Hökumət büdсə şəffaflığını təmin etməlidir
Nəzarətsizlik, hökumətin hesabatsızlığı və şəffaflığın olmaması Azərbayсan büdсədən maliyyəşdirilən layihələrin qəsdən şişirdilməsinə və korrupsiya hallarının artmasına, ədalətsiz sosial təbəqələşməyə, eləсə də yoxsulluğun dərinləşməsinə səbəb olub.

Azərbayсanda dövlət büdсəsinin bu durumu ölkədə günü gündən dərinləşən və artan yoxsulluğun özünü  daha da qabarıq büruzə verməsini təmin edir. Hökumətin açıqladığı saxta statistik rəqəmlərlə yoxsulluğun azaldılması barədə yalan məlumatları elə hökumətin özünün altına imza atdığı bir çox rəqəmlər təkzib edir.

Son illər büdсə investisiyalarının artan xətt üzrə olduqсa dinamik inkişafı Milli Büdсə Qrupunun araşdırmalarında da diqqət mərkəzində olub. Nəzər saldıqda görürük ki, 2008-сi ildə 2005-сi ildəkindən 18 dəfə artıb. Yaxın 3-4 ildə də büdjənin yüksələn xətlə inkişafı gözlənilir. Vurğulamaq lazımdır ki, büdсənin bu kəskin artımı məhz neft pullarının artmağa başlaması ilə əlaqədardır. Belə ki, ekspertlərin dili ilə desək, Azərbayсan büdсəsi neft qoxuyur. Həm də həddindən artıq. Təəssüf ki, hökumət tükənmə zamanı o qədər də uzaqda proqnozlaşdırılmayan neft pulllarının səmərəli xərсlənməsi üçün nəinki hər hansı addım artır, əksinə, qeyri-səmərəli xərсləmə xəttini tutaraq. Hələ ki, hər il daxil olan vəsaiti elə həmin ildə xərсləməyə çalışır.

Dövlət büdсəsində büdсə investisiyalarının faiz nisbəti də 2006-сı ildə 2005-сi  ildəkindən 3,1, 2007-сi ildə 4,1, 2008-сi ildə isə 4,5 dəfə artaraq sonuсda 33,4% təşkil edib. Bu da dövlət büdсəsinin üçdən bir hissəsinin büdjə investisiyalarına yönəldildiyi deməkdir. Araşdırmalar təsdiqləyir ki, ÜDM, büdcə xərcləri və büdcə investisiyaları arasında 2004-2008-ci illər arasında ən dinamik sıçrayış büdcə investisiyalarının olub.

Ekologiya ən son yerlərdə

Büdcə araşdırmaları göstərir ki, ayrı-ayrı istiqamətlər üzrə ayrılmış investisiyaların arasında ən son yeri ekologiya tutur. Belə ki, ekologiyaya 2006-2008-ci illərdə qoyulan investisiyaların ümumi məbləği jəmi 29.2 mln. manat olub ki, bu da ümumi büdcə investisiyalarında cəmi 2.48% təşkil edib. Qeyri-neft sektorunun inkişafı məsələsi daha çox önəmli olan bir zamanda aqrar sahəyə qoyulan 78.4 mln. manat investisiya ümumi büdcə investisiyalarının vur-tut 2.35%-ini təşkil edib. Son üç illik bir müddətdə büdcə investisiyaları arasında ən yüksək yeri nəqliyyat sahəsi tutur ki, bu da 1237.6 mln. manat olub. Bu sahəyə qoyulan investisiyaların ümumi büdcə investisiyalarında faiz payı  2006-2008-ci illərdə 24.4-21.8 arasında tərəddüd edib. Nəqliyyat sahəsindən sonra istiqamətlər üzrə investisiyaların yüksək məbləğləri və büdcə investisiyalarındakı yüksək pay faizinə görə yerləri siyahıda energetika və sənaye, kommunal,  təhsil, su ehtiyatları və irriqasiya, mədəniyyət sahələri tutur. Hökumətin xüsusi diqqqət yetirdiyi bu siyahida səhiyyə və idman sahələrinin paylaşdığı yerlər bərabər sayıla bilər.

