Archive for the 'Məqalələr' Category

Büdcə dəyişiklikləri seçkiyə hesablanıb

Məqalələr No Comments »

Şübhəli «sair xərclər»ə ayrılan vəsaitlər iki dəfə artıb, hansı ki, o dolayısıyla hökumətin seçki kampaniyasına yönəldiləcək

2008-ci il büdcəsinə dəyişikliklər və əlavələr edildi. Xatırlayırsınızsa ekspertlər büdcə layihəsinin özü müzakirə olunan zaman xeyli narazılıq bldirmişdilər.

Büdcə vəsaitləri ilə bağlı daimi müşahidə və araşdırmalar aparın, büdcə ilə bağlı bütün məqamlara ictimaiyyətin fikrini əks etdirən Milli Büdcə Qrupu (MBQ) «Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununa rəyini açıqlayıb. Qrupun ekspertləri hər zaman olduğu kimi, büdcə vəsaitləri ilə bağlı kifayət qədər bədxərc mövqedə duran hökumətdən daha pessimist ruhdadırlar. Read the rest of this entry »

Vergini yığa bilməyən hökumət, neftin pullarını səxavətlə xərcləyir

Məqalələr No Comments »

«Sair xərclər»ə və investisiya layihələrinə ayrılan vəsaitlərə dair izahatların verilməməsi şübhələr yaradır

Ekspertlərin narahatlığına səbəb olan başqa bir məqam isə hökumətin vergilər şəklində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda Fondun transfetlərindən gen-bol istifadə etməkdən çəkinməməsidir.

Belə ki, Hesablama Palatasının rəyində göstərildiyi kimi, 2008-ci il yanvarın 1-nə dövlət büdcəsinə çatası 2700 milyon manat hesablanmış vergi borcunun vergi ödəyicilərindən alınması mümkün olmayıb. Hökumətin izahından aydın olur ki, büdcəyə edilən dəyişiklərdə əsas məqsəd yeni büdcə xərcləmələri, xüsusilə dövlət investisiyaları ilə bağlı əlavə imkanlar əldə etməkdir ki, burada da hökumətin sosial-iqtisadi sahədəki siyasəti ilə büdcə siyasəti arasındakı əlaqələndirmənin kifayət qədər təmin olunmaması qabarıq şəkildə üzə çıxır. Read the rest of this entry »