Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsi (AJAŞ) ölkə jurnalistləri arasında ən yaxşı araşdırma yazısı üçün müsabiqə elan edir. Müsabiqənin məqsədi ciddi sosial-iqtisadi problemləri işıqlandıran, beynəlxalq jurnalistika standartlarını qoruyan jurnalistləri fəallaşdırmaq, ən yaxşı yazı müəlliflərini dəstəkləmək, ölkə ictimaiyyətini vacib iqtisadi və sosial problemlərlə tanış etməkdir. 

 

Müsabiqədə yalnız “AJAŞ müsabiqəsi üçün” başlığı altında çap və ya elektron KİV-də dərc edilmiş məqalə və ya silsilə yazılar iştirak edir.

Məqalələr aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

 

  1. Mövzular – büdcə vəsaitləri, neft gəlirləri, şəffaflıq və korrupsiya.
  2. Sadə insanların problemləri, milli və ya ictimai maraq kəsb edən məsələlər.
  3. Kənardan deyil, müəllifin şəxsi təşəbbüsü ilə hazırlanmış yazılar. (Başqa sözlə, “sifariş” və ya “kompromat” xarakterli yazılar olmamalıdır. Tanınmış ekspertlərin təşəbbüs və təklifləri əksinə, təqdir olunur)
  4. Sənəd və sübutların, müsahibələrin audioyazılarının olması.
  5. Sənəd və sübut kimi fotoların olması.
  6. Müəllifin şərh və təhlilləri.
  7. Ekspert rəyi.
  8. Reportaj xarakterli yazılarda ən azından ictimaiyyətdən gizlədilən məlumat və halların işıqlandırılması. 
  9. Rəsmi məlumatlara instinad
  10. Peşəkar səviyyə, yazının oxunaqlı, maraqlı olması.

 

Qeyd: Material azı 7 meyara cavab verməlidir. Birinci meyar mütləqdir.

 

Müsabiqə martın 1-dən başlayaraq hər iki həftədən bir müntəzəm keçiriləcək və on ay

müddətində davam edəcək. İşlərin son təhvil müddəti   hər ayın 15-isonuncu günü. Qaliblərin mükafatları:

 

Birinci yer – 150 AZN

İkinci yer – 100 AZN

Üçüncü yer –  50 AZN

 

Qaliblə şəbəkə üzvü olmaq imkanı açılır. Müsabiqəyə təqdim edilən yazılara bu sənədlər əlavə edilməlidir: 1. Ad, soyad və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti); 2. Ev telefonu və ünvan; 3. Iş və mobil telefonu; 4. Elektron ünvan. 

 

Yazılar bu ünvana göndərilməlidir: Akademik Həsən Əliyev küçəsi, 117 A. Baku AZ 1110 .Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi(Açıq Cəmiyyət İnstitutu-YF)
Konvertin üstündə “AJAŞ müsabiqəsi üçün” yazılmalıdır.

Layihənin koordinatoru – Çingiz Sultansoy

Əlaqə telefonu: (050) 312-59-48

Е-mail: sultansoy1@gmail.com