“Əmlak Bazarı İştirakçıları” Bakıda iyun ayı üçün torpaq bazarının monitorinqini aparıb
Xəbərlər No Comments »“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (ƏBİ) 2009-cu ilin iyun ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarının monitorinqini aparıb. Bu barədə AJAŞ Xəbər-ə birlikdən məlumat verilib.
Monitorinq zamanı 38 adda, 87 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 52,9% təşkil edib. Müəyyən edilib ki, neftin qiymətindəki artımlar və maliyyə birjalarında qiymət indekslərinin müsbətə dogru dəyişməsi tikinti materialları bazarına da təsir göstərib. Tikinti materiallarının qiymətlərində cüzi də olsa, artım qeydə alınıb: “Qiyməti artan materiallar arasında yerli istehsal məhsulları ilə yanaşı, idxal məhsullarına da rast gəlinib. May ayında 5 aylıq fəsilədən sonra istehsalı bərpa olunan armatur, qiyməti artan məhsullar arasında olsa da araşdırmalar göstərir ki, bu qiymət artımı müvəqqəti xarakter daşıyır. Belə ki, Bakı poladəritmə zavodunun xammal ehtiyatı 6000 ton təşkil edir ki, bu da fasiləli iş rejimində cəmi 10 günlük istehsal üçün yetərlidir. Read the rest of this entry »
