İctimaiyyətin nəzarət imkanlarının zəif olduğu istişqamətlər üzrə xərclər şişir, büdcədən siyasi məqsədlər üçün istifadə imkanları artır…

Azərbaycan bütünlüklə büdcə müzakirələrində zəif iştirak edir. Büdcə son günlərin ən aktual mövzusu olmalı idi. Ən azından ona görə ki, bu müzakirələr daha bir il Azərbaycan vətəndaşının müqəddaratını həll edir. Təəssüf ki, bu, heç də belə deyil. Təbii ki, bu məsələdə hökumətin maraqlı olması da az rol oynamır. Yəni büdcənin müzakirəsi ərəfəsində baş verən hadisələri diqqətlə izləsək, hər zamankı kimi mühüm bir məsələnin müzakirəsi ərəfəsində hökumətin cəmiyyətin, xüsusilə bu çevrəni məlumatlandıran mətbuatın diqqətini ğamam başqa tərəfə yönəltdiyini görərik. Həbsdə olan curnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı materiallar son zamanlar nisbətən səngimiş və belə demək mümkünsə, monoton xarakter almışdı. Ancaq «Azadlıq» qəzetinin baş redaktoru

Qənimət Zahidovun həbsi

büdcəni daha çox saf-çürük etmək potensiallı qüvvələrin çıxışı olan qəzetlərin diqqətini başqa tərəfə fokuslaşdırmaq üçün ən yaxşı vasitə oldu. Qəzetçilərin həmkar olaraq baş redaktorun həbsi ilə bağlı materiallara daha çox yer ayırması normal haldır. Ancaq müzakirə olunan büdcədəki naqisliklər də mətbuatda analoci çəkiyə malik yer almaq üçün kifayət qədər ciddi faktordur. Bu baxımdan hesab edirik ki, 2008-ci ilin dövlət büdcəsi ilə bağlı nə qədər çox müzakirələr aparılsa belə, problemlər aradan qaldırılmayıncaya qədər mövzu qəzetlər üçün də bir saylı gündəm materialı olaraq qalmalıdır.

Büdcə – hər bir azərbaycanlının haqqı çatacan pul kisəsi

2008-ci ilin dövlət büdcəsinin gəlirləri 7 382.6 mln. manat, xərcləri isə 8 509 mln. manat nəzərdə tutulur. Milli Büdcə Qrupunun rəyinə görə, dövlət büdcəsinin bu ilki gəlirləri 28, xərcləri isə 34,7% artıb. Büdcə kəsirinin isə iki dəfədən artıq yüksələrək 1.126 mln. manat təşkil etməsi ekspertlərin ciddi narahatlığanı səbəb olub. Belə ki, növbəti ildə ÜDM-də 3,6% təşkil edəcək büdcə kəsiri, hökumətin beynəlxalq maliyyə qurumlarının qarşısında kəsirin ÜDM-in 3%-ni ötməməyi ilə bağlı götürdüyü bhtəliyi icra edə bilməməsidir.

Büdcə «neft qoxuyur»

Parlament üzvü Arzu Səmədbəyli belə fikirlə çıxış edib. Belə ki, millət vəkili büdcədən Neft Fondunun vəsaitləri çıxaraq infilyasiya nəzərə alınarsa, heç bir büdcə artımının olmadığı qənaətindədir. Onun fikrincə neftin qiymətindən asılı olan büdcə heç vaxt stabil ola bilməz. Analoci fikirlər təkcə bir qrupp parlamentarilər tərəfindən deyil, elə də vətəndaş qurumları tərəfindən səsləndirilir. Təəssüf ki, hər şeyi rəngli örməyə və eləsə də bu formada xalqa təqdim etməyə adət etmiş hökumətyönlü «parlamentarilər» obyektiv fikir səsləndirən qarşı cəbhəni hər şeyə kritik yanaşmada suçlayır.

Rellıqda isə büdcənin neftdən asılı olması və belə tendensiyanın davam edəcəyi ehtimalı gələcəkdə ciddi partlayışın olmasından xəbər verir ki, bu da bütün millət vəkillərini əslində narahat etməlidir.

