Author Archive

Media qanunvericiliyinə dəyişikliklər jurnalistlər üçün problem yaradacaq”

Xəbərlər No Comments »

Ələsgər Məmmədli: “KİV haqqında” Qanunun 19-cu maddəsinə əlavə olunan 3 bənd Avropa İnsan Haqları Konvensiyasına ziddir”

 

 

“Media qanunvericiliyinə yeni dəyişikliklər jurnalistlər üçün problem yaradacaq”. Bu barədə tanınmış hüquqşünas Ələsgər Məmmədli AJAŞ Xəbər Xidmətinin əməkdaşı ilə söhbətində bildirib.

Ekspertin sözlərinə görə Konstitusiyanın 32-ci (şəxsi toxunulmazlıq hüququ ilə bağlı) və 50-ci (məlumat azadlığı ilə bağlı) maddələrinə əlavə edilən müddəlar ilk baxışdan normal görünsə də, əslində ciddi məsələdir. Çünki orada yalan informasiyaların yox, ümumiyyətlə şəxsin mənafeyinə zərər vuran informasiyaların təkzib olunmasından söhbət gedir. Read the rest of this entry »

VNŞ Salyan rayonunda mülkiyyətçilərin hüquqlarının bərpasına nail olub

Xəbərlər No Comments »

Artıq zərərçəkənlərə kompensasiyalar ödənilməyə başlayıb

 

Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ) Salyan rayonunun Arbatan kəndində əkinlərinə ziyan dəymiş torpaq mülkiyyətçilərinin hüquqlarının bərpasına nail olub. Bu barədə AJAŞ Xəbər Xidmətinə VNŞ-nin Salyan regional məntəqəsindən bildirilib. Məlumat üçün deyək ki, Salyan rayonunun ərazisindən keçməklə Astaraya qədər yüksək gərginlikli elektrik xəttlərinin çəkilməsi işlərini aparan “Azenco”nun (Azərenrji SC-nın tikinti quraşdırma idarəsidir) fəaliyyəti nəticəsində rayonun Arbatan kəndində 19 nəfər pay torpağı mülkiyyətçilərinin əkinləri yararsız hala düşmüşdü. Buna səbəb ağır tonnajlı yük maşınlarının hərəkəti olub. Lakin zərərçəkənlər dəfələrlə Salyan RİH başçısına və Azərenerji SC-ə müraciət etsələr də dəymiş ziyana görə kompensasiya ala bilmirdilər. Read the rest of this entry »

JURNALİST MÜSABİQƏSI

Müsabiqələr No Comments »

 

Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsi (AJAŞ) ölkə jurnalistləri arasında ən yaxşı araşdırma yazısı üçün müsabiqə elan edir. Müsabiqənin məqsədi ciddi sosial-iqtisadi problemləri işıqlandıran, beynəlxalq jurnalistika standartlarını qoruyan jurnalistləri fəallaşdırmaq, ən yaxşı yazı müəlliflərini dəstəkləmək, ölkə ictimaiyyətini vacib iqtisadi və sosial problemlərlə tanış etməkdir. 

 

Müsabiqədə yalnız “AJAŞ müsabiqəsi üçün” başlığı altında çap və ya elektron KİV-də dərc edilmiş məqalə və ya silsilə yazılar iştirak edir.

Məqalələr aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

 

  1. Mövzular – büdcə vəsaitləri, neft gəlirləri, şəffaflıq və korrupsiya.
  2. Sadə insanların problemləri, milli və ya ictimai maraq kəsb edən məsələlər.
  3. Kənardan deyil, müəllifin şəxsi təşəbbüsü ilə hazırlanmış yazılar. (Başqa sözlə, “sifariş” və ya “kompromat” xarakterli yazılar olmamalıdır. Tanınmış ekspertlərin təşəbbüs və təklifləri əksinə, təqdir olunur)
  4. Sənəd və sübutların, müsahibələrin audioyazılarının olması.
  5. Sənəd və sübut kimi fotoların olması.
  6. Müəllifin şərh və təhlilləri.
  7. Ekspert rəyi.
  8. Reportaj xarakterli yazılarda ən azından ictimaiyyətdən gizlədilən məlumat və halların işıqlandırılması. 
  9. Rəsmi məlumatlara instinad
  10. Peşəkar səviyyə, yazının oxunaqlı, maraqlı olması.

