Horveç modeli - Amma Azərbaycansayağı
Araşdırmalar Aprel 26th. 2008, 6:57pmAprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası “Heft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda dəyirmi masa keçirib. Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu tədbirin məqsədi barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Heft Fondunun (ARDHF) aktivləri ötən ilin avqust ayı ilə müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-nə 3,335 milyon dollaradək artıb. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olub: “Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiqlənsə də, bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Bütün bunlar Fonda ictimai marağı artırır və vəsaitlərin xərclənməsinə nəzarəti zəruri edir”. Q.İbadoğlu fondun vəsaitlərinin yerləşdirilməsi istiqamətləri ilə bağlı bəzi narahatlıqların hələ də qaldığını dedi: “Dəyirmi masanın keçirilməsində məqsəd bu narahatlıqlara aydınlıq gətirilməsidir, amma təəssüf ki, cavab almaq istədiyimiz rəsmi qurumların nümayəndələri gördüyünüz kimi dəvətimizi qəbul edib tədbirə gəlməyiblər”.
Qiymətli kağız hərisləri
Koalisiya əlaqələndiricisinin giriş sözündən sonra İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov məruzə etdi. O, çıxışını üç əsas istiqamət - Heft Fondu vəsaitlərinin xərclənməsi, müvəkkil bankların seçilməsi, risklər və neft pullarından səmərəli istifadə üzərində qurdu. V.Bayramovun sözlərinə görə, investisiya portfelinin aktivləri əsasən üç istiqamət üzrə bölüşdürülür; qiymətli kağızlar, depozitlər, pul bazarı alətləri və bank hesabları: “Bizi narahat edən məsələlərdən biri fondun investisiya portfelinin aktivlər üzrə bölgüsündə qiymətli kağızların üstünlük təşkil etməsidir. Bu il aprelin 1-ə olan məlumata görə, həmin istiqamətə 2,495 milyon dollar yönəldilmişdir ki, bu da bütün aktivlərin 75,49 faizini təşkil edir. Bu maddə altında səhmlərə cəmi 2,81 milyon dollar, yəni bütün aktivlərin 0,09 faizi yönəldilmişdir. Bu istiqamət daha gəlirli sayıldığından, hətta ölkə başçısı da neft gəlirlərinin səhmlərin alınmasına yönəldilməsinin tərəfdarı olduğunu bildirib. Dünyada, həm də ABŞ-da ipoteka böhranı müşahidə edildiyi bir vaxtda ipoteka istiqrazlarına yönəldilən vəsaitin həcmi (3,65 milyon dollar) səhmlərin alınmasına yönəldilən puldan çoxdur”.
Dollar, yoxsa avro
Dəyərdən düşsə də, hakimiyyət dollara üstünlük verir
Neft Fondu vəsaitlərinin regionlar üzrə bölgüsündə Amerika qitəsi üstünlük təşkil edir ki, bunun da çoxu ABŞ-ın payına düşür. Fondun vəsaitlərinin 49,37 faizi Amerika, 44,57 faizi Avropa, 4,18 faizi Asiya, yalnız 1,88 faizi başqa regionlardadır. Ekspertin fikrincə, ABŞ-da iqtisadi böhranın dərinləşdiyi bir vaxtda investisiya portfelində bu ölkənin öndə olması fondun gəlirlərinə pozitiv təsir göstərə bilməz Amma maraqlıdır ki, Heft Fondu vəsaitlərinin təxminən tən yarısını ABŞ-da yerləşdirir: “Aktivlərin xarici valyuta üzrə bölgüsündə də problemlər qalmaqdadır. Baxmayaraq ki, Heft Fondu 2007-ci ilin sonunda valyuta səbətinə yenidən baxılacağını, dollar həcminin azalacağını, avronun artırılacağını bildirmişdi. Amma 2008-ci il aprelin 1-ə olan məlumata görə, Heft Fondunun vəsaitlərinin 55 faizi ABŞ dolları, 35 faizi isə Avro ilə saxlanmışdır. Güman olunurdu ki, Fondun valyuta səbətinə dəyişiklik ediləcək və bu, avronun payının artırılması istiqamətində olacaq. 2007-ci ilin yekunlarına görə, dünya üzrə dollarla yığım 60 faizdən 45 faizə qədər azalmışdır. Baxmayaraq ki, satış dollarla aparılır, inkişaf etmiş ölkələr artıq dollarla yığıma üstünlük vermir. Son hesabatlarda isə Azərbaycanda yenə də dollarla yığımın avroya nisbətən üstünlük təşkil etdiyini görürük. Ekspertlərsə dolların məzənnəsinin aşağı düşmə prosesinin ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır. Bəs görəsən səlahiyyət sahibləri nədən Heft Fondunun vəsaitlərinin dollarla saxlanmasına üstünlük verir?!.
