MİLYON-MILYON AL-ƏLVAN QIZILGÜL və ya GÜLÜN, GÜL BAYRAMI GƏLİR
Fotoaraşdırma May 8th. 2008, 6:20pm
Bu gün Şuşamızın işğal günü olmasına baxmayaraq 10 may tədbirinə qızğın hazırlıq işləri gedir. Biz də olub-bitənləri müşahidə etmək məqsədi ilə Heydər Əliyev adına sarayin qarşısında “Gül bayramı” üçün gedən hazırlıqlarla yerindəcə tanış olmaq qərarına gəldik. Burada döğrudan da bir canlanma hiss olunurdu.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən bu səfərbərlikdə iştirak etdiyini və hazırlıq işlərində çalışanlara öz qızıl məsləhətlərini verməsinin şahidi olduq.
Sarayın qarşısında qurulmuş böyük mağarı gördükdə isə məyus olduq. Kiminsə yas mərasiminin olduğunu düşündük, belə təsəvvür etdik ki, bu yası olan məşhur adam olmalıdır ki, burada çadır qura bilsin. Yaxına gəldikdə isə adət etdiyimiz nağılbaz mollaların səsini eşitmədikdə bir az çaş-baş qaldıq. Sən demə bu çadır xüsusi güllər üçün qurulmuş çadırdır. Təki həmişə Bakı meri beləcə gül çadırları qursun. Amin!
Dəqiqləşdirə bilməsək də gəzən söz-söhbətlərdə Hacıbala müəllimin 10 may şərəfinə şəhərimizə bir milyon əlvan qızıl gülü Hollandiyadan gətizdirdiyini eşitdik. Son dövrlər şəhərimizdə hər şey nədənsə analoqu olmayan vəziyyətdədir. Bu işə də analoqu olmayan demək olar… Əgər doğrudursa onda Bakı meri dünyanın tək 1 000 000 əlvan qızılgülü olan meri olaraq tarixə düşə bilər.
Maraqlıdır, görəsən bütün bu güllər üçün büdcəmizdən nə qədər pul xərclənib???
Xatırladaq ki, “Gül bayramı “10 may tarixində keçiriləcək.
Paytaxtın bir çox yerlərində bayram təm-təraqla qeyd olunacaq.

Hacıbala müəllim göstəriş verərkən.

Çadırın içərisində olan güllər aydınca görünür.



Hamı işləyir.

Müəllimlər də işləyirlər.



Qızğın iş gedir.


Hacıbala müəllim bu qədər işin arasında vaxt tapıb şəkil də çəkdirdi.

Hacıbala müəllimin işçiləri.


Tədbir üçün qurulan səhnə.

Heydər Əliyevin abidəsi.

Bizim Hacıbala müəllim.


Abutalibovun telefonu susmaq bilmirdi.

İşin çoxluğu, vaxtın azlığı, bir tərəfdən də məsuliyyət.
Siz olsaydınız, əsəbi olmazdınız?
Reportajımızın sonunda isə məşhur mahnının sözləri yadımıza düşdü.
Миллион миллион миллион алых роз
Из окна из окна из окна видишь ты
Кто влюблен кто влюблен кто влюблен и всерьез
Свою жизнь для тебя превратит в цветы…
