İctimai vəsaitlərlə bağlı məlumat açıqlığı üzrə monitorinqin nəticələri açıqlanıb
Xəbərlər No Comments »Bu gün “Avropa” otelində Milli Büdcə Qrupu (MBQ), EİTİ Koalisiyası və Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ) birgə həyata keçirdikləri “Azərbaycan Respublikasında İctimai Vəsaitlərlə bağlı Məlumat Açıqlığının Monitorinqi”layihəsinin nəticələri ilə bağlı hesabat təqdim edib. Layihənin Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (ACİ-YF) maliyyə dəstəyi ilə həyata keçirildiyi qeyd edilib.
Layihənin koordinatoru Emil Ömərov layihə çərçivəsində nazirliklərə, məhkəmələrə, şirkətlərə və digər dövlət qurumlarına sorğu göndərildiyini bildirib: “169 sorğuda 355 sual göndərilib. MBQ 34, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 64, VNŞ 31, “Expert” jurnalı 20 və sadə vətandaşlar 20 sorğu göndərib.”. Read the rest of this entry »
