2008-ci ildən ucuzlaşmaqda davam edən neftin dünya bazar qiymətində son aylar bahalaşma müşahidə olunmasına baxmayaraq, Iyun ayının 13-dən qiymətlərin düşməsi prosesi müşahidə olunur.

Xatırladaq ki, iyunun 12-də cari il ərzində neftin ən yüksək qiyməti 73,23 dollar olub. Ekspertlər bu bahalaşmanı neft müqavilələrinə tələbatın artması və Amerika iqtisadiyyatının bir qədər yaxşılaşması ilə bağlı məlumatlarla izah edibər. Bəzi ekspertlər isə yenidən neftin bahalaşmasını spekulyativ amillərlə əsaslandırıblar. Son 25 gün ərzində isə neftin qiyməti 10 dollar düşüb.  Bu gün Londondakı “ICE” birjasında Brent markalı neft 0,82 dollar ucuzlaşaraq 63,23 dollar təşkil edib. Nyu-Yorkdakı “NYMEX” birjasında isə WTI markalı neftin qiyməti 1,12 dollar düşərək 62,93 dollar olub. Qeyd edək ki, dünya bazarında hər sent ucuzlaşma sonda Azərbaycan büdcəsinə 10 milyonlarla dollar zərər deməkdir.