Haqqımızda
Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsi (AJAŞ) peşəkar araşdırma jurnalistikasının inkişafı, ictimai vəsaitlərlə bağlı şəffaflığının təmin olunmasında cəmiyyətə beynəlxalq təcrübəyə əsaslanaraq düzgün və obyektiv jurnalist tədqiqatları vasitəsi ilə kömək göstərmək məqsədi ilə yaranıb.
2007 ilin sentyabr ayının 5-də Şəbəkənin yaradılmasının təşəbbüskarları peşəkar və təcrübəli tədqiqatçı jurnalistlər: Ceyhun Abdulla, Hicran Həmidova, Şəhla Əbusəttar, Anar Orucov, Çingiz Sultansoy, Səbuhi Qafarov, Asəf Quliyev, Elçin Sərdar öz aralarında Memorandum izlalayıblar.
Şəbəkə üzvlərinin peşəkar jurnalistika, jurnalist araşdırmaları və vətəndaş cəmiyyətinin inkişafı mövzularında müxləlif layihələrin idarəedilməsi sahəsində böyük təcrübələri var. Yaranan andan Şəbəkə 21 İdarə Heyyətinin Yığıncağını keçirib, yerli və beynəlxalq mətbuatda AJAŞ-ın yaranması haqqında məlumatlar yayılıb. AJAŞ-ın İH üzvləri Şəbəkənin etik kodeksi və daxili qaydalı işləyib hazırlayıblar. AJAŞ-ın ümümi layihəsinin bir hissəsi olan təlim komponenti hazırlanıb və ACİ - Azərbaycan Yardım Fondu tərəfindən dəstəklənib. 8 AJAŞ - üzvü və 7 müsabiqə yolu ilə seçilmiş jurnalist Holland Jurnalisika Məktəbində araşdırıcı jurnalistikanın əsasları haqqında biliklərini artırıb və kiçik qruplarda seçdikləri və təsdiq edildiyi mövzular ətrafında araşdırmaları aparıblar.
Təlimləri Holland jurnalistika Məktəbində Bakı Dövlət Universitetinin peşəkar təlimatçıları aparırdılar. Təlimlərə iqstisadi, hüquqi, siyasi, media və s. məsələlər üzrə yerli və beynəlxalq ekspertlər cəlb olunmuşlar. Araşdırıcı jurnalistlərə Açıq Cəmiyyət İnstitutu – Azərbaycan tərəfindən dəstəklənən Milli Büdcə qrupunun və EITI haqqında məlumat almaq imkanları yaradılmışdır. Həmçinin təlim iştirakçıları təhqiqatları apararkən statistika və məlumat bazalarından, müvafiq kompyuter proqramlarından istifadə etməyi öyrənirdilər. Təlimin nəzəri hissəsində proqram iştirakçıları yerli və beynəlxalq təlim vəsaitləri ilə tanış olunmuşdurlar. Müxtəlif məşgələlərlə, interaktiv diskussiyalar ilə zənqin olan təlimin nəzəri hissəsi 1 ay davam etdi. Nəzəri hissədən sonra müxtəlif kiçik təhqiqatçı qruplarda praktiki işlər başladı. Təhqiqatçılar cəmiyyətin aktual olan problemlərin təhqiqi üzrə Bakıda və ətraf rayonlarla araşdırma işlərinə başladı.
Keçirilən təlimlər AJAŞ-ın idarə heyyətinin təlimdə iştirak edən yeni, qənc araşdırıcı jurnalistlər ilə araşdırıcı jurnalistika sahəsində bilgiləri artırmaqda, həmçinin iş birliyi yaradmaqda və həqiqi tərəfdaşlığı inkişaf etməkdə köməklik edib.
Araşdırıcı jurnalistlər tərəfindən şəffaflıqla bağlı sosial sektorda (əllillərin sosial təminatı, prenatal diaqnostika), nəqliyyatda, ekologiya sahəsində (Balaxanının neftlə çirklənmiş ərazilərin qanunsuz satılması və insan sağlamlığına təsiri), əlil və digər hərbiçilərin sosial təminatı, xarici – ofşor şirkətlərin Azərbaycanda fəaliyyəti ilə bağlı araşdırmalar aparılmışdır. Jurnalistika məktəbində hazırlanmış araşdırmalar «Zerkalo», «Ayna», «Bizim yol», «Azadlıq» və «Gün xəbər» qəzetlərində, həmçinin bir neçə İnternet saytlarında dərc olunmuşdur. Səhiyyə və ekologiya ilə bağlı araşdırmalar Respublika Səhiyyə nazirliyinin, Dünya Bankınin, Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin, həmçinin Vətəndaş Nəzarət Şəbəkəsinin böyük maraqına səbəb olmuşdur. Bu təşkilatlar ilə görüşlər keçirilmiş və araşdırmalar ilə bağlı fikir mübadiləsi aparılmış və bir neçə araşdırmalar təşkilatların saytlarında yerləşdirildi.
