Neftin qiymətinin düşməsindən Azərbaycan və ABƏŞ gündəlik 10 miyon dollar vəsait itirir
Xəbərlər İyul 9th. 2009, 6:28pmAzərbaycan təkcə gündəlik 4 milyon dollar vəsait itirir
Son günlər neftin dünya bazar qiymətində kəskin azalmalar müşahidə olunur.Təbii ki, Azərbaycan neft ölkəsi olduğu və büdcəsinin təxminən 65 faizinin neftdən gələn gəlir hesabına formalşdığı üçün dünyada baş verən proseslər də ölkə ictimaiyyəti üçün mühüm əhəmiyyət kəs edir. Bu baxımdan da dünya bazarında neftin qiymətinin ucuzlaşması nəticəsində ölkəyə dəyən ziyanın həcmini araşdırmaq, eləcə də neftin qiymətin yenidən düşmə səbəblərini ictimaiyyətin diqqətinin çatdırmaq üçün İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova müraciət etdik.
-Vüqar bəy, neftin qiymətinin son günlər 12-13 dollar ucuzlaşması ölkəyə gündəlik nə qədər ziyan deməkdir?
- Bütövlükdə, Azərbaycan BTC neft kəməri ilə gündəlik 1 milyon barelə yaxln neft ixrac edirdi. Ancaq qlobal maliyyə böharanı başlayandan bəri ixrac olunan neftin həcmində müəyyən qədər azalmalar var. Bir milyon barel neftin ixrac edilməsi nəticəsində əldə olunan vəsait Azərbaycana, eyni zamanda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olurdu. 1 milyon barelin neftin satışından əldə olunan vəsait o deməkdir ki, neftin qiyməti 70 dollar olanda bir milyon barel neftin satışından Azərbaycanın büdcəsinin, eyni zamanda ABƏŞ-in gündəlik gəliri 70 milyon dollar idi. Söhbət ABƏŞ-in və Azərbaycanın bütövlükdə gəlirindən gedir. Ancaq onun təxminən 25 miyon dolları Azərbaycanın payına düşür. O cümlədən ARDNŞ və ADNF-nun payına düşür. Neftin qiymətinin 70 dollardan 60 dollara düşməsi o deməkdir ki, Azərbaycanın BTC neft kəməri ilə ixrac etdiyi neftin satışından Azərbaycan və ABƏŞ-nin gündəlik gəliri 70 milyon dollardan 60 milyon dollara qədər azalıb. Faktiki olaraq Azərbaycan və ABƏŞ neftin qiymətinin aşağı düşməsindən gündəlik olaraq 10 miyon dollara yaxın vəsait itirir. Ancaq hasilatın pay bölgüsünü nəzər alsaq, neftin dünya bazar qiymətinin aşağı düşməsindən Azərbaycanın itirdiyi vəsait gündəlik olaraq 4 milyon dollara yaxındır.
-Neftin yenidən dünya bazar qiymətinin düşməsinin səbəbləri nədir?
- Neftin dünya bazar qiymətinin son vaxtlar aşağı düşməsi neftin dünya bazar qiymətinin yüksəlməsi səbəbləri ilə bağlıdır. Əvvəla, neftin dünya bazar qiymətinin kürsüyə yüksələcəyi pronozlaşdırılmırdı. Əvvəldən proqnozlaşdırılırdı ki, neftin dünya bazar qiyməti 70 dollar intervalına çatsa, neftin dünya bazar qiymətində azalmalar baş verəcək. Sizin agentliyə neftin dünya bazar qiymətinin 70 dollara çatacağı və 80 dollara çatmayacağı ilə bağlı proqnoz vermişdik. 70-72 dollar intervalından sonra, neftin dünya bazar qiymətinin aşağı düşməsinin əsas səbəbi spekyulativ faktorlardır. London birjası neftin dünya bazar qiymətini spekyulativ yollarla, yəni real tələbat yaranmadan neftin bir barelini 72 dollara qaldırdı. Sonra isə neftin qiymətində kəskin azalmalar baş verdi. Bu neftin dünya bazar qiymətinin aşağı düməsinin yeganə səbəbi deyil. Neftin dünya bazar qiymətinin aşağı düməsinin digər səbəbi də odur ki, neftə olan tələbatın azalması baş verir. İyun ayından başlayaraq ABŞ da benzinə olan tələbat azalır. Benzinə olan tələbatı azalması isə neftə olan tələbatın azalması deməkdir. Baxmayarq ki, qlobal maliyyə böhranın 2-ci mərhələyə qədəm qoyması ilə bağlı pronozlar var. Amma proqnozlar ondan ibarətdir ki, dünyada real iqtisadi artım ən yaxşı halda 2010-cu ilin birinci rübündə qeydə alıncaq. Bu gün dünyada real sektorda iqtisadi artım qeydə alınmayıb. Məhz, iyul ayından başlayarq neftə olan tələbatın da azalacağı pronozlaşdırılırdı. Ona görə də iyulda neftin qiymətinin aşağı düşməsi psioxoloji spekyulatv faktorların üzə çıxması ilə bağılıdır. Neftin dünya bazar qiymətinin eyni zamanda neftə olan tələbatın azalması ilə bağlıdır. İyul ayından başlayaraq neftə olan tələbatın kəskin azalması müşahidə edilir.
-Neftin ucuzlaşması davam etdiyi təqdirdə hökumətin büdcəni müzkirə etməsi yenidən gündəmə gələ bilərmi?
