May 03
Bu yaxınlarda mətbuatda Mültimedia mərkəzinə istinadən bələdiyyələrin elektron saytlarin yaradılmasında ehtiyacı olduqları və bu işdə Amerikanın Kautenpart təşkilatının köməyinə baxmayaraq vəsaitin çatmadığı haqqında məlumat yayılmışdır. Bu məsələyə münasibət bildirmək üçün AJAŞ üzvü Elçin Sərdar tanınmış iqtisadiyatçı, İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyyətinin sədri Qubad İbadoqla hökumət neft vəsaitlərini bələdiyyələr haqqında və insanların məlumat əldə etmə imkanlarını artırılmasına yönələn bələdiyyələr üçün saytların yaradılması kimi layihələrə, yoxsa daha çox tikinti və infrastruktur layihələrinə yönəltməlidir sualını verdi. Read the rest of this entry »
May 03
Bu haqda Mədən Sənayəsində Şəffaflıq Təşəbbüsü (EITI) koalisiyasinin əlaqələndiricisi Qubad İbadoğlu Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) əlaqələndirici Elçin Sərdar ilə müsahibədə bildirdi. Dünya Bankı tərəfindən irəli sürülən EİTİ ++ təşəbbüsü pilot qaydada Mavritaniyada və Qvineyada tətbiq olunur. Dünya Bankının bu mədən sənayəsində şəffaflıq ilə bağlı təşəbbüsü dayanaqlı inkişaf və yoxsulluğun azaltması kontekstində mədən sənayələrin fəaliyyətlərinin seffafligini nə dərəcədə əhatə edib? Azərbaycan ilə müqaisədə bizə bu təşəbbüs nə verə bilər? Read the rest of this entry »
May 03
Neftin dünya bazarında qiymətinin 100 dolları aşması 2008-ci ilin dövlət büdcəsində düzəlişlər edilməsini vacib edir. Neftin qiymətinin bahalaşmasından Azərbaycan büdcəsinə əlavə 3 mlr. manat daxil olacaq. May ayında parlament dövlət büdcəsinin gəlir və xərclərin artması ilə əlaqəli müzakirədə hansı məsələlə daha çox diqqət yetirməlidir? Büdcənin artması sıravi vətəndaşlarin sosial durumuna necə təsir göstərə bilər? Bu sualları biz tanınmış iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) idarə heyyətinin sədri, EITI koalisiyasının Əlaqələndiricisi Qubad İbadoqluya ünvanladıq.
Read the rest of this entry »
May 02
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bu gün ATƏT-in üzvü olan ölkələri jurnalistlərə qarşı olan zorakılıqları aradan qaldırmaqla və bu sahədə ciddi məhdudiyyətləri götürməklə mətbuat azadlığını müdafiə etməyə çağırıb.
Read the rest of this entry »
May 01
Dünyanın ən böyük sələmçilərindən olan bank Azərbaycanda korrupsiyalaşmış hökumətin mənafeyinə xidmət edir
Dünya Bankı Azərbaycan üçün yolların təmiri ilə bağlı 300 milyon dollarlıq kredit ayırdığı barədə məlumat açıqlayıb. Məlumatda bildirilir ki, vəsaitlər əsasən Şərq-Qərb və Şimal-Cənub koridorlarının hissəvi təmirinə yönəldiləcək.