Fonddan transferlərə niyə limit qoyulmur?
“Hazırda Heft Fondundan 8 layihə maliyyələşdirilir, düzdür, bunların bir hissəsi artıq başa çatıb, yaxud başa çatmaq üzrədir. 2008-ci ildə Fonddan dövlət büdcəsinə 1,1 milyard manat vəsaitin transfer edilməsi gözlənilir, bu da DHF-nin təsdiq olunmuş büdcəsinin təxminən 32 faizi deməkdir. Müqayisə üçün deyək ki, Horveç Heft Fondundan (Horveçdə Pensiya Fondu adlanır) dövlət büdcəsinə ayrılan vəsait fondun həmin ilki gəlirlərinin 4 faizindən çox ola bilməz”. Mütəxəssislərin Azərbaycanda Heft Fondundan dövlət büdcəsinə transferlərə limitlərin qoyulması ilə bağlı təkliflərinə baxmayaraq, bu gün həmin limitlər tətbiq olunmur. İndiyə qədər Fonddan 1 milyard 550 milyon manat dövlət büdcəsinə transfer olunub.
“2007-ci ilin dekabrında təsdiqlənmiş büdcəyə görə Heft Fondunun gəlirləri 3,6 milyard manatdır. Buna baxmayaraq, may ayında büdcəyə ediləcək əlavə və dəyişikliklərdə Heft Fondunun büdcəsinə baxılması da nəzərdə tutulur. Ötən il büdcədə 1 barrel neftin qiyməti 50 dollar götürülmüşdü, amma indi qiymət bundan iki dəfə artıqdır. Bütün bunları nəzərə alıb demək olar ki, Fondun gəlirləri açıqlandığı kimi 3,6 milyard manat yox, 7 milyard manatdan artıqdır. 2008-ci ildə isə xərclər 1,7 milyard manat müəyyənləşdirilib”.
Uqanda praktikası
Heft Fondunun vəsaitlərindən səmərəli istifadəni təmin etmək məqsədilə ölkə prezidentinin 2004-cü il sentyabrın 27-də imzaladığı “Heft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” fərmanı vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, “insan kapitalının” inkişafına və başqa bu kimi istiqamətlərdə istifadəsini nəzərdə tutur. V.Bayramovun fikrincə, bu sənəd daha çox ümumi istiqamətləri əhatə edir və praktik olaraq burada konkret prioritet sahələri müəyyənləşdirmək çətindir: “Bizdə hamı Horveç modelindən danışır, amma mən Çad və Uqanda kimi ölkələri misal çəkmək istəyirəm. Uqandada Heft Fondunun vəsaitlərindən necə istifadə olunmasını prezident deyil, qanunlar müəyyənləşdirir”.
25 milyon avro, 2 həftəlik depozit
Məruzəçi başqa bir məsələyə, fondun vəsaitlərinin yerləşdirilməsi məsələsinə diqqəti yönəltdi: “2007-ci ilin ən böyük müəmması Fransa bankına 2 həftəliyə yerləşdirilən neft vəsaitidir ki, bu məsələyə hələ də aydınlıq gətirilməyib. Təxminən bir il əvvəl Society Generale bankında yerləşdirilən 25 milyon avro depozit 2 həftə sonra geri götürülüb. Bu bankın xalis gəlirlərinin azaldığı və adının müxtəlif maliyyə qalmaqallarında, çirkli pulların yuyulmasında hallandığı bir vaxtda fondun 2 həftəlik depozit əməliyyatını izah etmək çətindir. Bütün bunlar tərəfdaş banklar seçilərkən Heft Fondunun ciddi qiymətləndirmə aparmamasıyla bağlı şübhələr yaradır. Maraqlıdır ki, bu bankın gəlirləri 2006-cı ildə 5,2 milyard avro olduğu halda, 2007-ci ildə cəmi 0,9 milyard olub. Heft Fondunun bu azalma tendensiyasını izləməməsi də müəmmalıdır. Bundan əlavə, Avropa banklarında 2 həftəlik depozit praktikası da yoxdur. Bu o deməkdir ki, vəsait vaxtından qabaq götürülüb və bunun üçün heç şübhəsiz, böyük cərimələr ödənməlidir. Çox təəssüf ki, baş verənlərlə bağlı Fondun heç bir açıqlaması yoxdur.
