“Apardığımız təhlillər deməyə əsas verir ki, bütövlükdə ölkədə alıcılıq qabiliyyəti aşağı düşüb. Eləcə də ticarət şəbəkələrində dövriyyə azalmaqda davam edir. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirb.

Onun sözlərinə görə, ticarət şəbəkələrində dövriyyənin azalması əhalinin alıcılıq qabiliyyətinin aşağı düçməsi ilə əlaqədardır: “Ölkədə iş yerlərinin azalması prosesi davam edir. Əsasən metallurgiya və kimya sənayesində qlobal malyyə böhranının təsirindən üzünmüddətli məzuniyyətə göndərilənlərin sayı çoxalıb. Hesab edirəm ki, bunun əsas səbəblərindən biri hökumətin düzgün olmayan qiymət siyasətidir. Bir çox neft-kimya müəssisələri daxili bazarda xam neft alıb emal edərək dünya bazarına çıxarırdı. Dünya bazar qiymətinin ucuzlaşmasına baxmayaraq, hökumət qiymət siyasətində heç bir dəyişiklik aparmadı. Xam neftin qiyməti dünya bazarında emal olunmuş neftin qiymətindən baha olduğundan xam nefti alıb emal erməkdə maraqlı olmadılar. Ona görə də bir çox şirkətlər satış bazarlarını itirdilər. Bu da ona gətirib çıxartdı ki, son nəticədə həmin müəssisələr fəaliyyətlərini dayandırdı”.

Q. İbadoğlu qeyd edib ki, iyun ayında neftin qiymətinin qalxması bağlanmış zavodların işə düşməsinə stimul verib: “Ancaq son günlər neftin qiymətinin düşməsi müşahidə olunur. Neftin dünya bazar qiymətinin düşmə tendensiyası davamlı xarakter daşıyarsa, həmin şirkətlər yenidən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar”.

Ekspert hesab edir ki, yalnız metallurgiya və kimya sənayesində deyil, digər sektorlarda da qlobal maliyyə böhranı səbəbindən iş yerlərinin itirilməsi  və əmək haqqının vaxtında verilməməsi problemi var: “Məlumata görə, infrastruktur xidmətləri ilə məşğul olan dövlət orqanlarında, o cümlədən əhaliyə qaz, su, işıq təhcizatı ilə məşğul olan dövlət orqanlarında aylarla əməkhaqqı verilmir. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Proses biznesə də neqativ təsir edib. Əmək haqqı səviyyəsi bəzi biznes dairələrində də aşağı salınıb”.

Q.İbadoğlunun fikrincə, qiymət ucuzlaşmasına təsir edən amillərdən biri də dünya bazarlarında gedən proseslər nəticəsində Azərbycana idxal olunan məhsilların həddindən artıq çox olmasıdır: “Aqrar bazara diqqət yetirsək, görərik ki, idxal mallarının ucuz olması səbəbindən yerli məhsulları satmaq problemi yaranıb. Cari ilin 5 aylıq statistikasına görə Azərbaycana ərzaq idxalı əvvəlki illərlə müqayisədə sürətlə artıb. Xüsusilə də un idxalı 11 dəfə artıb. Eyni zamanda taxıl idxalında da artım var. Bu artımlar son nəticədə daxili bazarda qiymətlərin səviyyəsinin azalmasına təsir göstərib. Eyni zamanda daxili bazarda məhsulların reallaşdırılması problemi yaranıb. Məhsulların reallaşdırılması problemi də alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Məhsulunu sata bilməyən fermer gəlirlərə malik olmadığına, lazım olan xərcləri ödəyə bilmədiyinə görə bu xərclərin ödənilməsi prosesi də azalıb”.

Q.İbadoğlu həmçinin ehtiyat həddinin, pensiyaların, işsizliyə görə müavinətin minimal səviyyəsini qaldırılmamasından gileylənib: “Ötən il işzizliyə görə verilən minimum məbləğ 24 manat idi. Bu məbləğ çox azdır. Proqnozlara görə bu il 40 manata çatdırılmalıdır. Hətta 40 manat olsa da azdır. Ehtiyat həddi isə 60 manatdır. Heç olmasa, keçən il elektrik enerjisinin ödənişi ilə əlaqədar 5 manat artırılmışdı. Amma qazın artımımdan sonra heç bu barədə danışan da yoxdur. Baxmayraq ki, qazın qiyməti bahalaşandan sonra hesab edirdik ki, ilin ikinci yarısında bəzi ninimal səviyyəli ödənişlərdə dəyişilik olacaq. Hələlik heç bir dəyişiklik yoxdur”.