Noyabr ayının 9-da Macarıstanın paytaxtı Budapeştdə Şərqi və Cənub Şərqi Avropa ölkələrindən olan tədqiqatçı jurnalistlərin 4 günlük beynəlxalq konfransı öz işinə başlayıb. Konfransda dünyanın 40-a qədər ölkəsindən 100-dək jurnalist iştirak edir. Əsas məqsədi qloballaşan dünyada müxtəlif ölkələrdən olan tədqiqatçı jurnalistlərin təcrübə mübadiləsi etməsi və tədqiqatçı jurnalistlərin geniş şəbəkəsinin yaradılması olan konfrans Macarıstanın Jurnalist Tədqiqatları Mərkəzi tərəfindən təşkil edilib. Tədbirdə Danimarka hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan Jurnalistlərinin Araşdırma Şəbəkəsinin idarə heyətinin üzləri (AJAŞ), Azərfoto agentliyinin rəhbəri Ceyhun Abdulla və Qafqaz Media Tədqiqatlar Mərkəzinin direktoru Anar Orucov iştirak edirlər.

Tədbirin gedişində Azərbaycan Jurnalistlərinin Araşdırma Şəbəkəsinin üzləri Azərbaycanda medianın durumu və tədqiqat jurnalistikasının inkişaf təşəbbüsləri barədə məlumat verib. Azəbaycanda tədqiqat jurnalistikasının inkişafı ilə bağlı təşəbbüsləri dəstəklədiyini bildirən Avropanın bir sıra nüfuzlu tədqiqatçı jurnalist qurumlarının nümayəndələri Drew Sullivan (Balkan Tədqiqatçı Jurnalistlər Şəbəkəsi), İlona Moricz (Macarıstanın Jurnalist Tədqiqatları Mərkəzi), Mark Schapiro (Kaliforniya Jurnalist Tədqiqatları Mərkəzi, ABŞ) və s. AJAŞ-la müxtəlif layihələr işləməyə hazır olduqlarını və qurumla yaxın gələcəkdə sıx əlaqələr qumağa maraqlı olduqlarını bildiriblər.

10 noyabr 2007
Macarıstan, Budapeşt.