Bu haqda Mədən Sənayəsində Şəffaflıq Təşəbbüsü (EITI) koalisiyasinin əlaqələndiricisi Qubad İbadoğlu Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) əlaqələndirici Elçin Sərdar ilə müsahibədə bildirdi. Dünya Bankı tərəfindən irəli sürülən EİTİ ++ təşəbbüsü pilot qaydada Mavritaniyada və Qvineyada tətbiq olunur. Dünya Bankının bu mədən sənayəsində şəffaflıq ilə bağlı təşəbbüsü dayanaqlı inkişaf və yoxsulluğun azaltması kontekstində mədən sənayələrin fəaliyyətlərinin seffafligini nə dərəcədə əhatə edib? Azərbaycan ilə müqaisədə bizə bu təşəbbüs nə verə bilər?
-Bu təşəbbüs Azərbaycan üçün çox  vacib imkanlar aça bilər. Belə ki, onun predmetinə mədən sənayesi şirkətlərinin fəaliyyətinin bütün aspektlərin üzrə şəffaflığın, o sıradan, xərcləmələrin,  kontraktların şəffaflığının təminatı, eləcə də bütün bu proseslərdə vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi daxildir.  Bütün bunlar Azərbaycan üçün yaxşı perspektivlər aça bilər. Ona görə də biz Dünya Bankının bu təşəbbüsünün pilot qaydada Azərbaycanda da tətbiq edilməsi ilə bağlı müxtəlif beynəlxalq qurumlara müraciətlər etmək niyyətindəyik.

Elçin Sərdar/AJAŞ