“Eknometrik  modellərdən istifadə etməklə bir neft dollarının istifadəsinin belə səmərəliliyi müyyənləşəcək”. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar bayramov AJAŞ Xəbərin müxbiri ilə söhbətində bildirib.

İSİM rəhbəri qeyd edib ki, Asiya İnkişaf Bankının (AİB) CAREC proqramı çərçivəsində həyata keçirdikləri Azərbaycanın iqtisadi inkişaf modeli neft gəlirlərinin daha səmərəli istifadə edilməsinə imkan yaradacaq: Resursların idarə edilməsi üzərində qurulan bir model olmasına baxmayaraq, hansı sektorlara neft gəlirlərinin yönəldilməsinin daha çox  səmərəliliyi və sektorlar üzrə neft gəlirlərinin xərclənməsi nisbəti necə olmalıdır amilləri modeldə tətbiq olunacaq. Dövlət büdcəsinin üçdə ikisindən, eləcə də ÜDM-un 60 faizindən çoxunun neft sektorunun payına düşməsi baxımından neft gəlirlərinin istifadə edilməsi ilə bağlı hazırlanan model makroiqtisadi modeldir. Çünki neft gəlirləri Azərbaycan iqtisadiyyatında makroiqtisadi təsirlərə malikdir”.

V. Bayramovun sözlərinə görə, modeldə indiyədək Azərbycanda tətbiq edilən təkliflər paketi və ya vəziyyətin qiymətləndirilməsi kimi daha çox istifadə edilən yanaşmalardan deyil, daha çox eknometrik  və riyazi metodlardan istifadə olunacaq: “O baxımdan CAREC proqramı çərçivəsində razılılaşdırmışıq ki, modelin hazırlanmasına ABŞ-nın Harvard, Böyük Britaniyanın Oksford universitetlərini cəlb edəcəyik. Böyük Britaniyanın Kembric, Belçikanın Fri, və Avstralyanın Nyukasi universitetləri ilə də əməkdaşlıq etmək imkanlarımız var. Amma biz düşünürük ki, məhz Harvard və Oksfordun makroiqtisadi modelləşdirmə sahəsində təcrübəsi daha böyük olduğundan  proqram çərçivəsində modelin hazırlanması ilə bağlı həmin universitetlər ilə əməkdaşlıq edək”

Ekspert, modelin Azərbycan hökumətinə və beynəlxalq maliyyə qurumlarına təqdim olunacağını deyib: “Güman edirik ki, həmin universitetlərin ekspertləri tərəfindən əsasandırılmış həm makroiqtisadi, həm də riyazi bir model hazırlamaq mümükün olacaq. Məhz bu modelin tətbiq edilməsi ilə Azərbaycanda neft gəlirlərinin səmərəli bölüşdürülməsinə imkan yarana bilər. Model makroiqtisadi model olduğu üçün iqtisadiyyatın bütün sektorları nəzərə alınacaq. Model digər sektorların potensialının və imkanlarının qiymətləndirilməsini həyata keçirəcək. Tikinti sektoru, eləcə də bank sektoru modeldə diqqət yetrilən sektorlardan biri olacaq. Həmçinin həmin sektorlar üzrə dövlət gəlirlərinin istifadəsinin səmərəliliyi qiymətləndiriləcək”

 V.Bayramov güman edir ki, Azərbaycan hökuməti hansısa bir sahədə modeldən istifadə edəcək: “Azərbaycan hökuməti islahatlar apardığı təqdirdə təbii ki, bu cür modellərin tətbiq edilməsi hökümət üçün, ölkə iqtisadiyyatı üçün əlverişlidir. Alternativ modellərin olması bütün ölkələrdə arzu olunandır. Ancaq biz hazırladığımız modelin bütövlükdə tətbiq olunmasını israr etmirik. Biz alternativ madellər hazırlayırıq ki, hökumətin seçim imkanları olsun. Əslində alternativ modellərin olmasında hökümmət maraqlı olmalıdır. Çünki bu hökumətə daha yaxşı təklifləri seçməyə imkan verir. Biz öz təkliflərimizi  və modelimizi İqtisadi İnkişaf (İİN) Nazirliyinə təqdim edəcəyik. Hər halda İİN bizim modeldən və təkliflərimizdən  istifadə edəcək. Biz birmənalı şəklidə bizim modelimiz və təkliflərimiz qəbul olunarsa, ölkədə hər şey dəyişəcək və ya Azərbaycanın qısa zamanda inkişaf etmiş ölkələr siyahısında olacağını  demirik. Təbii ki, onu demək doğru olmaz. Məsələ yalnız modelin hazırlanmasında deyil, eyni zamanda  onun necə tətbiq olunmasındadır. Azərbaycan üçün Oksford universitatində bir sıra  modelllər hazırlanıb. Ancaq təəssüf ki, həmin modellərin tətbiqində buraxılan səhvlər həmin modellərin iqtisadiyyyatda səmərəliliyini aşağı salıb.”

V. Bayramov gələn il modeli tətbiq etmək niyyətində olduqlarını deyib: “Güman edirəm ki, gələn il Azərbaycanda korrupsiyalaşmış məmur təbəqəsini hökumətin islahatçı qanadı bizim model hazırlanıb qurtaranadək sıxışdırılmasına nail ola bilər. Hər halda belə bir siyasi iradə var. Mən ümid edirəm ki, bizim model tətbiq edilənə qədər məhz bu siyasi iradə inkişaf edəcək, hökumətdə islahatçıların sayı daha da çox olacaq  və bu bizə imkan verəcək ki, alternativ təklifləri və modelləri daha səmərəli tətbiq etmək mümükün olsun”

İSİM rəhbəri tədqiqata Azərbaycandan başqa bir mərkəzin cəlb edilməyəcəyini diqqətə çatdırıb: “Biz tədqiqat çərçivəsində İİN ilə əməkdaşlıq etmək niyyətindəyik. Həmçinin Qazaxstanda da tərəfadaşlarımız var. Qazaxstan Büdcə Planlaşdırması və İqtisadi İnkişaf Nazirliyinin yanındakı İqtisadi İslahatlar İnstitutu, eləcə də Qazaxstanın Dövlət Siyasəti və İdarəçilik Mərkəzi bu modelin hazırlanmasında bizimlə tərəfdaş qurumlardır”.

V. Bayramovun sözlərinə görə, neft gəlirlərinin xərclənməsində Qazaxstan modeli Azərbaycan modelinə nisbətən yaxındır: “Amma bunula belə ölkə daxilində mütəxəssislərlə, ekspertlərlə, eləcə də dövlət qurumlarının əməkdaşları ilə sorğuların və müsahibələrin aparılması nəzərdə tutulur. İlkin qiymətləndirməyə görə, biz Azərbaycana 10-dan artıq eksperti cəlb etmək imkanına malik olacağıq”.