Tanınmış ictimai xadimlər ölkədə informasiya azadlığının vəziyyətindən narahatdırlar. Bu barəfə AJAŞ Xəbər məlumat verib.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov şirkətlərin bir çoxunun özlərini informasiya sahibi hesab etməmələrini başa düşmədiyini bildirib: “Məsələn ARDNŞ, dövlət büdcəsindən vəsait almamasına baxmayaraq, dövlət tabeçiliyində olan sırf kommersiya qurumudur. Biz onlara indiyə qədər sübut edə bilməmişik ki, siz doğrudan da informasiya sahibisiniz. “İnformasiya haqqında” qanuna görə, hər hansı bir şirkət Azərbaycan bazarında hökmran mövqe tutursa, yəni monopolistdirsə, o informasiya sahibidir. ARDNŞ-dən isə deyirlər ki, biz satdığımız neftin miqdarına görə monopolist deyilik. Azərbaycanda cəmi 50 milyon ton neft hasil olunur, ondan cəmi 8-9 tonu bizimdir”. Read the rest of this entry »