Layihələr çox… diqqət mərkəzində olan sahələr arasında önəmlilər yox

2008-ji ildə investisiyalar hesabına reallaşdırılacaq layihələrin sayı 978-dir. Bu layihələrdən ən çoxu təhsil sahəsi ilə bağlıdır. Maraqlıdır ki, təhsil sahəsi ilə bağlı layihələrin sayı (282 layihə) digər sahələr üzrə olan layihələrdən ən azı 3 dəfə çoxdur. Mədəniyyət və idmanla bağlı 87, melorasiya və irriqasiya ilə bağlı 85,  sosial təminat sisteminin inzibati idarəçiliyi ilə bağlı 75, nəqliyyatla bağlı  58, içməli su təcizatı və kanalizasiyalar sistemi ilə bağlı 55, səhiyyə ilə bağlı 36, ədliyyə sistemi ilə bağlı 33, təhlükəsizlik və ictimai asayişin qorunması ilə bağlı 3 layihə həyata keçiriləcək. Bunlardan əlavə müxtəlif kiçik istiqamətlərə yönəldiləcək 256 layihə digər layihələr adı altında açıqlanır ki, bu digərlərin nədən ibarət olduğu detallı bildirilmir.

Yollara döşənən pullar

2007-2008-ci illərdə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri üzrə ən iri layihələr paytaxtda yol qovşaqlarının və yol ötürücülərinin tikintisi ilə bağlı olub. Bu layihəyə 327,1 milyon manat investisiya qoyulub. Prezident Aparatının İşlər İdarəsinin obyektlərində təmir, tikinti və yenidənqurma işləri ilə bağlı layihəyə 127, Əzizbəyov metro dayirəsindən hava limanına gedən yolun tikintisinə 120, Heydər Əliyev adına biznes mərkəzinin tikuintisinə 90,  idman və olimpiya komplekslərinin tikintisinə 78,9, məişət tullantılarının emalı zavodunun tikintisinə 62,6 və Heydər Əliyev adına sarayın təmirinə 45.6 milyon manat investisiya nəzərdə tutulub. Diqqət yetirdikdə görərik ki,  son iki ildə 851 milyondan artıq investisiya qoyuluşu edilən bu böyük layihələrin gələjəkdə təkrar maliyyə gətirmək itmkanları çox geniş deyil. Müəyyən qədər maliyyə gətirə biləjək bu layilərin başa çatdırıldıqdan sonra bəlli bir kütlənin işlə təmin ediləcəyi məsələsindən isə söhbət gedə bilməz. Bu isə o deməkdir ki, ola bilsin ki, bu gün qoyulan bu investisiyalar gələjəkdə hələ ki, şəffaf olmayan və səmərəli xərjlənmək anlayışından çox uzaq olan büdcəyə müəyyən gəlirlər gətirəcək. Ancaq bu layihələrdən gələcəkdə əhalinin davamlı yararlanmaq imkanı olmayacaq. Məsələn ödənişli yollara hər bir vətəndaş gələcəkdə də vəsait yatıracaq, ancaq garsılığında heç nə almayacaq. Bütün bunlar bir daha investisiyaların gələjəkdə insanların rifahının yaxşılaşdırılması ilə bərabər, həm də onlara xidmət edən səmərəli layihələrə istiqamətləndirilmədiyini söyləməyə əsas verir.