Növbəti büdcə ilində neft sektoru üzrə vergi yığımlarının məbləği 2 730 mln. manat (2007-ci ilə nisbətən 3% çox) proqnozlaşdırılır. Bu məbləğə ARDNF-dən 1 100 mln. manatlıq köçürməni də əlavə etdikdə, 2008-ci ilin dövlət büdcəsində birbaşa neft gəlirlərinin payının 51.9% (3 830 mln. manat) olacağı gözlənilir. Qeyri-neft sektoru üzrə vergi yığımlarının 2 270 mln. manat (2007-ci ilə nisbətən 42.8% çox) olacağı proqnozlaşdırılır. Bu mənbədən daxilolmaların büdcə gəlirlərində payı 30.7% təşkil edəcək. Qeyd etmək lazımdır ki, qeyri-neft sektoru kimi təqdim olunan mənbələrin içində də dolayısı ilə neftlə əlaqəsi olan ququmların olması büdcənin neftdən asılılığının daha çox olmasını deməyə əsas verir.

Rəqəmlər şişirdilir

2008-ci ilin büdcə gəlirlərinin mühüm mənbələrindən biri də, bu il müşahidə olunan və növbəti ildə gözlənilən yüksək inflyasiya tempidir.

MBQ-nun hesablamalarına görə, hökumətin gələn il üçün inflyasiya proqnozlarını nəzərə alanda gəlirlərin real artım tempi 28% deyil, əslində 14.2% təşkil edir. Bu isə o deməkdir ki, əslində növbəti il üçün nəzərdə tutulan büdcədə xərclər gəlirlərdən az üç dəfə artıqdır.

Büdcə vəsaitləri hara gedəcək?

Gələn ilə proqnozlaşdırılan büdcə xərclərinin 4 734,0 mln. manatının cari xərclərə, 3 691,1 mln. manatının əsaslı xərclərə, 83,9 mln. manatının isə kreditlər üzrə borclara, faizlərə xidmətlərə yönəldiləcəyi nəzərdə tutulub.

2008-ci ilin büdcəsində ən böyük xərc maddəsi ümumi xərclərin strukturunda 33.6% payla, ötən dövrdə olduğu kimi, “Sənaye, tikinti və faydalı qazıntılar” olaraq qalacaq. Sonrakı yerlərdə müdafiə (12%) və təhsil xərcləri (11.4%) durur. Çox mühüm xərc sayılan səhiyyə xərclərinin bu ilin büdcəsində payı heç 4%-ə tamamlanmır.

Son illərdə dövlət büdcəsi xərclərinin prioriteti olan “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə xərclər gələn il 2 867,6 mln. manat nəzərdə tutulur ki, bu da ümumi xərclərin 33,6 %-ni təşkil edəcək. 2007-ci ilin analoci göstəricisi ilə müqayisədə bu 3 faiz bəndi çoxdur. Qeyd etmək lazımdır ki, əsasını tikinti təşkil edəcək istiqamətə ayrılan xərclərin ümumi xərclərdəki payı sosialyönümlü xərcələrin payını 1.2% üstələyəcək.

MBQ-nun haqlı narahatlığına səbəb olan bir məsələ də budur ki, növbəti maliyyə ilində büdcə xərcləri gözlənildiyinin əksinə olaraq proqram təsnifatı üzrə açıqlanmır. Dövlət investisiya proqramının strukturu, maliyyələşmə mənbələri, layihələr və onların icraçılarının siyahısı təqdim olunsa da, layihələr üzrə ayrılacaq vəsaitlər açıqlanmayıb.

2008-ci ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 742,7 mln. manat həcmində nəzərdə tutulur. Bu 2007-ci ilin uyğun göstəricilərinə nisbətdə 21,2% çox olsa da, xərclərin büdcədəki çəkiçi baxımından bir faiz bəndi azalır. Müdafiə xərcləri isə cari illə müqayisədə 25,5% çox olsa da, xərclərin strukturunda 12,9%-dən 12%-ə qədər azalıb.

