“Apardığımız təhlillər deməyə əsas verir ki, bütövlükdə ölkədə alıcılıq qabiliyyəti aşağı düşüb. Eləcə də ticarət şəbəkələrində dövriyyə azalmaqda davam edir. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirb.

Onun sözlərinə görə, ticarət şəbəkələrində dövriyyənin azalması əhalinin alıcılıq qabiliyyətinin aşağı düçməsi ilə əlaqədardır: “Ölkədə iş yerlərinin azalması prosesi davam edir. Əsasən metallurgiya və kimya sənayesində qlobal malyyə böhranının təsirindən üzünmüddətli məzuniyyətə göndərilənlərin sayı çoxalıb. Hesab edirəm ki, bunun əsas səbəblərindən biri hökumətin düzgün olmayan qiymət siyasətidir. Bir çox neft-kimya müəssisələri daxili bazarda xam neft alıb emal edərək dünya bazarına çıxarırdı. Dünya bazar qiymətinin ucuzlaşmasına baxmayaraq, hökumət qiymət siyasətində heç bir dəyişiklik aparmadı. Xam neftin qiyməti dünya bazarında emal olunmuş neftin qiymətindən baha olduğundan xam nefti alıb emal erməkdə maraqlı olmadılar. Ona görə də bir çox şirkətlər satış bazarlarını itirdilər. Bu da ona gətirib çıxartdı ki, son nəticədə həmin müəssisələr fəaliyyətlərini dayandırdı”. Read the rest of this entry »