncələ, ləyaqətsiz davranışa  məruz qalmış şəxslərin reabilitasiyasına, kompensasiya almasına, siyasi proseslərə yenidən qayıtmasına və işgəncə verən şəxslərin ifşa edilməsinə və cəzalandırılmasına çalışacağıq”. Read the rest of this entry »

Rusiya Federasiya Şurası Avrasiya İqtisadi Birliyi ilə anti-böhranı fondu yaradılmas məqsədilə saziş imzalayıb

Xəbərlər No Comments »

AİB-nə üzv dövlətlər MDB-ə üzv olan dövlətlərdə maliyyə böhranın nəticələrini aradan qaldırmaq və bu ölkələrin iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə anti-böhran fondunun yaradılmas barədə saziş imzalayıb.

Xəbər “PanArmenia” informasiya agentliyinin Ria-Novosti-yə görə yaydığı məlumat əsasında yayılıb.

AİB qlobal maliyyə böhranı ilə məşğul olmaq üçün 10 milyard dollar həcmində fond yaradıb ki, bunun da 7,5 milyard dolları Rusiya tərəfindən maliyyələşdiriləcək.

Bu vəsait ciddi sosial-iqtisadi problemlər ilə üzləşən üzv dövlətlərə ayrılacaq. Həmçinin kapital qoyuluşundan hökumətlərarası proqramların maliyyələşdirməsi üçün istifadə ediləcək.

Avrasiya iqtisadi birliyinə Belorusiya, Qırğızıstan, Tacikistan və Rusiya daxildir. Ancaq Moldova, Ukrayna və Ermənistan müşahidəçi statusuna malikdirlər.

“BƏY VERƏN ATIN DİŞİ”VƏ YA“HƏDİYYƏ” EVLƏR BARƏDƏ…

Araşdırmalar No Comments »

 

Mənzil problemi bəlkə də cəmiyyətimizin ən ciddi problemidir. Bu gün yeni ailə quranlar bir yana, uzun illərdir evsizlik ucbatından olmazın əziyyətini çəkən kasıb ailələrin vəziyyəti həqiqətən də dözülməzdir. Gündəlik qəpik-quruş qazancının böyük hissəsini kirayə mənzil haqqı üçün ödəyən ailə başçısını “görəsən axşam evə nə aparacam?” sualından da çox narahat edən daha ciddi bir sual var: “görəsən öz mənzilimiz nə vaxt olacaq və onu necə əldə edəcəyik?”… Read the rest of this entry »

“Ölkədə kifayət qədər taxıl olduğu halda unun idxalı 11 dəfə artıb”

Xəbərlər No Comments »

“Apardığımız təhlillər deməyə əsas verir ki, bütövlükdə ölkədə alıcılıq qabiliyyəti aşağı düşüb. Eləcə də ticarət şəbəkələrində dövriyyə azalmaqda davam edir. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirb.

Onun sözlərinə görə, ticarət şəbəkələrində dövriyyənin azalması əhalinin alıcılıq qabiliyyətinin aşağı düçməsi ilə əlaqədardır: “Ölkədə iş yerlərinin azalması prosesi davam edir. Əsasən metallurgiya və kimya sənayesində qlobal malyyə böhranının təsirindən üzünmüddətli məzuniyyətə göndərilənlərin sayı çoxalıb. Hesab edirəm ki, bunun əsas səbəblərindən biri hökumətin düzgün olmayan qiymət siyasətidir. Bir çox neft-kimya müəssisələri daxili bazarda xam neft alıb emal edərək dünya bazarına çıxarırdı. Dünya bazar qiymətinin ucuzlaşmasına baxmayaraq, hökumət qiymət siyasətində heç bir dəyişiklik aparmadı. Xam neftin qiyməti dünya bazarında emal olunmuş neftin qiymətindən baha olduğundan xam nefti alıb emal erməkdə maraqlı olmadılar. Ona görə də bir çox şirkətlər satış bazarlarını itirdilər. Bu da ona gətirib çıxartdı ki, son nəticədə həmin müəssisələr fəaliyyətlərini dayandırdı”. Read the rest of this entry »

Qubad İbadoğlu: “Bu ildən başlayaraq ölkədə orta aylıq əmək haqqının artım tempinin aşağı düşməsini müşahidə edəcəyik”

Xəbərlər No Comments »

“2009-cu il əhalinin sərəncamında qalan real pul gəlirlərinin əvvəlki dövrlə müqayisədə çəkisinin azalması ilidir. Bu il həm maliyyə, həm də iqtisadi baxımdan Azərbaycan üçün daha müsbət dəyişiklikləri fərqləndirmək qabiliyyətinə malik olan prosesləri müşahidə etməyə imkan vermədi”. Bu barədə İqtisadi tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, əhalinin gəlirləri və xərcləri ilə bağlı balansda 2009-cu ildə Azərbycanda əhalinin gəlirlərinin orta illik artım səviyyəsi 22.5 faiz müəyyənləşdirilib: “Buna rəğmən dövlətin verdiyi proqnozlara görə 2009-cu ildə əhalinin xərcləri həmin balansda 134.6% artacağı gözlənilir. Təbii ki, gəlirlərlə xərclər arasında mütləq mənada fərq var. Gəlirlər xərcləri qabaqlayır. Amma onların artım tempini əvvəlki il ilə müqayisə etsək, 2009-cu ildən başlayaraq gəlirlərin artım tempi proqnoz göstəricilərə görə xərclərin artım tempindən geri qalacaq”.

 

Q.İbadoğlu qeyd edib ki, bu ümumi göstərici ayrı-ayrı istiqamətlərdə əməkhaqqı göstəricilərinə də təsir göstərir: “Bu ildən başlayaraq ölkədə orta aylıq əmək haqqının artım tempinin aşağı düşməsini müşahidə edəcəyik. Bu, növbəti illərdə daha da sürətlənəcək. Ölkədə orta aylıq əməkhaqqı 2009-cu ildə təxminən 353.5 manat proqnozlaşdırılıb və bu, əvvəlki illə müqayisədə 26 % artım deməkdir. Amma növbəti illərdə bu temp aşağı düşür. Əgər 2010, 2011, 2012 illərin proqnoz göstəricilərinə inansaq, 2012 –ci ildə orta aylıq əmək haqqının səviyyəsi əvvəlki il ilə müqayisədə təxminən 20 faiz artıma məruz qala bilər. Yəni bu, orta aylıq əməkhaqqı səviyyəsinin artımı, verginin aşağı düşməsi dövlət sektorunda, büdcə sektorunda, eləcə də qeyri-dövlət sektorunda çalışanların əməkhaqqlarının artım tempinin aşağı düşməsini şərtləndirir.