Sağ cibdən sol cibə

Büdcəyə donorluq edən dövlət şirkətlərinə büdcədən ayrılan vəsaitlərin məbləqlərinə baxdiqda vəsaitlərin sağ cibdən sol cibə atıldığına əmin olmaq mümkündür. 2007-2008-ci illərdə büdcədən ən çox vəsait «Azərenerji» ASJ (399.9 milyon manat),  «Azərsu» ASJ (177.3 milyon manat), Melorasiya və Su Təsərrüfatı ASJ (151 milyon manat) və Bakı metropoliteninə (129.3 milyon manat) ayrılıb. Bu sıralamada sonrakı yerləri «Bakelektrikşəbəkə» ASJ (97.9 milyon manat), «Azəriqaz» QSJ (83,6 milyon manat), AzAL (53.2 milyon manat) və Xəzər Dəniz Gəmiçiliyi (27,7 miylon manat) tutur. Rəqəmləri toplasaq, görərik ki, iki ildə dövlət büdcəsindən büdcəyə donorluq edən  dövlət şirkətlərinə 1120.6 milyon manat vəsəait ayrılıb. MBQ-nun araşdırmalırana görə, bu rəqəm donor şirkətlərin büdcəyə ödədiyi rəqəmlərdən diqqət çəkəcək qədər çoxdur.

«Qanunda oğru» prinsipləri

Bütün sadalanan və bundan sonra hələ sadalayacağımız vəsait selinin axını bir sıra qanunvericilik aktları ilə tənzimlənir ki, bu da proseslərin qanuni olmasını deməyə əsas verir. Bu qanunvericilik aktları  sırasına  «İnvestisiya Fəaliyyəti haqqında» Qanun, «Dövlət satınalmaları haqqında» Qanun,  «Büdcə sistemi haqqında» Qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları», «Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Təlimat» kimi sənədlər daxildir. Büdcə vəsaitlərindən invenstisiyalarını «qanunda oğru» prinsipləri ilə müqayisə etmək kifayət qədər uğursuz görünsə də, sadəcə bundan yaxşı ifadə seçimi tapmadım.

Azərbaycanda qanunlar «bəs» deməyincə dartıla bilir

Əslində bütün bunlara şərait yaradan yuxarıda sadaladığımız qanunvericilikdəki boşluqlardır. Belə ki, MBQ-nun apardığı araşdırmalara görə, layihələrin seçimində «prioritetlik» və «xərc-fayda» prinsipləri nəzərdə tutulmur, invenstisiya layihələrinin uzunmüddətli planlaşdırılmasının prinsip və meyarları ilə bağlı normalar yoxdur. Eləcə də layihələrin ekspertizası ümumi şəkildə nəzərdə tutulsa da, bu cür ekspertizaya qarşı tələblər tamamən qeyri-müəyyəndir. MBQ ekspertləri eləjə də hesab edirlər ki, büdjə invenstisiyalarının texniki-iqtisadi əsaslandırılmasına qarşı tələblər yoxdur, layihələrin seçim qaydaları məlum deyil, büdcə invenstisiyalarının effektivliyinin qiymətləndirilməsinin meyar və prinsipləri aydın deyil və xüsusilə büdjə invenstisiyalarının əhəmiyyətli hissəsinin yönəldildiyi əsaslı tikinti və əsaslı təmirlə bağlı xərclərinin limitləşdirilməsi ilə bağlı zəruri normalar yoxdur.

ABŞ Azərbaycanda bir uşağa Təhsil Nazirliyinin xərclədiyindən  3 dəfə az pul xərcləməklə məktəb tikir

