EVİN TİKİLSİN AY KASIB !?
Araşdırmalar, Fotoaraşdırma İyun 11th. 2008, 1:03am
Son dövrlər tikinti materiallarının qiymətləri durmadan artır. Bakı tikililərində ən əhəmiyyətli sayılan və Bakı arxitekturasına xüsusi yaraşıq verən mişar daşının isə qiymətinin bahalaşmasına söz ola bilməz. Belə yerdə deyirlər ki, “Ay kasıb evin tikilsin…”.
Azərfoto mişar daşı istehsal olunan yerləri gəzdi. Qaradağ ərazisindəki karxanalarda olanda isə elə də qeyri-adi dəyişikliyin şahidi olmadıq. Yenə də köhnə çöllü-biyaban, tozu göyə sovuran isti külək və burada işləyib ailəsini dolandıran daşdan seçilməyən daş kimi əlləri olan karxana işçiləri. Siz də baxın, görün bu ərazilərdə nə qədər xammal israf olunur.
Azərbaycanımızın altı da, üstü də qızıldır. Doğrudan da belədir. Heyif ki, bazar və iqtisadiyyatdan anlayışı olmayanlar bütün bu daş işlərinin üstünü kəsiblər. Birazdan hansısa xarici şirkət gəlib bütün bu xam malları toplayıb milyonlar qazananda hamı ağız büzəcək ki, xaricilər talan etdilər məmləkətimizi…

Azərbaycanımız…
C. Abdulla / AZƏRFOTO / AJAŞ [Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi]
