Cəmiyyət sosial ədalətsizlik məngənəsində sıxılır
Tarif Şurasının iyunun 30-da keçirilən iclasında ölkənin bugünki sosial-iqtisadi vəziyyətinə baxmayaraq, mavi qazın min kubmetrinin 47,20 manatdan 100 manata qaldırılması ictimaiyyətin ciddi narazılığına səbəb olub. Həqiqətən də bu gün dünyada baş verən iqtisadi proseslər, eləcə də Azərbaycanda zavod və fabriklərin bağlanması əhalinin iqtisadi durumuna ciddi təsir edib. Bu vəziyyətdə hökumət nəinki qazın qiymətini qaldırmalı, əksinə kommunal xidmətlərin xərcini azaltmaq istiqamətində addımlar atması vacib idi. Azadlıq radiosunun saytında yayılan məlumata görə, qonşu ölkələrlə müqayisə etsək görərik ki, qaz ixrac edən Rusiya qazın min kubmetrini öz əhalisinə 77 dollara, Özbəkstan isə 42 dollara satır. Ən ucuz qiymət isə Türkmənistan və İrandadır. Tükmənistanda 15 dollar, İranda isə 20 dollardır. Maraqlıdır, minlərlə insanın işsiz qaldığı bir durumda hökuməti nə vadar edib ki, onsuz da ağ gündə olmayan qara caamatın gününü qara etsin. Belə çıxır ki, hökumət böhranın neft səltənətinə vurduğu zərbəni əhalinin hesabına aradan qaldırmaq istəyir.Yəqin ki, böhranın təsirləri nəticəsində işsiz qalan insanlara hökumətin vurduğu zərbə son olmayacaq. Read the rest of this entry »
