Zərərçəkmiş: “Texnika Bankın Bakı flialının müdiri Zal Yusifov  8 milyon dollar mənimsəyib”

 

Bu gün Azərbaycan Media Mərkəzində Texnika Bankdan əmanətlərini geri ala bilməyən şəxslər mətbuat konfransı keçirib. Mətbuat konfransında zərərçəkmiş Səadət İmranova, Məcid Məmməmədov və vəkil Qurban Pirməmədov çıxış edib

Konfransda Q. Pirməmədov özünü Qurbanov Mehrac, Mədətov Elşən, Rzayev  İlham və Rzayev Nail adlı şəxslərin vəkili kimi təqdim edərək bildirib ki, bu adamlar Texnika Bankın Bakı flialına  əmanət müqaviləsi əsasında pul qoyublar: “Müqavilə qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunub, hər iki tərəf onu imzalayıb. Bunun əsasında da mədaxil qəbzləri verilib, eyni zamanda onlara əmanət kitabçaları da verilib. Lakin sonradan bank müxtəlif bəhanələrlə pulları qaytarmaqdan imtina edib. Ona görə də biz məhkəmə iddiası qaldırmışıq. Nərimanov rayon məhkəməsinin qətnamələri əsasında  onların iddia tələbi təmin olunub və pulun faiz hissəsi olmasa da əsas hissəsinin vətəndaşlara qaytarılmasına qərar verilib. Lakin bank bu qərardan apeliyasiya şikayəti verib. Apeliyasiya məhkəməsində  isə qarşı tərəf MTN-də istintaq getdiyi üçün xahiş edib ki,  istintaq qurtarana qədər iş dayandırılsın. Apeliyasiya məhkəməsi də qanunsuz bir qərar qəbul edərək MTN-də istintaq getdiyi üçün işin icrasını dayandırdı. Bundan sonra biz apeliyasiya məhkəməsinin qərarından ali məhkəməyə kasasiya şikayəti verdik. Hazırda həmin kasasiya şikayətləri ali məhkəmənin icraatındadır. Indi biz bunun sonunu gözləyirik”.

Vəkil həmçinin müqavilədə göstərilən illik 12 faizin bu şəxslərin indiyə kimi heç birinə verilmədiyini də diqqətə çatdırıb.

Zərərçəkmiş Sədaət İmranova isə bankın 28 nəfərə 8 milyon dollar borcu olduğunu bildirib. O, həmçinin özünün banka qoyduğu pulun miqdarının 824 min 800 dollar olduğunu deyib. Həmçinin zərərçəkmiş dəfələrlə MTN-ə dəvət olunduqlarını və onlara orda deyilənləri diqqətə çatdırıb: “Zal Yusifovun camaatdan mənimsədiyi pulun miqdarı 8 milyon dollardır. Ancaq onun 1.6 dəfə çox əmlakı müsadirə olunub. Bunu satıb sizə verəcəyik”.

Zərərçəkmişin sözlərinə görə 11 aydır ki, 613 nömrəli cinayət işinin istintaqı davam edir: “Ancaq işi uzadıb pulların verilməsinə əngəl yaradırlar. MTN-nin əməkdaşları əvvəl bizdən xahiş edirdilər ki, biz bankdan yox, Zal Yusifovdan pulumuzu tələb edək. Ancaq biz pulumuzu bankdan tələb edirik. Çünki bankın müdiri hər kim olsaydı, biz pulu ona verəcəkdik”.

Zərərçəkmiş qeyd edib ki, bank fərdi təşkilat deyil, Bakı filialı Texnika Bankın bir qoludur. Buna görə Texnikabank cavabdehlik daşıyır. Texnika banka görə isə Mərkəzi Bank cavabdehlik daşıyır: “Tutaq ki, Zal Yusifova bu pulları mənimsədiyi üçün15 il iş verdilər. Belə olan halda əmanətçilərin pulu batmalıdır? Əgər elədirsə, MB hərəmizə bir lisenziya versin. Vahid bank kimi pulları yığıb qaçaq. Sonra da kimisə tutdurub, 1-2 il iş verib camaatın 8 milyon dollarını yesinlər. Heç bir bank bir əmanətçidə 10 manatını batırmır. Niyə əmanəçilər 8 milyon dolları batırmalıdır? Bu respublikada bizi dinləyən adam yoxdur”.

Zərərşəkmiş bunların arxasında oliqarxların, dövlət məmurlarının durduğunu və onların bir qrup hakim və müstəntiqlə birləşib əmanətçilərin pulunu mənimsəməyə çalışıdıqlarını vurğulayıb: “Bizi hədələyirlər ki, bu bankın arxasında MTN durur, “Hakim ailədən” kimsə durur. Bizi hədələyən Texnika Bankın məşvərət şurasının sədri Etibar Əliyevdir. Ancaq ola bilsin ki, bank adi təsisçilərindir. O, zərərçəkmişləri oliqarxların adı ilə çəkindirir. Biz də bundan çəkinirik. Ancaq MTN-nin əməkdaşları deyir ki, bu pul sizə verilməlidir. Biz çalışırıq ki, Zal Yusifovun əmlakını satıb pulları sizə verək”.

Zərərçəkmiş Texnika Bankın digər bir qurbanı olduğunu da qeyd deyib: “Mənimm tanıdığım bir şəxsin Texnika Bankdan götürdüyü 70 min dollar pula görə 350 min dollar dəyərində obyektini müsadirə edib 70 min dollara satdırdılar”.

Zərərçəkmişin sözlərinə görə 512 milyon manat dövriyyəsi olan Texnika Bank bu gün 10 faiz şapka ilə işləyir: “İllik 26-28 faizlə əhaliyə pul verir. Amma əslində bu 34-36 faizə çıxır”.

Zərəşəkmişin fikrincə, bank haqqında qanuna görə bankların 10 faiz depoziti MB-ın ixtiyarındadır: “Ona görə də MB zərərçəkmişlərin 8 milyon dollarını ödəməlidir. Heç faizlərdən söhbət belə getmir. Bizə deyirlər ki, faiz sözünü dilinizə almayın”.

Konfransda həmçinin zərərçəkmiş Məcid  Məmmədəv çıxış edərək  keçən il aprelin 17-də 100 min manat Texnika Banka pul qoyduğunu bildirb. O, bu pulların geri qaytarılamsına inanmadığını da deyib.