 

Qeyd: Material azı 7 meyara cavab verməlidir. Birinci meyar mütləqdir.

 

Müsabiqə martın 1-dən başlayaraq hər iki həftədən bir müntəzəm keçiriləcək və on ay

müddətində davam edəcək. İşlərin son təhvil müddəti   hər ayın 15-isonuncu günü. Qaliblərin mükafatları:

 

Birinci yer – 150 AZN

İkinci yer – 100 AZN

Üçüncü yer –  50 AZN

 

Qaliblə şəbəkə üzvü olmaq imkanı açılır. Müsabiqəyə təqdim edilən yazılara bu sənədlər əlavə edilməlidir: 1. Ad, soyad və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti); 2. Ev telefonu və ünvan; 3. Iş və mobil telefonu; 4. Elektron ünvan. 

 

Yazılar bu ünvana göndərilməlidir: Akademik Həsən Əliyev küçəsi, 117 A. Baku AZ 1110 .Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi(Açıq Cəmiyyət İnstitutu-YF)
Konvertin üstündə “AJAŞ müsabiqəsi üçün” yazılmalıdır.

Layihənin koordinatoru – Çingiz Sultansoy

Əlaqə telefonu: (050) 312-59-48

Е-mail: sultansoy1@gmail.com 

 

 

ARAŞDIRMAÇI JURNALİSTLƏR BİR ARAYA GƏLDİ

Xəbərlər No Comments »
Fevralın 14-də Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) araşdırmaçı jurnalistlər üçün təlimləri başlayıb. Novxanıda yerləşən Aquapark istirahət kompleksində keçirilən təlim 15 və 22 vefral tarixlərində də davam edəcək.

Təlimlərin məqsədi araşdırmaçı jurnalistləri vətandaş cəmiyyəti və ictimai vəsaitlərin şəffaflığı ilə bağlı məlumatlandırmaqdır.
Təlimlərdə Azadlıq, Bizim yol, Ayna-Zerkalo, Exo qəzetləri, Şəffaflıq jurnalı və başqa KİV vasitələrindən 25-ə dək araşdırmaçı jurnalist və QHT təmsilçiləri iştirak edirlər. Read the rest of this entry »

Araşdırmaçı jurnalistlər şəbəkəsinin fotosərgisi və araşdırmaların təqdimat mərasimi keçirildi

Xəbərlər No Comments »

Dekabrın 2-i Azərbaycan Media Mərkəzində Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) neft gəlirlərin və ictimai büdcə vəsaitlərin səmərəli istifadəsinə aid fotosərgisi və araşdırmaların təqdimat mərasimi keçirilib. Read the rest of this entry »

Su həyatdır yaхud su kimi aхan milyоnlardan həyat quranlar

Xəbərlər No Comments »

“Azərsu” Bakıya su kəməri çəkdirir, dövlət vəsaiti – büdcə pulları hesabına. Bu pullar da ki, Azərbaycanda kolxoz atı kimidir; hərə ondan istədiyi kimi istifadə edir. Çünki böyük layihələrdə mənimsənilən büdcə pullarının hesabı hələ kimsədən soruşulmayıb. Nədənsə bu məsələlər Hesablama Palatasının da diqqətini cəlb etməyib. Biz bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq, bəlkə kimsə isti yay günündə qiymətli vaxtından bir qədər ayırıb büdcə – hər birimizin pulunun necə xərclənməsiylə maraqlandı. Read the rest of this entry »

EVİN TİKİLSİN AY KASIB !?