Kütləvi tikintilər üçün tipik layihələrdən istifadə olunması nəzərdə tutulmur ki, bu da səhiyyə məntəqələri və təhsil müəssisələrinin tikintisində bəzi diqqətçəkən məqamlara gətirib çıxarır. Eyni ildə tikilən və həcm və tipii eyni olan ayrı-ayrı iki tikintinin dəyəri arasında çox böyük fərqlər olur. MBQ ekspertlərinin araşdırmalarına görə, eyni ildə ABŞ səfirliyinin tikidirdiyi məktəbdə bir şagirdə düşən xərc 638 manatdırsa, Təhsil Nazirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 1870 manat olub. Təhsil Nazirliyinin «Məktəb tikintisi Proqramı»nın reallaşdırılmasına dair aparılmış jurnalist araşdırmalarının nəticələrinə görə, məktəblərin əksəriyyəti heç müasir standartlara uyğun tikilmir – idman zalı, metodiki kabinələr, hətta kitabxanalar üçün otaqlar ümumiyyətlə nəzərdə tutulmur, bəzən sinif otaqları belə məktəbin tutumuna cavab vermir, kommunal şərait nəinki müasir standartlara uyğunlaşdırılmır, hətta bəzən ümumiyyətlə nəzərdə yaradılmır. Əvvəlki illərdə Şəki, Göyçay və Xaçmaz rayonlarında sözügedən Proqram çərçivəsində görülmüş işlər monitorinq ediləkrək bütün bunlar aşkarlanmış və bununla bağlı ayrıca yazı da dərj olunmuşdu. Göyçayda isə tikildiyi barədə hesabat verilən bir məktəb ümumiyyətlə tikilməmiş, sadəcə köhnə məktəb binası üçün kiçik yardımçı bina inşa olunmuşdu. Maraqlıdır ki, daha çox korrupsiya faktları aşkarlanan və bu barədə dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, ən çox investisiya layihələri məhz Təhsil Nazirliyinin payına düşür.

Yaxud Gürcüstan bir məhbusa Azərbaycandan 14 min dollar az pul xərcləyərək təcridxana tikir.  Eləcə də eyni ildə Lənkəranda əlillər üçün tikilmiş 24 mənzilli bina Qazaxda tikiləndən eyni tutumlu binadan 2 dəfə baha başa gəlib.

Daha sonra kateqoriyasından asılı olaraq hər km yolun çəkilməsi, əsaslı və cari təmiri üçün xərclərin maksimum məbləği müəyyən edilməyib. Yol tikildikcə bəzən nəzərdə tutulduğundan da qat-qat baha başa gəlirsə, hökumət bünü çox normal qarşılayır. Ümumiyyətlə qəbul edilən layihələrdə dəyər limiti ilə bağlı hər hansı müzakirə və ya etiraz səsləndiyi ijtimaiyyət tərəfindən müşahidə olunmayıb. Həmçinin yol tikintisinə qarşı keyfiyyət normaları - onların fiziki standartları natamam xarakter daşıyır. Yol infrastrukturu üçün zəruri olan təmirarası müddətlər və yeni yolların istismarı müddətləri limitləşdirilməyib. Türkiyənin paytaxtı Ankarada böyük şəhər bələdiyyəsinin şəhərin gur yerlərindən birində tikdiyi böyük keçidin birini hətta 70 günə başa çatdırıldığı halda (keçi delə bu müddətin şərəfinə «70 gün keçidi» adlandırılıb – müəl.) Bakıda avtomobil yollarındakı keçidlərin tikilməsinə bir il və ya daha artıq zaman sərf olunur.

Formalaşmış meyllər

Bütün sadalanan hallar o qədər davamlı olmuş və təcrübədən keçirilmişdir ki, artıq büdjə investisiyalarının istifadəsi sahəsində  müəyyən meyllin formalaşdığı bildirilir. MBQ ekspertlərinin araşdırmalarına görə, adətən layihələrin reallaşdırılması pərakəndə xarakter daşıyır və eyni xarakterli layihələr müxtəlif mənbələr hesabına maliyyələşir. Daha sonra investiysiya layihələri dövlət büdcəsinin layihəsilə eyni vaxtda hazırlanırsa da, onlar arasındakı əlaqə natamam xaraktr daşıyır, investisiya büdcəsinin təsdiqi ilə büdcənin icrasına başlama təqvimi arasında 40-45 gün interval yaranır.

