Rusiya Federasiya Şurası Avrasiya İqtisadi Birliyi ilə anti-böhranı fondu yaradılmas məqsədilə saziş imzalayıb
Xəbərlər No Comments »AİB-nə üzv dövlətlər MDB-ə üzv olan dövlətlərdə maliyyə böhranın nəticələrini aradan qaldırmaq və bu ölkələrin iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə anti-böhran fondunun yaradılmas barədə saziş imzalayıb.
Xəbər “PanArmenia” informasiya agentliyinin Ria-Novosti-yə görə yaydığı məlumat əsasında yayılıb.
AİB qlobal maliyyə böhranı ilə məşğul olmaq üçün 10 milyard dollar həcmində fond yaradıb ki, bunun da 7,5 milyard dolları Rusiya tərəfindən maliyyələşdiriləcək.
Bu vəsait ciddi sosial-iqtisadi problemlər ilə üzləşən üzv dövlətlərə ayrılacaq. Həmçinin kapital qoyuluşundan hökumətlərarası proqramların maliyyələşdirməsi üçün istifadə ediləcək.
Avrasiya iqtisadi birliyinə Belorusiya, Qırğızıstan, Tacikistan və Rusiya daxildir. Ancaq Moldova, Ukrayna və Ermənistan müşahidəçi statusuna malikdirlər.