Diaporanın xərcləri azaldılıb, elmə isə Ədliyyə Nazirliyi «şərik» çıxacıq

2008-ci ilin dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də, Azərbaycan diasporunun işinin gücləndirilməsinə (xüsusilə seçki ili olmasını da nəzərə alsaq – müəl.) ehtiyac duyulduğu bir zamanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi üçün nəzərdə tutulan xərclərin azaldılmasıdır. Jari illə müqayisədə 65.3% azaldılan bu xərclərin 967 min manat təşkil edəcəyi MBQ-nu narahat edən məqamlardan biridir. Eləcə də «Elm xərcləri»nin 44.%% artırılması (6.4 mln.manat) ilə yanaşı bu istiqamətə ayrılan xərclərin əhəmiyyətldi bir hissəsinin (1,5 mln.manat) Ədliyyə Nazirliyinə yönəldilməsi anlaşılmaz məqamlardan biridir.

2007-ci ildə İpoteka Fondu, Sahibkarlığa Yardım Milli Fondu və “Aqrolizinq” ASC-yə ayrılmış vəsaitlər “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinə daxil edilmişdisə, 2008-ci ilin büdcə layihəsində bu istiqamətlər “İqtisadi fəaliyyət” bölməsinə daxil edilib. Bu da həmin xərc maddəsinin 12 dəfə böyüməsinə səbəb olub. MBQ hesab edir ki, əvvəlki illərdə hökumət “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin həcmini artırmağa çalışırdısa, indi isə əksinə, onu azaltmağ səylərində bulunub. Onu da qeyd etmək lazımdır ki, gələn il “İqtisadi fəaliyyət” bölməsinə “İqtisadi və kommersiya” fəaliyyəti üçün də vəsait daxil edilib ki, bunun təyinatı barədə izahat verilməyib.

Bələdiyyələrə dövlət dəstəyi zəif olaraq qalacaq

2008-ci ilin dövlət büdcəsində büdcədənkənar fondlara və aşağı səviyyəli büdcələrə köçürmələrin xüsusi çəkisi yüksək həddə qalmaqdadır. Belə ki, icmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR büdcəsinin gəlir və xərcləri bərabər olaraq 215.7 mln.manat proqnozlaşdırılır ki, xərclərin də 10.8%-i və ya 23.3 mln.manatı MR-in öz gəlirləri, 89.2%-i və ya 192.4 mln.manatı (2007-ci ilə nisbətən 39.6 mln.manat və ya 25.9% çox) dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 54.8%-i və ya 695 mln.manatı (birbaşa köçürmələr 350 mln.manat, büdcə təşkilatlarından sosial ayırmalar 345 mln.manat) dövlət büdcəsi hesabına örtüləcək. Fiskal tarazlaşdırma məqsədilə dövlət büdcəsindən yerli (bələdiyyə) büdcələrinə ayrılan vəsaitin ötən ilki səviyyədə (3.5 mln.manat) qalması, bələdiyyə institutunun inkişafında dövlət dəstəyinin yetərli səviyyədə olmamasın əks etdirir.

Prezident seçki ilində siyasi məqsədlər üçün büdcədən yetərincə istifadə edə biləcək

Ehtiyat fondlarının, xüsusilə də prezidentin ehtiyat fonduna ayrılan vəsaitlərin artırılması da diqqəti cəlb edir. Belə ki, 2008-ci ildə ehtiyat fondları üçün 316,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, onun da təxminən yarıya qədəri, konkret olaraq 154 milyon manatı prezidentin ehtiyat fondunun payına düşür. Növbəti ildə cari illə müqayisədə prezidentin ehtiyat fonduna 35 % çox vəsait proqnozlaşdırılır ki, bu da prezident seçkiləri ilində büdcədən siyasi məqsədlər üçün istifadə imkanlarını artırır.

Göründüyü kimi, kifayət qədər mübahisəli və narahat doğuran məqamların olması ictimaiyyətin büdcə müzakirələrində daha yaxından iştirak etməsini zəruriləşdirir. Kimsə bu prosesdən kənarda qalmamalıdır, ona görə ki, bu günün yalnışlıqları sabah xalqın problemi olacaq. Ümumilikdə MBQ-nun 2008-ci il büdcəsi haqqında verdiyi rəyi kafi hesab etmək doğru olardı. Ancaq büdcədəki qaranlıq məqamlar ehtimal ki, bu rəyin daha kəskin olmasını tələb edirdi.

Şəhla Əbusəttar/AJASH.org