Ekspertlərin həmçinin dəfələrlə toxunduğu məqam  investisiya xərclərinin iqtisadi təsnifatının təqdim edilməməsi meyllərinin formalaşmasıdır. Eləcə də investisiya layihələrinin reallaşdırılması ilə bağlı dövlət satınalmaları sahəsində əlverişli rəqabət mühiti yoxdur. Formalaşmış meyllərdən biri də tenderlərin qapalı keçirilməsi, eləcə də onların nəticələrinin açıqlanmamasıdır. Ekspertlər həmçinin investisiya büdcəsinin tərtibinin siyasi faktorların təsiri altında baş verməsi və qeyri-şəffaf, qapalı xarakter daşıması kimi meyllərin də formalaşdığını bildirirlər.

Seçki ilində dəyişikliklər gözlənilə bilərmi?

Əslində, seçki ili olması ilə bağlı büdcə şəffaflığı sahəsində ciddi dəyişikliklərin baş verəcəyini gözləməyə dəyməz. Ancaq, ictimaiyyətin davamlı tələbləri, bütün sadalanan tendensifaların davamlı olaraq yerli və beynəlxalq ictimaiyyətə açıqlanması bəlkə də hökuməti bü məsələlərdə kiçik güzəştlərə getməyə sövq edə bilər. Bu gün ictimaiyyətin tələbi büdcə investisiyalarının effektivliyini artırmaq, onların şəffaflığının  və hesabatlılığın təmin olunması istiqamətində hökuməti öz məsuliyyətini hiss etməsidir.

Bu gün investisiya xərclərinin təsnifatı verilmir və Nazirlər Kabinetinin qərarı ilə aparılan bölgü açıqlanmır. Hökumətin ayrı-ayrı məsul qurumlarının İnternet resurslarında bu barədə məlumat ələd etmək mümkün deyil. Həmçinin layihələrin icrasına dövlət nəzarət sistemi olduqca zəifdir və o mövcud olan sistem də demək olar ki, işləmir. Bir tərəfdən ijtimai nəzarət imkanları olduqca məhduddur, digər tərəfdən isə vətəndaş cəmiyyəti mövcud imkanlardan ya həmişə istifadə etmir, ya da passiv istifadə edir. Bütün bunlar isə hökumətin ictimaiyyət qarşısındakı hesabatlılıq məsuliyyətini hiss etməsinə təsir göstərə bilmir və nəticədə hökumət ictimaiyyətə hesabat verməyə borjlu olduğunu heç xatırlamaq belə istəmir.

«Hesabatlılıq»

Milli Məclisə büdcə ilə bağlı hesabatda  xərclərin istifadə olunması ilə bağlı detallar əks olunmur, xərclərlə bağlı məlumatlar natamam xarakter daşıyır. MBQ ekspertlərinin araşdırmalarına görə, 2006-cı ildə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 719.8 mln. manat olduğu halda hökumətin parlamentə verdiyi hesabatda olan ümumi məlumat bu rəqəmin yalnız 579.9 mln. manatını əhatə edib. Alınmış 139.9 mln. manat barədə isə hər hansı hesabıt və açıqlama təqdim olunmur.

Layihə-smeta sənədləri olmayan obyektlərə büdjədən vəsaitlər ayrılıb

Ayrı-ayrı illərdə dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə  Azərbaycan Respublikası Hesablama Palatasının rəylərində də qeyri-şəffaflıq, hesabatsızlıq və səmərəsizliklə baqlı məqamlar əksini tapıb. Məsələn 2005-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə Hesablama Palatasının Rəyində göstərilir ki, layihə-smeta sənədləri olmayan obyektlərə, həminin təmir işləri üçün investisiya xərclərindən vəsaitlər ayrılıb (HP-nin 22 may 2006-cı il tarixli iclasının qərarı). Dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə nəzərdə tutulan məbləqlərin dəyişdirilməsi ilə bağlı 2007-ci ilin 9 ayında 21 dəfə (2006-cı ildə 43, 2005-ji ildə 41 dəfə) sərəncamlar verib, investisiya xərcləri üzrə tikiləcək və təmir olunacaq obyektlərin siyahısı və onların əsaslandırılması metodikasında şəffaflıq yetərli deyil, bu xərclər siyahısında olan obyektlər və tikililər layihə-smeta sənədləri olmadan, texniki-iqtisadi və müqavilə qiymətləri hesablanmadan proqnozlaşdırılır. Eləcə də eyni obyektlərə hər il müxtəlif sifarişçi təşkilatlar tərəfindən müxtəlif xərclərin (təmir, bərpa və yenidənqurma, tikinti) proqnozlaşdırılması ilə bağlı məqamlar isə 2008-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Fakt göz qabağındadır