Dünya Bankının «səxavəti» bununla yekunlaşmır. Belə ki, əlavə olaraq, Azərbaycanı Rusiya və İranla birləşdirən yolların modernləşdirilməsinə vəsait ayrılacağı bildirilir. Maraqlıdır ki, Dünya Bankı Azərbaycanda yollar üçün vəsait ayırdığı halda, Qırğızıstanın kənd təsərrüfatı sahəsini dəstəkləyir. Belə ki, ölkəmiz üçün «yol xərci»nə (həm də külli miqdarda – müəl.) kredit ayıran DB Qırğızıçtanın kənd təsərrüfatının inkişafı üçün 8 milyon dollarlıq kredit ayırdığını açıqlayıb. Read the rest of this entry »
Apr 30

İcra müddəti başa çatan proqramların nəticələri ilə bağlı yoxlamalara başlanacaq
Hesablama Palatası hələ neft gəlirləri hesabına maliyyələşən layihələrin auditini gələcək iş planlarına salmaq üçün zərurət gözləyir
Azərbaycan hökumətinin korrupsiya hallarına qarşı atdığı addımların bundan idarət olması heç də təəccüb doğurmur. Hesablama Palatasının sədri Heydər Əsədovun KİV-ə verdiyi açıqlamasında bununla bağlı söylədikləri diqqət çəkməyə bilməz. Read the rest of this entry »
Apr 30
Azad İqtisadiyyata Yardım Birliyinin sorğusunu cavablandırmaq üçün nazirliyə bir həftə vaxt verildi
Bu gun Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin Nəqliyyat Nazirliyinə qarşı iddia tələbinə (vəzifəli şəxsin hərəkətsizliyinə) dair hazırlıq iclası keçirilib.
İddiaya səbəb Nəqliyyat Nazirliyinin AİYİB-in müvafiq informasiya sorğusuna cavab verməməsidir.
İclas zamanı cavabdeh tərəfin - Nəqliyyat Nazirliyinin nümayəndəsi Mübariz Hüseynov sorğunun onlara çatmadığını deyib. Bildirib ki, əgər müvafiq sorğu onlara yenidən təqdim edilərsə cavablandırmağa hazırdırlar. AİYİB-in nümayəndəsi sorğunu məhkəmə iclasındaca cavabdeh tərəfə təqdim edib. Məhkəmə sorğunu cavablandırmaq üçün Nəqliyyat Nazirliyinə 7 gün vaxt verib. Məhkəmə baxışı 8 may saat 10.30-a təyin olunub.
Azad İqtisadiyyata Yardım İctimai Birliyi
Apr 28
Nərimanov rayonu ərazisindən keçən neftdaşıyan qatarların gur səsi hər gün dəfələrlə sakinləri narahat edir.
Filmə baxın özünüz hər şeyin şahidi olacaqsınız.
Apr 26
Aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası “Heft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda dəyirmi masa keçirib. Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu tədbirin məqsədi barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Heft Fondunun (ARDHF) aktivləri ötən ilin avqust ayı ilə müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-nə 3,335 milyon dollaradək artıb. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olub: “Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiqlənsə də, bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Bütün bunlar Fonda ictimai marağı artırır və vəsaitlərin xərclənməsinə nəzarəti zəruri edir”. Q.İbadoğlu fondun vəsaitlərinin yerləşdirilməsi istiqamətləri ilə bağlı bəzi narahatlıqların hələ də qaldığını dedi: “Dəyirmi masanın keçirilməsində məqsəd bu narahatlıqlara aydınlıq gətirilməsidir, amma təəssüf ki, cavab almaq istədiyimiz rəsmi qurumların nümayəndələri gördüyünüz kimi dəvətimizi qəbul edib tədbirə gəlməyiblər”.
Read the rest of this entry »
Apr 25
Üç yazar Helman/Hammett mükafatına layiq görülüb
(Nyu York, 24 Aprel 2008) – Hyuman Rayts Vatç bu gün açıqlama yayıb ki, Azərbaycanda üç yazar siyasi təqiblərə və həbslərə məhəl qoymayıb öz işlərində dəyanət göstərdiklərinə (inadla çalışdıqlarına) görə təltif olunublar.
“Realnıy Azerrbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev; gündəlik “Azadlıq” qəzetinin yazarı Mirzə Sakit; həmin qəzetin baş redaktoru Qənimət Zahidov jurnalist fəaliyyətlərinə görə 2008-ci ilin aprel ayında 24-da Helman/Hammett mükafatına layiq görülüblər.
Read the rest of this entry »