Prezident İlham Əliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturunu təsdiq edib
Xəbərlər No Comments »Ölkə prezidenti İlham Əliyev əsasnaməsini və strukturunu təsdiqləyib. Bu barədə AJAŞ Xəbər Agentliyi Prezidentin mətbuat xidmətinə istinadən xəbər yayıb. Təsdiq olunmuş yeni struktura əsasən sözügedən Dövlət Komitəsi aparatının işçilərinin say həddi 152 ştat vahidi, Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi isə 323 ştat vahidi müəyyən edilib. Həmçinin Prezidentin fərmanına əsasən Nazirlər Kabineti bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını bu fərmanla uzlaşdırmalıdır.
