“İstənilən xərclər tikintiyə yönələn, yaxud kompyuterləşməyə şəffaflıq və səmərəlilik təmin edilməklə reallaşmalıdır”
Xəbərlər May 3rd. 2008, 6:02pmBu yaxınlarda mətbuatda Mültimedia mərkəzinə istinadən bələdiyyələrin elektron saytlarin yaradılmasında ehtiyacı olduqları və bu işdə Amerikanın Kautenpart təşkilatının köməyinə baxmayaraq vəsaitin çatmadığı haqqında məlumat yayılmışdır. Bu məsələyə münasibət bildirmək üçün AJAŞ üzvü Elçin Sərdar tanınmış iqtisadiyatçı, İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyyətinin sədri Qubad İbadoqla hökumət neft vəsaitlərini bələdiyyələr haqqında və insanların məlumat əldə etmə imkanlarını artırılmasına yönələn bələdiyyələr üçün saytların yaradılması kimi layihələrə, yoxsa daha çox tikinti və infrastruktur layihələrinə yönəltməlidir sualını verdi.
- Hökümətin bələdiyyələrin kompyuterləşdirilməsi ilə bağlı proqramları mövcuddur, hesablamalar göstərir ki, bu problemin həlli üçün böyük məbləğdə maliyyə də tələb olunmur. Belə ki, hazırda ölkədə 2757 bələdiyyə fəaliyyət göstərir, onlardan təxminən 2500-də kompyuterlər yoxdur, hesab etsək ki, 1 bələdiyyə üçün təxminən 500 manatlıq kompyuter dəsti lazımdır, o halda tələb olunan məbləğ 1 milyon 250 min manat edir ki, buda Heydər Əliyev prospektində tikilən yerüstü piyada keçid məntəqəsinə çəkilən xərcə bərabərdir. Odur ki, tikinti xərclərinə bələdiyyələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar xərcləri alternativ ola bilməz. Təbii ki, Azərbaycana əsasən sovet dövründən miras qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş infrastrukturun bərpasına, əsas fondların yeniləşməsinə ehtiyac vardır, odur ki, mən bu istiqamətə vəsait xərclənməsinə qarşı deyiləm. Lakin hesab edirəm ki, istənilən xərcləmər fərqinə varmadan tikintiyə yönəlir, yoxsa kompyuterləşməyə, istənilən halda şəffaflıq və səmərəlilik təmin edilməklə reallaşdırılmalıdır.
Elçin Sərdar/AJAŞ