AJAŞ-ın İdarə Heyyəti 2007 - 2008 illər üçün Şəbəkənin Fəaliyyət Planının işləyib hazırlayıblar və bu fəaliyyət planı ACİ - Azərbaycan Yardım Fondu tərəfindən dəstəklənib. Jurnalist məktəbində iştirak elən gənc araşdırıcı jurnalistlər hazırda AJAŞ – ın fəaliyyət planına uyğun olaraq Şəbəkənin İdarə Heyyətinin üzvləri ilə birgə iştirak edirlər.
AJAŞ-ın İdarə Heyyətinin üzvləri Vətəndaş Nəzarət Şəbəkəsi, Milli Büdcə Qrupu və Mədən Sənayəsində Şəffaflıq Təşəbbüsü Koalisiyası ilə tərafdaşlığını inkişaf etməkdədirlər, onların təşkil etdiyi müxtəlif konfranslarda və seminarlarda iştirak edirlər, məqalələr və təhlil materialları hazırlayırlar.
Fevral ayında Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsinın İdarə Heyyətinin üzvu və əlaqələndiricisi Elçin Sərdar, AJAŞ İdarə Heyyətinin üzvləri Şəhla Abüsəttar və Çinqiz Sultansoy Milli Büdcə Qrupu ilə əlaqələrin inkişafına dair ACİ - Azərbaycan Yardım Fondunun Şəffaflıq proqramının rəhbəri Fidan Nəcəfova və MBQ-nin ekspertləri Azər Mextiyev və Zöhrab İsmayilovla məsləhətləşmələr aparmışlar.
AJAŞ – ın əlaqələndiricisi Elçin Sərdar və AJAŞ İdarə Heyyətinin üzvləri Anar Orucov və Asef Quliyev Vətəndaş Nəzarət Şəbəkəsi (VNŞ) ilə əlaqələrin inkişafına dair VNŞ-nin Əlaqələndiricisi Esmira Asadullayeva ilə məsləhətləşmələr aparmışlar.
Mart ayında AJAŞ – ın əlaqələndiricisi Elçin Sərdar, AJAŞ İdarə Heyyətinin üzvü Hicran Həmidova və AJAŞ üzvü Rovşan Hacılı Mədən Sənayəsində Şəffaflıq Təşəbbüsü Koalisiyasının Əlaqələndiricisi Qubad İbadoğlu ilə məsləhətləşmələr aparmışlar.
AJAŞ-ın İdarə Heyyəti ACİ – Budapeşt Şəbəkəsinin Media proqramının üzvləri Bitcana Tatomir və Piter Nurlander ilə görüşüblər.
AJAŞ-ın fəaliyyəti haqqında məlumat bu günlərdə Revenue Watch Institutunun proqramm əlaqələndiricisi Morqan Mandeville ilə görüşdə AJAŞ-ın əlaqələndirisi tərəfindən nümaiş edilmiş təqdimatda verilmişdir.
Martın 12-də AJAŞ İdarə heyyətinin üzvləri Ukrayna Açıq Cəmiyyət İnstitutunun və Beynəlxalq Dirçəliş Fondunun əməkdaşları ilə görüş keçirmişlər. Görüşdə Ukrayna araşdırmaçılarına Azərbaycanda araşdırıcı jurnalistlər şəbəkəsinin yaradılması və fəaliyyəti haqqında məlumat verildi. Ukraynadan olan həmkarlar bu sahədə orda aparılan fərdi araşdırmalar haqqında məlumat verdilər. Azərbaycanda araşdırıcı jurnalistlərin Şəbəkədə fəaliyyət göstərməsi Ukrayna araşdırıcıların müsbət təcrübə mübadiləsi baxımından maraqlandırdı.
AJAŞ – ın İdarə Heyyətinin üzvləri Anar Orucov və Ceyxun Abdulla bu ilin noyabr ayında Macarıstanda Müstəqil Jurnalistika Mərkəzi tərəfindən «Avropada araşdırıcı jurnalistika» mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
AJAŞ İdarə Heyyətinin üzvləri: Elçin Sərdar və Anar Orucov Beynəlxalq Jurnalistika Mərkəzinin təhqiqatçı jurnalistika və elm, ekologiya üzrə təlim proqramları ilə əlaqələri inkişaf ediblər; Səbuhi Qafarov demokratiya məsələrinə aid yazan jurnalistlər üçün Fridrix Nauman Fondunun təlim proqramı ilə əlaqələr qurub; Çinqiz Sultansoy Polşada jurnalist proqramları ilə əlaqələri qurub.
Hazırda AJAŞ ACİ – Azərbaycan-ın şəffaflıq və media proqramı ilə tərafdaşlıqda müxtəlif donor təşkilatlar və Avropanın demokratik institutları ilə əlaqələri inkişaf edir.
