Neftin qiymətinin düşməsindən Azərbaycan və ABƏŞ gündəlik 10 miyon dollar vəsait itirir
Xəbərlər No Comments »Azərbaycan təkcə gündəlik 4 milyon dollar vəsait itirir
Son günlər neftin dünya bazar qiymətində kəskin azalmalar müşahidə olunur.Təbii ki, Azərbaycan neft ölkəsi olduğu və büdcəsinin təxminən 65 faizinin neftdən gələn gəlir hesabına formalşdığı üçün dünyada baş verən proseslər də ölkə ictimaiyyəti üçün mühüm əhəmiyyət kəs edir. Bu baxımdan da dünya bazarında neftin qiymətinin ucuzlaşması nəticəsində ölkəyə dəyən ziyanın həcmini araşdırmaq, eləcə də neftin qiymətin yenidən düşmə səbəblərini ictimaiyyətin diqqətinin çatdırmaq üçün İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova müraciət etdik.
-Vüqar bəy, neftin qiymətinin son günlər 12-13 dollar ucuzlaşması ölkəyə gündəlik nə qədər ziyan deməkdir?
- Bütövlükdə, Azərbaycan BTC neft kəməri ilə gündəlik 1 milyon barelə yaxln neft ixrac edirdi. Ancaq qlobal maliyyə böharanı başlayandan bəri ixrac olunan neftin həcmində müəyyən qədər azalmalar var. Bir milyon barel neftin ixrac edilməsi nəticəsində əldə olunan vəsait Azərbaycana, eyni zamanda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olurdu. 1 milyon barelin neftin satışından əldə olunan vəsait o deməkdir ki, neftin qiyməti 70 dollar olanda bir milyon barel neftin satışından Azərbaycanın büdcəsinin, eyni zamanda ABƏŞ-in gündəlik gəliri 70 milyon dollar idi. Söhbət ABƏŞ-in və Azərbaycanın bütövlükdə gəlirindən gedir. Ancaq onun təxminən 25 miyon dolları Azərbaycanın payına düşür. O cümlədən ARDNŞ və ADNF-nun payına düşür. Neftin qiymətinin 70 dollardan 60 dollara düşməsi o deməkdir ki, Azərbaycanın BTC neft kəməri ilə ixrac etdiyi neftin satışından Azərbaycan və ABƏŞ-nin gündəlik gəliri 70 milyon dollardan 60 milyon dollara qədər azalıb. Faktiki olaraq Azərbaycan və ABƏŞ neftin qiymətinin aşağı düşməsindən gündəlik olaraq 10 miyon dollara yaxın vəsait itirir. Ancaq hasilatın pay bölgüsünü nəzər alsaq, neftin dünya bazar qiymətinin aşağı düşməsindən Azərbaycanın itirdiyi vəsait gündəlik olaraq 4 milyon dollara yaxındır. Read the rest of this entry »
