Dövlət büdcəsindən DSMF-ə transfertlər artır
Xəbərlər İyun 4th. 2009, 5:22pm
Qubad İbadoğlu: “Bu, DSMF-nin büdcəsinin dövlət büdcəsindən asılılığının getdikcə artması deməkdir”
“Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər artıb”. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib (AJAŞ Xəbər). İqtisadçı ekspertin sözlərinə görə, bu artım, rəhbəri olduğu təşkilatın apardığı tədqiqatlar zamanı müşahidə olunub: “Bu da onu deməyə əsas verir ki, DSMF-nin büdcəsinin dövlət büdcəsindən asılılığı getdikcə artmaqdadır”. AJAŞ Xəbər-in “bu asılılığı azaltmaq üçün nə etmək lazımdır və alternativ maliyyə mənbəyi kimi hansı vəsaitlərdən istifadə etmək olar” sualının cavabında İTM rəhbəri bildirib ki, çıxış yolu kimi dövlət büdcəsinə alternativ mənbələrdən istifadə etmək mümkündür: “Bunun üçün müxtəlif korporasiyalar, şirkətlər əlavə mənbə rolunu oynaya bilər. İşçilərin sayının artması, onların əməkhaqlarının çoxalması və s. bu işə müsbət təsir göstərə bilər”.
