“Texnika Bank əhaliyə illik 26-28 faizlə pul verir, üstəlik 10 faiz də şapka istəyir”
Xəbərlər No Comments »Zərərçəkmiş: “Texnika Bankın Bakı flialının müdiri Zal Yusifov 8 milyon dollar mənimsəyib”
Bu gün Azərbaycan Media Mərkəzində Texnika Bankdan əmanətlərini geri ala bilməyən şəxslər mətbuat konfransı keçirib. Mətbuat konfransında zərərçəkmiş Səadət İmranova, Məcid Məmməmədov və vəkil Qurban Pirməmədov çıxış edib
Konfransda Q. Pirməmədov özünü Qurbanov Mehrac, Mədətov Elşən, Rzayev İlham və Rzayev Nail adlı şəxslərin vəkili kimi təqdim edərək bildirib ki, bu adamlar Texnika Bankın Bakı flialına əmanət müqaviləsi əsasında pul qoyublar: “Müqavilə qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunub, hər iki tərəf onu imzalayıb. Bunun əsasında da mədaxil qəbzləri verilib, eyni zamanda onlara əmanət kitabçaları da verilib. Lakin sonradan bank müxtəlif bəhanələrlə pulları qaytarmaqdan imtina edib. Ona görə də biz məhkəmə iddiası qaldırmışıq. Nərimanov rayon məhkəməsinin qətnamələri əsasında onların iddia tələbi təmin olunub və pulun faiz hissəsi olmasa da əsas hissəsinin vətəndaşlara qaytarılmasına qərar verilib. Lakin bank bu qərardan apeliyasiya şikayəti verib. Apeliyasiya məhkəməsində isə qarşı tərəf MTN-də istintaq getdiyi üçün xahiş edib ki, istintaq qurtarana qədər iş dayandırılsın. Apeliyasiya məhkəməsi də qanunsuz bir qərar qəbul edərək MTN-də istintaq getdiyi üçün işin icrasını dayandırdı. Bundan sonra biz apeliyasiya məhkəməsinin qərarından ali məhkəməyə kasasiya şikayəti verdik. Hazırda həmin kasasiya şikayətləri ali məhkəmənin icraatındadır. Indi biz bunun sonunu gözləyirik”. Read the rest of this entry »
