NABRANDA İSTİRAHƏT ETMƏMİŞDƏN ÖNCƏ BU ŞƏKİLLƏRƏ BAXIN (FOTOARAŞDIRMA)
Araşdırmalar, Fotoaraşdırma İyun 11th. 2008, 12:45am
Yay gəldi, istirahət mərkəzləri isə xəncərlərinin önünü də arxasını da itiləyirlər. Yəqin bu il qiymətlər hamını şoka salacaq. İmkanlılar xaricdə, orta imkan sahibləri bölgələrimizdə, imkansızlar isə sovetlər vaxtından fərqli olaraq sanatoriyalarda deyil evlərində dincəlməli olacaqlar. Bir anlıq orta imkanlı adamların bölgələrimizdə necə və hansı şəraitdə dincələ biləcəklərini düşünərək yolumuzun düşdüyü Nabran adlı istirahət zonasında fotogəzintiyə çıxdıq. Dedik, bu yerləri siz də görəsiniz ki, burada dincəlib-dincəlməmək barədə qərarınızı dəqiqləşdirəsiniz.
Nəzərə alsaq ki, Azərbaycanımızın dənizlə meşəsinin birləşən yerindən biri olan Nabranın əhəmiyyətli yer olduğunu nəzərə alsaq artıq bu ərazilərin istirahət mövsümü üçün tam hazır olaçağını güman etməliydik.
Amma hər şey biz düşündüyümüz kimi olmadı.
Yəqin ki, ölkəmizdə turizm sektorunun inkişafını düşünən məmurlar yay vaxtları bahalı ölkələrdən qayıdıb bu ərazilərə baş çəkmək belə istəmirlər. Belə olmasaydı qarşılaşdığımız mənzərələr ürəkağrıdan olmazdı. Sadəcə fotolara baxmaqla məsələnin nə yerdə olduğunu siz də anlayacaqsınız.
Maraqlıdır ki, Mədəniyyət və Turizm Nazirliyinin bu vəziyyətdən xəbəri varmı?

Balıqçılıq fəaliyyətlərini doğru-düzgün davam etdirə bilməyənlər qayıqlarını kiminsə yemək-içmək yerinə çevirilər. Təki pul çıxsın.
C. Abdulla / AZƏRFOTO / AJAŞ
