“Eknometrik  modellərdən istifadə etməklə bir neft dollarının istifadəsinin belə səmərəliliyi müyyənləşəcək”. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar bayramov AJAŞ Xəbərin müxbiri ilə söhbətində bildirib.

İSİM rəhbəri qeyd edib ki, Asiya İnkişaf Bankının (AİB) CAREC proqramı çərçivəsində həyata keçirdikləri Azərbaycanın iqtisadi inkişaf modeli neft gəlirlərinin daha səmərəli istifadə edilməsinə imkan yaradacaq: Resursların idarə edilməsi üzərində qurulan bir model olmasına baxmayaraq, hansı sektorlara neft gəlirlərinin yönəldilməsinin daha çox  səmərəliliyi və sektorlar üzrə neft gəlirlərinin xərclənməsi nisbəti necə olmalıdır amilləri modeldə tətbiq olunacaq. Dövlət büdcəsinin üçdə ikisindən, eləcə də ÜDM-un 60 faizindən çoxunun neft sektorunun payına düşməsi baxımından neft gəlirlərinin istifadə edilməsi ilə bağlı hazırlanan model makroiqtisadi modeldir. Çünki neft gəlirləri Azərbaycan iqtisadiyyatında makroiqtisadi təsirlərə malikdir”. Read the rest of this entry »