Apr 30

İcra müddəti başa çatan proqramların nəticələri ilə bağlı yoxlamalara başlanacaq
Hesablama Palatası hələ neft gəlirləri hesabına maliyyələşən layihələrin auditini gələcək iş planlarına salmaq üçün zərurət gözləyir
Azərbaycan hökumətinin korrupsiya hallarına qarşı atdığı addımların bundan idarət olması heç də təəccüb doğurmur. Hesablama Palatasının sədri Heydər Əsədovun KİV-ə verdiyi açıqlamasında bununla bağlı söylədikləri diqqət çəkməyə bilməz. Read the rest of this entry »
Apr 28
Nərimanov rayonu ərazisindən keçən neftdaşıyan qatarların gur səsi hər gün dəfələrlə sakinləri narahat edir.
Filmə baxın özünüz hər şeyin şahidi olacaqsınız.
Apr 26
Aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası “Heft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda dəyirmi masa keçirib. Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu tədbirin məqsədi barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Heft Fondunun (ARDHF) aktivləri ötən ilin avqust ayı ilə müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-nə 3,335 milyon dollaradək artıb. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olub: “Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiqlənsə də, bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Bütün bunlar Fonda ictimai marağı artırır və vəsaitlərin xərclənməsinə nəzarəti zəruri edir”. Q.İbadoğlu fondun vəsaitlərinin yerləşdirilməsi istiqamətləri ilə bağlı bəzi narahatlıqların hələ də qaldığını dedi: “Dəyirmi masanın keçirilməsində məqsəd bu narahatlıqlara aydınlıq gətirilməsidir, amma təəssüf ki, cavab almaq istədiyimiz rəsmi qurumların nümayəndələri gördüyünüz kimi dəvətimizi qəbul edib tədbirə gəlməyiblər”.
Read the rest of this entry »
Apr 18
“Günbəgün qiymətlər qalxır. Turba (BTC nəzərdə tutulur – A.O) işə düşəndən vəziyyət bir az da gərginləşib. Dünyada neft od qiymətinə satılır, bizim neftimiz ola-ola biz batırıq. Televiziyada deyirlər neftdən belə pul gəlir, xarici şirkətlər ölkəyə belə pul qoyur – elə pul qoyur, hamısı fırıldaqdır. Əliyevin (Heydər Əliyev – A.O) vaxtı bundan yaxşıydı”- bu Bakıda yaşayan 54 yaşlı taksi sürücüsü Adil Quliyevin fikirləri olsa da, ölkə iqtisadiyyatında ciddi fırıldaqların olması faktlarla təsdiqlənir.
Read the rest of this entry »