Göründüyü kimi, büdjə investisiyaları üzərində nəzarətsizliyin sonuclarını təkcə müstəqil qurumlar və ekspertlər deyil, həmçinin rəsmi sənədlər də təsdiqləyir. Belə olan halda hökumət də etiraf etməlidir ki, büdjə investisiyalarının nəzarətdən kənarda qalaması layihələrin şişirdilməsi və korrupsiya hallarına, infilyasiyaya, sosial təbəqələşmə və yoxsulluğun dərinləşməsinə meydan yaradır. Bu vəsaitlər təkcə bir qrupp məmur və ya hakimiyyət mənsublarının şəxsi büdjəsi deyil, bütün xalqın haqqı çatan dövlət büdjəsinindir. Belə olan halda, hökumət hesabatlılıq vərdişlərinin formalaşdırılmasına kifayət qədər gecikib. Neft pullarının sürətlə artmağa başladığı bir mənamda, gələcəkdə daha da kəskin yoxsullaşmanın yaranmasına səbəb olacaq halların formalaşmasına yol açmamaq üçün  büdcənin hər bir manatı məsuliyyətlə xərclənməli və bu xərclərlərlə bağlı xalq məlumatlandırılmalıdır.  Bir önəmli məqamı da qeyd etmək yerinə düşərdi ki, neft hasilatı ucbatından ekologiya və ətraf mühitin çirklənməsinin çoxdan böhran halını aldığı Azərbaycanda bu sahəyə kifayət qədər diqqət yönəldilməlidir. Hələ 2004-cü ildə Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov dövlət başçısının Neft Strategiyasını mediyaya açıqlayan zaman ona neft pullarından ekologiya və ətraf mühitin bərpası üçün nə qədər vəsait nəzərdə tutulduğu barədə sual verilmişdi. S.Şərifov da hökumətin bu məsələni diqqətdən qaçırmadığını bildirmişdi və qeyd etmişdi ki, bu sahəyə vəsaitlərin ayrılması getdikcə artacaq. Təəssüf ki, bu sahəyə ayrılan  və kifayət qədər az olan vəsaitlərin bir çoxu sadəcə səmərəsiz xərclənir. Qeyd etmək yerinə düşərdi ki, məsələn dövlət başçısının hər gün keçdiyi Qala stansiyası yaxınlığındakı neft buruqlarının çirkab sularından yaranmış böyük göl sadəcə bir-iki qat zibil və üstündən də torpaq örtüyünün tökülməsi ilə «dəfn olunur». Mütəxəsislər bunu bizdən daha yaxşı bilir, neftdən çirklənmiş ərazilər belə təmizlənmir. Bu isə o deməkdir ki, bu işə qoyulmuş milyonlarla vəsait səmərəsiz xərclənir, torpaq zəhərli olaraq qalır. Başqa bir tərəfdən şəhərin hər tərəfində eyni zamanda layihələr üzrə aparılan  tikintilərin ətraf mühitə vurduğu ziyan nəzərə alınmır. Sivil məmləkətlərdə balaca bir tikintinin qoparağacı toz belə hesaba alındığı halda, Bakı artıq 2-3 ildən artıqdır ki, palçıq və toz içində nəfəs alır. Necə deyərlər, qızınmadıq istisinə, kor olduq tüstüsünə.

Şəhla Əbusəttər/Ajash.org