Azərbaycansayağı idarəçilik
“Horveç modelinin öyrənilib tətbiq edildiyi bildirilsə də, ARDHF-nin iş prinsipi tamamilə fərqlidir. Bank seçərkən Fondun tətbiq etdiyi qiymətləndirmə mexanizmi mükəmməl deyil. Horveçdə investisiya portfelinin tərkibi ilə bağlı xüsusi qaydalar var; vəsaitlər ayrılan zaman etik prinsiplər, eləcə də ətraf mühitin qorunması standartları gözlənilir. Məhz həmin qaydaların müəyyənləşdirilməsi vəsaitlərin “çirkli əllə” ötürülməsinin qarşısını ala bilər.
Heft pullarının xərclənməsində şəffaflığın təmin edilməsi hələ də ciddi roblemdir. Müqayisə aparaq: ÇAD-ın maliyyə naziri hər rübdə Heft Fondunun vəsaitləri ilə bağlı açıqlama verir. Uqanda Heft Fondu idarə heyətinin 8 üzvündən 3-ü vətəndaş cəmiyyətinin nümayəndəsidir. Bizdə isə Heft Fondunun vəsaitlərinin xərclənməsinə ictimai nəzarət belə istənilən səaiyyədə deyil. Vəsaitin necə və hara xərclənməsi isə prezident sərəncamı ilə müəyyənləşir”.
İcraçı qurum
Sonra Heft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şabanın şərhi dinlənildi. Onun sözlərinə görə, Heft Fondu əslində icraçı funksiyasını yerinə yetirir, heç bir təşəbbüslə çıxış etmir:”Fondun Müşahidə Şurasına baş nazir Artur Rəsizadə başçılıq etsə də, o, ən adi suallara belə cavab vermək iqtidarında deyil. Fondun yaradılmasından 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq bizim bu qurumda çalışan işçilərin hansı ixtisas sahibi olduğu, səviyyəsi, qabiliyyəti bərədə məlumatımız yoxdur. Hələ indiyə qədər bu qurum hər hansı təşəbbüslə çıxış etməyib. Heft Fondu icraçı bir qurumdur, sərəncamlarla işləyir, biz Şahmar Mövsümovdan soruşsaq siz nəyə görə həmin bankda 2 həftəlik depoziti yerləşdirib sonra çıxarmısız, cavab verəcək ki, mən icraçıyam”.
Əhalini qəflət yuxusundan oyadaq
Mövzu ətrafında müzakirələrdə çıxış edən Əliməmməd Huriyev təklif etdi ki, koalisiya olaraq Heft Fondu haqqında qanunun qəbuluna və belə böyük vəsaitləri idarə edən qurumun və onun üzvlərinin müstəqil olmasına çalışmaq gərəkdir.
“Heft Fonduna heç bir ictimai və parlament səviyyəsində nəzarət yoxdur, vəsaitlərdən yalnız iri şirkətlər yararlanır ki, onların da kimin nəzarətində olduğu hamıya bəllidir” - deyən Azər Mehtiyev ortada siyasi iradə olmasının vacibliyini vurğuladı: “Əks halda Fondun vəsaitlərini itirmək qarşısındayıq”.
Mirvari Qəhrəmanlı isə əhalinin fəallığının artırılması istiqamətində iş aparılmasının vacib olduğunu dedi: “Əhalini fəallaşdırmalıyıq, qəflət yuxusundan oyatmalıyıq ki, onlar öz pullarını soruşsunlar, daha indiki kimi oturub pulların onlara nə vaxt çatacağını gözləməsinlər”.
Rövşən Hacıbəyli
