Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin avqust ayı ilə müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-ə 3,335 milyon dollaradək artmışdır. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olmuşdur. Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiq edilsə də bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Neftin dünya bazar qiymətinin yüksəlməsi fondun gəlirlərinin artmasına imkan yaradıb. Bununla belə, hələ də fondun vəsaitlərinin yerləşdirilməsi istiqamətləri ilə bağlı bəzi narahatçılıqlar qalmaqdadır.
Read the rest of this entry »