- Artıq dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında müəyyən problemlərin olması ilə bağlı açıqlamalar yayılıb. Bunun da neftin dünya bazar qiymətlərindəki son azalmalarla bağlı olduğu guman olunur. Neftin dünya bazar qiymətindəki azalmalar dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında problemlər yaradır. Əvvəla, problemlər ondan ibarətdir ki, dövlət büdcəsində neftin dünya bazar qiyməti 70 dollardır. Bu gün dövlət büdcəsində neftin dünya bazar qiyməti may-iyin ayındakı artımı nəzərə alsaq 60 dollardan azdır. Bu ilin birinci rübündə dövlət büdcəsində nəzərdə tutulan qiymət arasında 10 dollar fərq var. Təbii ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi büdcənin formalaşmasına mənfi təsir göstərir. O baxımdan neftin dünya bazar qiyməti aşağı düşməkdə davam edərsə, bu Azərbaycanın dövlət büdcəsinin formalaşmasına problem yarada bilər. Ancaq yaxın vaxtlarda neftin dünya bazar qiymətinin kəskin artacağı da proqnozlaşdırılır.
-Böyük Səkkizliklər neftin dünya bazar qiymətini 70-80 dollar intervalında ədalətli qiymət müəyyən ediblər. Həmin ölkələr neftin dünya bazar qiymətinin yenidən artırmaq üçün hansısa bir spekyulativ addımlar atacaqmı?
- Yox. Böyük səkkizliyin açıqlamsı qlobal maliyyə böhranı başlayandan bəri neftin dünya bazar qiyməti ilə bağlı Böyük Səkkizliyin gözləntisindən söhbət gedir. Söhbət heç də indiki halda, yəni qlobal malyyə böhranı başa çatmamış neftin dünya bazar qiymətinin 80 dollar intervalında stabilləşməsindən getmir. Ona görə də Böyük Səkkizliyin neftin dünya bazar qiyməti ilə bağlı açıqlaması neftin dünya bazar qiymətini artırmayacaq. Böyük Səkkizlik indiki halda neftin dünya bazar qiymtinin 80 dollar olmasını real hesab etmir. Yalnız qlobal malyyə böhranı başa çatdıqdan sonra, neftin dünya bazar qiymətinin 70-80 dollar intervalında stabilləşməsi məqsədəuyğun hesab olunur. O baxımdan neftin dünya bazar qiymətinin yaxın vaxtlarda Böyük Səkkizliyin açıqlamalarından sonra artacağı proqnozlaşdırılmır. Çünki neftə olan tələbat artmır. Neftə olan tələbat artmadığı üçün də yaxın vaxtlarda neftin dünya bazar qiymətində hansısa bir kəskin artım olacağı mümkün deyil.
-Ümumiyyətlə, neftin qiymətinin spekluyativ yollarla qaldırılması düzgündürmü?
- Təbii ki, yox. Spekyulativ yollarla neftin qiymətinin qaldırılması doğru deyil. Ona görə doğru deyil ki, bu qısa müddətli olur. Yəni uzunmüddətli spekyuativ yollarla neftin qiymətini artırmaq və qiyməti yüksək saxlamaq mümkün deyil. Londonda baş verən spekyulativ əməliyyatlar onu göstrərir ki, spekyulativ artımlar bütün hallarda qısamüddətli keçir. Reallıq ondan ibarətdir ki, neftin dünya bazar qiymətinin spekyulativ yollarla artırılmasının 2 gün ərzində effekti olur. İki gündən sonra, artıq neftun dünya bazar qiymətndə azalmalar müşahidə olunur. Spekyulativ yolla neftin dünya bazar qiymətin azalmasının digər mənfi cəhəti ondan ibartddir ki, spekyulativ yolla neftin dünya bazar qiymətinin artırılması sonradan neftin dünya bazar qiymətinin kəskin aşağı düşməsinə gətirib çıxarır. London birjasında, eləcə də dünyada baş verən son spekyulativ addımlar da onu göstərir ki, belə problemlər var. Ona görə bu yolla neftin dünya bazar qiymətinin artırılması məqsədəuyğun deyil. Çünki bu uzunmüddətli deyil, qısa müddətli dövrdə səmərəli olur. Eyni zamada belə addımlar sonradan kəskin qiymət azalmaları ilə müşahidə olunur.
-Neftin qiymətin təbii yolla qaldırılması üçün dünyanın aparıcı dövlətləri nə etməlidir?
- Bunun üçün neftə olan tələbatın artması lazımdır. Əgər qlobal maliyyə böhranı başa çatmayıbsa, bu gün yalnız birinci mərhələnin başa çatmasından söhbət gedirsə, neftin dünya bazar qiyməti arta bilməz. Neftin dünya bazar qiymətinin təbii yolla artırmağın yeganə yolu odur ki, neftə olan tələbat artsın. Neftə olan tələbat artarsa, bu neftin dünya bazar qiymətinə müsbət təsir göstərə bilər. Güman olunur ki, 2010-cu ilin birinci rübündə neftə olan tələbat artacaq. Bu da gələn ilin birinci rübündə dünyada iqtisadi artımın bərpa olunması ilə bağlıdır. Bundan sonra neftin dünya bazar qiymətinin 80 dollar intervalında stabilləşməsi mümkündür. Çünki bu artlq neftə olan tələbatın artması demək olacaq. Yalnız real sektorun inkişafı hesabına neftin dünya bazar qiymətini təbii yolla artımaq mümkündür. OPEK dəfələrlə neft hasilatının azaldılması yolu ilə dünya bazar qiymətini artırmağa çalışır. Amma bunlar da uzunmüddətli effektə malik deyil. O cümlədən 2008-ci ilin dekabrında OPEK neft hasilatının azaldılması ilə bağlı qərar verdi. Amma bu qərar da neftin dünya bazar qiymətinin uzunmüddətli artımına gətirib çıxarmadı.