Araşdırmalar, Fotoaraşdırma No Comments »

Son dövrlər tikinti materiallarının qiymətləri durmadan artır. Bakı tikililərində ən əhəmiyyətli sayılan və Bakı arxitekturasına xüsusi yaraşıq verən mişar daşının isə qiymətinin bahalaşmasına söz ola bilməz. Belə yerdə deyirlər ki, “Ay kasıb evin tikilsin…”.
Azərfoto mişar daşı istehsal olunan yerləri gəzdi. Qaradağ ərazisindəki karxanalarda olanda isə elə də qeyri-adi dəyişikliyin şahidi olmadıq. Yenə də köhnə çöllü-biyaban, tozu göyə sovuran isti külək və burada işləyib ailəsini dolandıran daşdan seçilməyən daş kimi əlləri olan karxana işçiləri. Siz də baxın, görün bu ərazilərdə nə qədər xammal israf olunur. Read the rest of this entry »

NABRANDA İSTİRAHƏT ETMƏMİŞDƏN ÖNCƏ BU ŞƏKİLLƏRƏ BAXIN (FOTOARAŞDIRMA)

Araşdırmalar, Fotoaraşdırma No Comments »

Yay gəldi, istirahət mərkəzləri isə xəncərlərinin önünü də arxasını da itiləyirlər. Yəqin bu il qiymətlər hamını şoka salacaq. İmkanlılar xaricdə, orta imkan sahibləri bölgələrimizdə, imkansızlar isə sovetlər vaxtından fərqli olaraq sanatoriyalarda deyil evlərində dincəlməli olacaqlar. Bir anlıq orta imkanlı adamların bölgələrimizdə necə və hansı şəraitdə dincələ biləcəklərini düşünərək yolumuzun düşdüyü Nabran adlı istirahət zonasında fotogəzintiyə çıxdıq. Dedik, bu yerləri siz də görəsiniz ki, burada dincəlib-dincəlməmək barədə qərarınızı dəqiqləşdirəsiniz. Read the rest of this entry »

Vergini yığa bilməyən hökumət, neftin pullarını səxavətlə xərcləyir

Məqalələr No Comments »

«Sair xərclər»ə və investisiya layihələrinə ayrılan vəsaitlərə dair izahatların verilməməsi şübhələr yaradır

Ekspertlərin narahatlığına səbəb olan başqa bir məqam isə hökumətin vergilər şəklində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda Fondun transfetlərindən gen-bol istifadə etməkdən çəkinməməsidir.

Belə ki, Hesablama Palatasının rəyində göstərildiyi kimi, 2008-ci il yanvarın 1-nə dövlət büdcəsinə çatası 2700 milyon manat hesablanmış vergi borcunun vergi ödəyicilərindən alınması mümkün olmayıb. Hökumətin izahından aydın olur ki, büdcəyə edilən dəyişiklərdə əsas məqsəd yeni büdcə xərcləmələri, xüsusilə dövlət investisiyaları ilə bağlı əlavə imkanlar əldə etməkdir ki, burada da hökumətin sosial-iqtisadi sahədəki siyasəti ilə büdcə siyasəti arasındakı əlaqələndirmənin kifayət qədər təmin olunmaması qabarıq şəkildə üzə çıxır. Read the rest of this entry »

Qara qızıl hasilatçılarının qara kölgəli fəaliyyəti

Araşdırmalar No Comments »

Şəffaflıq təşəbbüsünə qoşulmuş ən aparıcı neft şirkətləri də gəlirlərini açıqlamaq - şəffaf olmaqda «çətinlik çəkir»

bp  Azərbaycanda orta şəffaflıq dərəcəsində, «Exxon –Mobil» isə bundan daha az şəffafdır. Bu, Beynəlxalq İnterneyşnlın (Tİ) apardığı qiymətləndirmənin nəticəsidir. Ümumilikdə, Azərbaycanda şəffaflığın orta səviyyəsinin hansı balla ölçüldüyü açıqlanması da, hər kəsin bu barədə müəyyən təsəvvürləri olmamış deyil.
Read the rest of this entry »